Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1030/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X36 oğlunun sədrliyi, məhkəmə iclasının katibi X35 qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – Inzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə 3-17-5/2-## ######## 2025-ci il tarixli *****/**** nömrəli məktub göndərilərək, müraciətə dair sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin “xxxx” MMC tərəfindən müvafiq məlumatlar X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməmişdir. Nəticədə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından X2 Xidməti apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti inzibati xətalar qanunvericiliyinin müddəalarına istinad edilərək onunnla əsaslandırılmışdır ki, X1 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı “xxxx” MMC-yə ## ######## 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək sənədlərin və vətəndaşın müraciətində qeyd etdiyi məsələlərə dair rəsmi münasibətin bildirilməsinə dair sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin sənədlər təqdim edilməmişdir. Göründüyü kimi, qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Apellyasiya baxışı zamanı MMC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Dövlət Əmək Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb və apellyasiya baxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsini dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X1 müraciəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” MMC-yə ## ######## 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək, müraciətə dair sənədlərin 7 iş günü ərzində X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş olunsa da, bununla bağlı göndərilmiş məktubun qurum tərəfindən alınmasına dair mötəbər sübut təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi qənaətlə bağlı qeyd etmişdir ki, “Inzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə görə ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. 7 gün ərzində cavablandırılması tələb edilən sorğunun hüquqi şəxsə Inzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələblərinə uyğun rəsmi qaydada çatdırılması təsdiq edilmir, təqdim edilmiş protokolun əsaslılığına dair hər hansı digər bir sübut da təqdim olunmamışdır. Belə bir vəziyyətdə rəsmi qaydada çatdırılması təsdiq edilməyən sorğuya cavab verilməməsi inzibati məsuliyyətə səbəb ola bilməz”. Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsində inzibati orqanın əsas götürdüyü bütün zəruri halları araşdırmış, lakin həmin halların baş verməsini təsdiq edən konkret sübutlar iş materialları ilə müəyyən edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati orqan tərəfindən şəxsin təqsirliliyinə dəlalət edən hallar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, X2 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol əsaslı və qanuni hesab edilə bilinməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, sübutetmə yükü vəzifəsi üzərində olan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında protkolun əsaslarını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan MMC barəsində əsassız halda Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə gəldiyi qənaəti ilə razılaşaraq verilmiş şikayətlə bağlı qeyd etməyi zəruri hesab edir ki, Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. MMC-nin təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin şəxs barəsində tərtib edilmiş protokol əsaslı və qanuni hesab edilə bilməz. Inzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-cü maddəsinə əsasən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirliməsi üçün əsas deyil. Şərh olunanlara əsasən və Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan sonra dərhal qüvvəyə minir. Qərar qətidir ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1030/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1030/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver