Məhkəmə qərarları › İş №3(3-6)-1029/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1029/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1029/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Balakən rayon prokuroru tərəfindən verilmiş protestə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Balakən rayon prokuroru tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı işləyən Muradova Ilahə Ilham qızı - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq, həmin aptekdə satıcı işləyən X3 həmin vəzifənin icra edilməsi üçün onunla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək, X3 2023-cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Qərardan, Balakən rayon prokuroru apellyasiya qaydasında protest verərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını xahiş edilmişdir. Protestin dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı işləyən Muradova Ilahə Ilham qızı - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin aptekdə satıcı işləyən X3 ilə həmin vəzifənin icra edilməsi üçün əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək X3 2023-cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlar X3, Muradova Ilahə Ilham qızının, X2 izahatları, EPIS (X16 Sistemi) proqramının “Əmək müqaviləsi məlumatları” bölməsindən məlumatların götürülməsi haqqında baxış protokolları, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan “e-taxes.gov.az” saytından məlumatların götürülməsi haqqında baxış protokolları ilə təsdiq edilir. Azərbaycan Respublikası IXM-nin 18.2.4-ci maddəsində bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü qeyd edilmişdir. Muradova Ilahə Ilham qızı Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən inzibati tənbeh tətbiq ediməsi haqqında qərar qəbul edilmişdir. X3 izahatında göstərmişdir ki, Muradova Ilahə Ilham qızı tərəfindən sonuncunun özünün də satıcı kimi işlədiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə əmək müqaviləsi bağlanmadan satıcı kimi işlədilmişdir. Muradova Ilahə ilham qızı izahatında göstərmişdir ki, X3 2023- cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək özünün də satıcı kimi işlədiyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC- yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı kimi işləmişdir. X2 Muradova ilə oxşar məzmunlu izahat verərək X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən aptekdə satıcı kimi işlədiyini bildirmişdir. Qeyd olunanlar təsdiq edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində orada satıcı işləyən Muradova Ilahə Ilham qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin aptekdə satıcı işləyən X3 ilə həmin vəzifənin icra edilməsi üçün əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək X3 2023-cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi nümayəndə2, protestin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş emişdir. Məhkəmə, iclasın vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş, lakin məhkəmə iclasına gəlməmiş prokurorluğunun nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi protestin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə protest təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə prokurorluğunun və hüquqi şəxsin nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi protestin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Bel ki, protestdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.2.4-ci maddəsinə, habelə X3, Muradova Ilahə ilham qızının və X2 izahatlarına, habelə EPIS (X16 Sistemi) proqramının “Əmək müqaviləsi məlumatları” bölməsindən və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan “e-taxes.gov.az” saytından məlumatların götürülməsi haqqında baxış protokollarına istinad edilmişdir. Protest müəllifinin hüquqi mövqeyin görə, qeyd olunan sənədlərlə və məlumatlarla müqayisədə, işəgötürən "xxxx" MMC-nin rəhbəri Muradova Ilahə Ilham qızı ilə, ## ######## 2023-cü il tarixdə bağlanılmış əmək müqaviləsi əsasında "xxxx" MMC-də əczaçı-satıcı kimi 5 günlük iş rejimi ilə saat 12:00-20:00 və ya saat 16:00-22:00 aralığında işləmiş X3 eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işə cəlb edilməsi faktı üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, protestdə istinad olunan sübut xarakterli məlumatlar və sənədlərlə müqayisədə müəyyən olunmuş halların hüquqi şəxsin təqsirliliyində mühüm əhəmiyyətə malik olmasının mümkünlüyü yoxlanılmalı və bu xüsusda müəyyən olunmuş işin həqiqi hallarına uyğun qərar qəbul edilməlidir. Ilk öncə, Balakən rayon prokuroru tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirliliyi, Protokol tərtib edən orqanlar toplanmış **im-** nömrəli materal üzrə müəyyən edilmişdir. Həmin material üzrə, Protokol tərtib edən orqanlar izahat vermiş, X3 göstərmişdir ki, "xxxx" MMC-də işləmək üçün əmək müqaviləsi bağlanılmasına baxmayaraq "xxxx Avromed" aptekdə də işlədilmişdir. Işlədiyi dövrdə ona əmək haqqı kartı verilməmiş, maaşı əlbəəl olaraq aylıq 200 manat ödənilmişdir. "E-sosial" proqram tətbiqində əmək müqaviləsi məlumatlarına daxil olduqda iş rejiminin 5 günlük, iş saatlarının isə 12:00-20:00 saat aralığı olduğu halda, 6 günlük iş rejimi ilə saat 16:00-22:00 aralığında işləmişdir. Muradova Ilahə Ilham qızının Protokol tərtib edən orqanlar verdiyi izahatlarından görünür ki, X3 ##.##.2023-cü il tarixdə onunla bağladığı əmək müqaviləsinə əsasən ##.##.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən və rəhbər olduğu "xxxx" MMC-də əczaçı-satıcı kimi 2025-ci ilin noyabr ayınadək 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında işləmişdir. Bundan əlavə, Gülnar həmin müddət ərzində onun da əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işləmişdir. Həmin aptekdə əmək müqaviləsi bağlayıbbağlamaması haqqında məlumatı yoxdur. Gülnar işlədiyi dövrdə "xxxx" MMC-də ödənişlər elektron qaydada ödənilərək qəbzləri müştərilərə verilmişdir. Lakin aptekin videomüşahidə kameralarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Gülnar müxtəlif tarixlərdə kassadan pullar götürmüş, bundan əlavə müştərilərə ödəniş üsulu kimi öz kartını təqdim etmişdir. Gülnar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də saat 14:00-21:00 aralığında işləmişdir. Gülnar işlədiyi dövrdə ondan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-dən heç kimlə əlaqə saxlamamışdır. X2, Protokol tərtib edən orqanlar bacısı Muradova Ilahə Ilham qızı ilə eyni məzmunlu izahat vermişdir. X10 Protokol tərtib edən orqanlar verdiyi izahatdan görünür ki, 2016-cı ildən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Şəki filiaının meneceri vəzifəsində işləmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şirkətinin rəsmi partnyoru olan "xxxx" MMC şirkətinin nümayəndəsi X7 ilə birlikdə mütəmadi olaraq ərazilərində yerləşən apteklərin fəaliyyətini yerində yoxlamışlar. Yoxlanışlar iş qrafikindən asılı olaraq həftədə 1-2 dəfə və ya ayda 1-2 dəfə olaraq dəyişmiş, yoxlanışlara gedərkən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aptekdə satıcı işləyən Muradova Ilahə Ilhаm qızından başqa aptekdə heç kim olmamışdır. X3 şəxsən tanımır, sonuncu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də heç vaxt işləməmişdir. Ilahə Muradovanın həmin aptekə kimisə işə götürmək səlahiyyəti yoxdur. X7, Protokol tərtib edən orqanlar, X10 ilə eyni məzmunlu izahat vermişdir. Apellyasiya instansiyası məhkəməsində protestin dəlilləri ilə bağlı, X3, Muradova Ilahə ilham qızının və X2 izahatları qarşılıqlı şəkildə bir-biri ilə əlaqəli təhlil olunarkən, müəyyən olunmuş ziddiyyətlərin digər sübutların tədqiqi ilə aradan qaldırılması mümkün olmamışdır. Belə ki, X3 izahatında, "xxxx" MMC-də işləmək üçün əmək müqaviləsinin bağlanılmasına baxmayaraq "xxxx Avromed" aptekdə də işlədiyini və "E-sosial" proqram tətbiqində əmək müqaviləsi məlumatlarına görə 5 günlük, iş saatları isə 12:00-20:00 saat aralığı olduğu halda, 6 günlük iş rejimi ilə 16:00-22:00 saat aralığında işlədiyini qeyd etmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə hansı saatlarda işlədiyini və eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyini göstərməmişdir. Göründüyü kimi, X3, bağladığı əmək müqaviləsi üzrə "xxxx" MMC-də 6 günlük iş rejimi ilə saat 16:00-22:00 aralığında işlədiyini qeyd etdiyi halda, Balakən şəhəri, R.Səmədov küçəsində yerləşən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyini göstərməmişdir. Bundan əlavə, Muradova Ilahə Ilham qızı izahatında, X3, ##.##.2023-cü il tarixdə onunla bağladığı əmək müqaviləsinə əsasən ##.##.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən və rəhbər olduğu "xxxx" MMC-də əczaçı-satıcı kimi 2025-ci ilin noyabr ayınadək 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında işlədiyini, habelə həmin müddət ərzində onun da əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işlədiyini qeyd etsə də, 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında “xxxx" MMC-də əczaçı-satıcı kimi işləmiş X3 hansı saatlarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyini göstərməmişdir. Həmçinin, X2 izahatında, X3, ##.##.2023-cü il tarixdə bacısı Muradova Ilahə Ilham qızı ilə bağladığı əmək müqaviləsinə əsasən ##.##.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən "xxxx" MMC-də əczaçı-satıcı kimi işə başladığını və həmin tarixdən 2025-ci ilin noyabr ayınadək "xxxx" MMC-də işlədiyini, eyni zamanda Gülnarın həmin müddətdə bacısı Ilahənin əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işlədiyini qeyd etsə də, Gülnarın məhs hansı saatlarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyini göstərməmişdir. Izahatların təhlilindən göründüyü kimi, Muradova Ilahə Ilham qızı, X3, "xxxx" MMC-də əczaçı-satıcı kimi 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında işlədiyini göstərdiyi halda, X3, "xxxx" MMC-də 6 günlük iş rejimi ilə saat 16:00-22:00 aralığında işlədiyini bildirmişdir. Eyniz zamanda Gülnarın xxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyi, faktla bağlı dindirilmiş şəxslərin izahatları ilə müəyyən edilməmişdir. Bu halda, tədqiq olunmuş sənədlərə əsasən, "xxxx" MMC-də əczaçı-satıcı kimi saat 12:00- 20:00 aralığında və ya saat 16:00-22:00 aralığında işləmiş X3 məhs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsxxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyi məlum deyil. Protokol tərtib edən orqanlar toplanmış **im-** nömrəli material üzrə, X3 Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işləməsi faktının müəyyən edilməsi məqsədilə dindirilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Şəki filiaının meneceri vəzifəsində işləmiş X10 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şirkətinin rəsmi partnyoru olan "xxxx" MMC şirkətinin nümayəndəsi X7 izahatları ilə müqayisədə də, X3 Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işləməsi fakt təsdiq olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Həmin Məcəllənin 3-cü hissəinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. Iş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Iş materiallarında olan, EPIS (X16 Sistemi) proqramının "Əmək müqaviləsi məlumatları" bölməsindən məlumatların götürülməsi haqqında baxış protokolunda, Muradova Ilahə Ilham qızının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək müqaviləsi əsasında satıcı kimi işlədiyi qeyd edilmişdir. Iş materiallarında olan, EPIS (X16 Sistemi) proqramının "Əmək müqaviləsi məlumatları" bölməsindən məlumatların götürülməsi haqqında baxış protokolunda, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə əmək müqaviləsi olmadığı qeyd edilmişdir. Iş materiallarında olan, “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi” bildirişinə əsasən X3 ##.##.2025-ci il tarixdən əczaçı-satıçı vəzifəsinə “xxxx” MMC-də işə götürülmüşdür. Iş materiallarında olan əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin rəhbəri Muradova Ilahə Ilham qızı ilə X3 arasında ## ######## 2025-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Iş materiallarında olan, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytı olan "e-taxes.gov.az" saytından məlumatların götürülməsi haqqında baxış protokolunda, Muradova Ilahə Ilham qızının (VÖEN:3801666822) aktiv vergi ödəyicisi kimi uçotda olduğu qeyd edilmişdir. Beləliklə, protestdə istinad oluna şəxslərin izahatlarından məlum olduğu kimi, ##.##.2023cü il tarixdə bağladığı əmək müqaviləsinə əsasən, ##.##.2023-cü il tarixdən Balakən rayonu, R.Səmədov küçəsində yerləşən və Muradova Ilahə Ilham qızının rəhbər olduğu "xxxx" MMC-də əczaçı-satıcı kimi 2025-ci ilin noyabr ayınadək 5 günlük iş rejimi ilə saat 12:00-20:00 aralığında işləmiş X3 eyni zamanda, Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə hansı saatlarda işlədiyi və “xxxx" MMC-yə məxsus aptekdə işləməyə konkret halda kim tərəfindən cəlb edildiyi müəyyən olunmadığına görə, X3 eyni zamanda Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işləməsi haqqında iddialar əsaslı hesab edilə bilməz. Belə olan halda, Azərbaycan Respublikası IXM-nin 18.2.4-ci maddəsinin tələbərinə dair protestin: “...Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində orada satıcı işləyən Muradova Ilahə Ilham qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq həmin aptekdə satıcı işləyən X3 ilə həmin vəzifənin icra edilməsi üçün əmək müqaviləsi bağlamayaraq və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməyərək X3 2023-cü ilin sentyabr ayından 2025-ci ilin noyabr ayınadək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən satıcı vəzifəsinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir...”, məzmunlu dəlilləri də əsaslı hesab edilə bilməz. Protestin, “...Muradova Ilahə Ilham qızı Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən inzibati tənbeh tətbiq ediməsi haqqında qərar qəbul edilmişdir...”, dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan sənədlərdən görünür ki, işəgötürən "xxxx" MMC-nin rəhbəri Muradova Ilahə Ilham qızı ilə, işçi X3 arasında ## ######## 2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmışdır. Qanunvericiliyin tələbinə əsasən, əmək müqaviləsi əsasında Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə məxsus aptekdə satıcı kimi işləmiş (Inzibati Xətalar Məcəlləsinin 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi) Muradova Ilahə Ilham qızı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə vəzifəli şəxs hesab olumadığına görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin subyekti sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Göründüyü kimi, X19 qeyd olunan müddəası hüquqi təbiətinə görə, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini ehtiva edir. Apellyasiya instansiyası məhkəməsi habelə qeyd edir ki, protestin dəlillərinə münasibətdə, Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən inzibati tənbeh tətbiq ediməsi haqqında qərar qəbul edildiyi qeyd olunan Muradova Ilahə Ilham qızının, əmək müqaviləsi əsasında Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə satıcı kimi işlədiyi halda, ## ######## 2023-cü il tarixdə bağladığı əmək müqaviləsi üzrə rəhbər olduğu "xxxx" MMC-də əczaçı-satıcı kimi işləmiş X3 eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işə cəlb edildiyi haqqında verdiyi məlumat da əsaslı hesab edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il # ###### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Inzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi X19 analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər X20 müvafiq norma ilə tənzimlənməsin. Belə olan halda, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi, qanunvericilik təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ona qarşı ittihamın əsası kimi qəbul edilməsinin mümkünlüyünü yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halla şərtləndirmişdir. Hazırki halda, əmək müqaviləsi əsasında Balakən rayonu, R.Səmədov küçəsində yerləşən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə satıcı kimi işləmiş Muradova Ilahə Ilham qızının rəhbər olduğu "xxxx" MMC-də əczaçı-satıcı kimi işləmiş X3 eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işə cəlb edilməsi (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCdə hansı saatlarda işləməsi və kim tərəfindən işə cəlb edilməsi məlum deyil) haqqında verdiyi ziddiyətli məlumatların digər sübutların tədqiqi ilə aradan qaldırılması mümkün olmadığına görə, həmin məlumatların Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın əsası kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunmalıdır ki, X20 təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha təhlil edərək vurğulayır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün protestin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına və protestin dəlillərinə münasibətdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC, habelə əmək müqaviləsi əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə satıcı işləmiş Muradova Ilahə Ilham qızı tərəfindən, "xxxx" MMC-də əczaçısatıcı kimi işləmiş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus aptekdə işə cəlb olunması ilə bağlı xüsusda, Əmək Məcəlləsinin tələblərinin pozması faktı müəyyən edilməmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən, məhkəmədə tədqiq edilmiş sənədlərlə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları və protestin dəlilləri ilə müqayisədə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə hər hansı qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, protest təmin edilməməli və Protokol tərtib edən orqanlar tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Protest təmin edilməsin. Protokol tərtib edən orqanlar tərəfindən qəbul olunmuş ## ###### 2025-ci il tarixli “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərara əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar