Məhkəmə qərarları › İş №3(3-6)-1031/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1031/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1031/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim X sədrliyi, Məhkəmə iclas katibi X katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin nümayəndəsi nümayəndə3 iştirakları ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdim edilmiş materialdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin Bakı şəhər Idarəsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469- 1 və 539.3-cü maddələri ilə tərtib edilmiş MN ******* nömrəli, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Inzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair iş üzrə icraata xitam verilməsi qərar alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin Bakı şəhər Idarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, araşdırma aparılması üçün müvafiq sənədlərin 7 (yeddi) gün ərzində Xidmətə təqdim edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilmişdir. Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən həmin sənədlər Xidmətə natamam təqdim edilmiş və tam təqdim edilməmənin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, Xidmət tərəfindən araşdırılma aparılarkən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən sənədlərin mövcud olmaması barədə Xidmətə heç bir məlumat verilməmiş, həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və müqaviləyə əlavə təqdim edilməmişdir. Bununla da, məktublarda göstərilən müddət ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən tələb olunan sənədlər Xidmətə təqdim edilmədiyindən IXM-nin 539.3 və 469-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya münasibət bildirərək qeyd edilir ki, həmin maddəyə əsasən, "Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, məktublarda göstərilən müddət ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi tərəfindən tələb olunan sənədlər Xidmətə tam təqdim edilmədiyindən IXM-nin 539.3 və 469-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən IXM-nin 469-1 və 539.3-cü maddələri ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin təqsiri iş materialında mövcud olan mötəbər, qanuni və etibarlı sübutların məcmusu ilə sübut olunmuşdur. Eyni zamanda hüquqi şəxs Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Inzibati Xətalar Məcəlləsinin 539.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edilir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialı ilə əlaqəli şəkildə araşdırıb və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin Bakı şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktubundan görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızının 2016-cı ilin mart-may aylarında iş vaxtı səhhətinin pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ünvanladığı müraciətə Xidmətin Bakı şəhər Idarəsində baxılır. Bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Vəliyeva Gülnarə Dilqəm qızının müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid məktubda qeyd edilən sənədlərin 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən aşağıdakı sənədlərin təqdim edilməsi xahiş edilmişdir: yazılı əmək müqaviləsinin surəti, iş vaxtının uçot tabelindən çıxarış (2016-cı ilin martmay ayları), varsa əmək qabiliyyətinin olmaması vərəqəsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışlar. Iş materialında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-**/*-****/**** nömrəli məktubundan görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızına aid mövcud olan sənədlərin surətləri X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim edilmişdir. Həmin sənədlər aşağıdakılardan ibarətdir: 1) Bakı şəhəri Nərimanov rayonu *** saylı məktəb üzrə 2016-cı ilin mart-may ayları üzrə maaş cədvəlləri, 2) Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış ##.##.2006-cı il tarixli əmək müqaviləsi, 3) Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış ##.##.2025-ci il tarixli əmək müqaviləsi. Iş materialında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə “xxxx” ASC arasında ##.##.2019-cu il tarixli “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi”nə əlavədən görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1.1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Vəliyeva Gülnarə Dilqəm qızının müraciəti əsasında onun 2016-cı il tarixdə iş vaxtı səhhətinin pozulması halının araşdırılması ilə bağlı X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən hüquqi şəxsə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş və həmin məktubda yazılı əmək müqaviləsinin surəti, 2016-cı ilin mart-may ayları iş vaxtının uçot tabelindən çıxarış, əmək qabiliyyətinin olmaması vərəqəsi, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarışların 7 (yeddi) gün ərzində inzibati orqana təqdim edilməsi xahiş edilmişdir. Bakı şəhəri üzrə Təhsil Idarəsi ##.##.2025-ci il tarixdə *-**-**/*-****/**** nömrəli məktub ilə inzibati orqana cavab verərək sorğuda tələb edilən sənədlərdən Bakı şəhəri Nərimanov rayonu *** saylı məktəb üzrə 2016-cı ilin martmay ayları üzrə maaş cədvəllərini, Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış ##.##.2006-cı il tarixli əmək müqaviləsini və Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə Vəliyeva Gülnarə Dilqəm qızı arasında bağlanılmış ##.##.2025-ci il tarixli əmək müqaviləsini X2 Xidmətinin Bakı şəhər Idarəsinə təqdim etmişlər. Eyni zamanda məhkəmə iclasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi və müqaviləyə əlavə də təqdim edilmişdir. Digər sənədlərin isə 2016-cı ilə aid olduğundan və hazırda mövcud olmadığından təqdim edilməsinin mümkünsüz olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi daxili təlimata əsasən sənədlərin 5 (beş) il ərzində saxlanıldığını, daha sonra isə məhv edildiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsinin öz təsdiqini tapmadığını göstərmişdir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, materialdan da göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə “xxxx” ASC arasında ##.##.2019-cu il tarixdə “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi” bağlanmış və həmin müqaviləyə əlavədə Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsində inzibati orqanın əsas götürdüyü bütün zəruri halları araşdırmış və nəticədə həmin halların baş verməsini təsdiq edən konkret sübutlar iş materialı ilə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə əsasən, bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədlərin) təqdim edilmədikdə inzibati xəta tərkibi yaranır. Lakin hazırki halda görünür ki, hüquqi şəxs tərəfindən inzibati orqanın sorğusunda təqdim edilməsi tələb edilən sənədlərin mümkün olanları həmin orqana təqdim edilmiş, digər sənədlər isə 2016-cı ilə aid olduğundan və hazırda mövcüd olmadığından təqdim edilməsi mümkünsüz olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın məktubunun həmin hissədə icra edilməməsi hüquqi şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə eyni zamanda hüquqi şəxsin əməlində Azərbaycan Respublikası IXM-nin 469- 1-ci maddəsinin tərkibi olması ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi ilə “xxxx” ASC arasında ##.##.2019-cu il tarixli “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta müqaviləsi”nə əlavədən görünür ki, Vəliyeva Gülnarə Dilqəm qızı sığorta olunan şəxslərin siyahısında yer almışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati tənbeh tətbiq etmiş orqan tərəfindən şəxsin təqsirliliyinə dəlalət edən hallar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, X2 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol əsaslı və qanuni hesab edilə bilinməz. Məhkəmə tərəflərin bildirdikləri halları, iş materialında olan sənədləri müqayisəli şəkildə araşdıraraq hesab edir ki, sübutetmə yükü vəzifəsi üzərində olan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında protokolun əsaslarını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə gəldiyi qənaəti ilə razılaşaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin şəxs barəsində tərtib edilmiş protokol əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirliməsi üçün əsas deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1 və 539.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar