Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1032/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarından səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim olunmuş materiallardan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.A.Bakıxanov ünvanında yerləşən “Büllur kişi salonu” adlı obyektin üzərində Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericiilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. ##.##.2025-ci il tarixdə qeyd olunan pozuntuların 5 gün ərzində aradan qaldırılması ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs göstəriş xarakterli məktub göndərilmiş, pozuntuların aradan qaldırılmayacağı təqdirdə 1 iş günü ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi üzrə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin göstərilən müddət ərzində vəzifəli şəxs buna əməl edilməmiş və idarənin əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixdə, saat 11:50-də təkrar bu obyektə baxış zamanı icazəsiz reklam yayımının dayandırılmadığı və ##.##.2025-ci il tarixli göstərişin icra edilmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli sözügedən qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi apellyasiya qaydasında şikayət verərək birinci instansiya məkəməsinin qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-ın 428.7.3-cü maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan ## ###### 2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı həmin günü saat 17:30-da Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən “Büllur kişi salonu” adlı obyektin üzərində qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın yayımlanması bir ədəd 1 m2 ölçüdə reklam aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Reklam İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ## ###### 2025-ci il tarixli göstərişin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən “Büllur kişi salonu” adlı obyektin üzərində qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmiş və bu barədə ## ###### 2025ci il tarixli akt tərtib edilmişdir. Qeyd edilən qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması, yəni 5 gün ərzində müvafiq icazənin alınması üçün Bakı şəhər Reklam İdarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımının dayandırılması tələb edilmiş, əks halda həmin əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyət yaradacağı qeyd edilmişdir Belə ki, iş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, “Büllur kişi salonu” adlı obyektin üzərində olan reklam lövhəsinin ümumi ölçüsü 1 kvadratmetrdir və qanunvericilik bunu yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab etmir. Birinci instansiya məhkəməsi də həmçinin qərarını əsaslandırarkən qeyd etmişdir ki, “Büllur kişi salonu” adlı obyektin üzərində olan reklam lövhəsinin ümumi ölçüsü 1 kvadratmetrdir və qanunvericilik bunu yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab etmir və vəzifəli şəxs tərəfindən İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş hər hansı bir xəta tərədilməmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxs barəsində İXM-in 428.7.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli mübahisələndirilən qərarı qanuni və əsaslı hesab edilməklə qüvvəsində saxlanılmalı, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və İXM-nın 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 428.7.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1032/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1032/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver