Məhkəmə qərarları › İş №3(3-6)-1028/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1028/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1028/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Inzibati xəta haqqında protokolu tərtib etmiş Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Məcəllə) 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. O, həmin elektron qərardan şikayət vermişdir. Qərardan verilmiş şikayətə barəsində Inzibati tənbeh vermə haqqında elektron qərar onun iştirakı ilə baxılmışdır. Iş materiallarında olan izahatında direktoru olduğu “xxxx" MMC-nin 2022ci ildən etibarən fəaliyyətinin dayandırdığını və şirkətin fəaliyyət göstərmədiyini qeyd etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin gəldiyi qənətə görə “Əmək və məşğulluq" altsistemindən əldə olunan məlumatlar əsasında müəyyən olunmuşdur ki, “xxxx" MMC ilə X2 arasında elektron qərar qəbul edilən tarixdə qüvvədə olan əmək müqaviləsi mövcud otmuşdur, işçinin bədbəxt hadisələr və peşə xəstəlilkləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması heyata keçirilməmişdir. Elektron qərar tərtib olunduqdan sonra ##.##.2025- ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X3 Xidməti tərəfindən onun barəsində ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar ona rəsmi qaydada ##.##.2026-cı ildə elektron poçt vasitəsilə göndərilmişdir. Hesab edir ki, qərarda aşağıda qeyd etdiyi bütün sadalanan hallar nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, direktoru olduğu “xxxx" MMC-nin 2022-ci ildən etibarən fəaliyyəti dayandırmışdır. Necə olur ki, “xxxx" MMC fəaliyyət göstərmədiyi halda, onu Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsi anlaşılan deyil. Cərimə etmək qərarına gəldikdə ona rəsmi qaydada hər hansı bir xəbardarlıq etməmiş, araşdırma zamanı iştirakını təmin etməmişdir. Qərarda qeyd olunur ki, işçi 2022-ci ildən faktiki işləmədiyi halda, onunla bağlanmış əmək müqaviləsinə yalnız ##.##.2025-ci ildə xitam verilmişdir. X3 Xidməti bunu Inzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsinin pozuntusu kimi qiymətləndirərək cərimə tətbiq etmişdir. Lakin qeyd edilən dövrdə 2022-ci ildə: işçi fiziki olaraq ölkə ərazisində olmamışdır; əmək müqaviləsinə xitam yalnız, elektron sistem vasitəsilə mümkün idi; mövcud normativ və texniki imkanlar işçinin iştirakı olmadan xilam verilməsinə obyektiv şəkildə imkan vermirdi. Qərarın qanunsuzluğu: işəgötürənin təqsiri mövcud deyil, Inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtlərdən biri təqsirin olmasıdır. Lakin bu halda əmək müqaviləsinə vaxtında xitam verilməməsi işəgötürənin iradəsindən asılı olmamış, elektron sistemin və normativ mexanizmlərin yaratdığı obyektiv maneələrlə bağlı olmuşdur. Təqsir olmadığı halda inzibati məsuliyyətin tətbiqi qanunsuzdur. Inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Əgər inzibati orqan pozuntunun 2022-ci ildən mövcud olduğunu iddia edirsə bu halda inzibati məsuliyyətə cəlbetmə müddəti bitmiş hesab edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi həmin qanun normasının tələblərinə əməl etmədən işə iştirakı olmadan baxmaqla yekun qərar qəbul etmişdir. X3 Xidməti onun iştirakını təmin etsəydi inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüququnda istifadə edə bilərdi. Lakin bu hüquqları təmin olunmamışdır. Bundan əlavə Inzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uygun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Buda bir daha dəlalət edir ki, yuxarıda qeyd etdiyi bütün sadalanan halları nəzərə alınmamış, qanunsuz və əsassız qərar qəbul etmişdir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli MN ******* nömrəli Inzibati tənbeh vermə haqqında elektron qərarından Inzibati xəta tərkibi olmadığından rədd edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli “Inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinə təqdim edilmiş şikayətin dəlilləri ilə eynilik təşkil edir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında elektron qərarına əsasən “xxxx” MMC ilə X2 arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabilyyətinin itirilməsi hallarında icbari sığotalanmamış, nəticədə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarında olan Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş “Inzibati tənbeh vermə haqqında” ## ###### 2025-ci il tarixli, *-**-*/*-M-*****/**** nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) oglu barəsində Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmışdır. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, “xxxx” MMC-nin (VÖEN: 1505762751) ##.##.2022-ci il tarixində fəaliyyəti dayandırılmış və fəaliyyətin bərpa ediləcəyi tarix ##.##.2030-cu il kimi müəyyən edilmişdir. Iş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən edilir ki, X2 “xxxx” MMC ilə ##.##.2022-ci il tarixində müqavilə bağlamış, ##.##.2024-cü il tarixdə müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. "Icbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.1-1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Qanununun 9.1.-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir. Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta hadisəsi – (xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərə münasibətdə istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində) sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun”a görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Əsas anlayışlar 2.0.9. istehsalat – fiziki şəxsin işləri, xidmətləri (bundan sonra – əmək funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri; 2.0.10. istehsalatda bədbəxt hadisə – sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halı; 2.0.11. peşə xəstəliyi – əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik; 2.0.12. sığorta hadisəsi – istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində (bu Qanunun 2-1.2-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlara münasibətdə icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində) sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal; 2.0.13. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatı;... Maddə 2-1. Icbari sığortanın aidiyyəti ...2-1.2. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, digər sığortalılarda çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun 2.0.5-ci maddəsində nəzərdə tutulmuş yerli hüquqi şəxslərdə icbari sığorta olunurlar. Maddə 3. Sığorta olunanlar 3.1. Bu Qanunun 2-1.1-ci maddəsində nəzərdə tutulmuş sığorta olunanlar istisna olmaqla, aşağıdakı şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 3.1.1. hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2010-cu il tarixli *** nömrəli qərarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri fəaliyyət növünün risk dərəcəsinə görə 14 qrupda müəyyən edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, şikayət səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilsə də, məhkəmə səhvə yol verərək inzibati orqana verilmiş şikayət üzrə ## ###### 2025-ci il tarixli, *- **-*/*-M-*****/**** nömrəli qərara münasibətdə işə baxaraq qərar qəbul etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Məhkəmə qeyd edir ki, iş üzrə səlahiyyətli orqanın qəbul etdiyi ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müvafiq inzibati xətanın 2025-ci il tarixdə törədilməsi qeyd edilsə də, MMC həmin dövrdə fəaliyyət göstərmədiyi üçün X2 icbari sığortalanmaması faktı xətanın törədilmiş hesab olunmasına dəlalət etmir. “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tələblərindən də göründüyü kimi istehsalat özü fiziki şəxsin işləri, xidmətləri, yəni əmək funksiyalarını haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri kimi təsvir edilir. Istehsalatda bədbəxt hadisə isə sığorta olunanın əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halını nəzərdə tutur. Qanunun mənsına görə sığorta olunanlar hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə HYPERLINK "https://eqanun.az/framework/46943" \o "Azərbaycan Respublikasının Əmək Məcəlləsi"Əmək Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi əsasında əmək funksiyalarını yerinə yetirən şəxslərdir. Hazırki işin hallarından isə göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) direktoru olduğu “xxxx" MMC-nin 2022-ci ildən etibarən fəaliyyəti dayandırıldığından (bu barədə rəsmi vergi orqanından sənəd təqdim edilmişdir) işçisi X2 da həmin tarixdə faktiki işləməmiş, yəni əmək funksiyasını yerinə yetirməmişdir (bunun əksini inzibati orqan sübuta yetirə bilmir). Işçi ilə bağlanmış əmək müqaviləsinin formal olaraq sistemdə qalması və yalnız ##.##.2025-ci ildə xitam verilməsi inzibati xəta tərkibinin yaranması üçün əsas ola bilməz. Bu baxımdan faktiki işləməyən işçi X2 barəsində sığırta hadisəsinin baş verməsi mümkün olmadığından o, sığorta olunan subyekt sayıla bilməz. Beləliklə də səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası IXM-in 8.1-ci maddəsinin tələbinə əsasən Qərardan şikayət verən orqan (şəxs) həmin Məcəllənin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirə bilmədiyinə görə iş üzrə sonuncunun əməlində Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmir. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi qeyd ki, işə əlavə edilmiş və məhkəmə tərəfindən obyektiv şəkildə yoxlanılmış sübutlara əsasən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən “HYPERLINK "http://e-qanun.az/framework/19789" \o "Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanunu"Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən işçisinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması faktı öz təsdiqini tapmamışdır. Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. IXM-nin normalarına əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün IXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə IXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin IXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə bir daha qeyd edir ki, Inzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməməsinə dair *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Şikayət təmin edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar