Məhkəmə qərarları › İş №3(3-6)-1033/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1033/2026

09.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1033/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, X1 İXM-in 342.9-cu maddəsi təqsirli bilinərək tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından X1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 342.9-cu maddələri ilə ##.##.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakim Solmaz Mustafayeva) X1 İXM-in 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qərardan narazı qalan X1 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və işə iştirakı ilə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, belə hesab edir ki, X1 tərəfindən verilmiş şikayət baxılmadan, inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, birinci instansiya məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ##.##.2022-ci il tarixdə X1 poçt vasitəsi ilə rəsmi qaydada göndərilmiş, poçt göndərişləri məhkəməyə geri qaytarılmamışdır. Buna baxmayaraq, apellyasiya qaydasında verilmiş şikayət ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Göründüyü kimi X1 10 (on) gün prosessual müddət ərzində deyil, yalnız ##.##.2026-cı il tarixində, yəni 3 ildən artıq müddət keçdikdən sonra prosessual müddəti ötürməklə şikayət vermişdir. Qanunun tələbinə görə inzibati xəta haqqında qərardan şikayətin qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində verilməsi nəzərdə tutulduğundan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Odur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə inzibati tənbeh verilməsi haqqında qərarından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını və buraxılmış müddətin bərpa edilmədən şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərildiyini nəzərə alaraq, şikayətə baxılmasını mümkün hesab etmir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından X1 tərəfindən prosessual müddət ötürülməklə şikayət verildiyindən və müddətin bərpası barədə məhkəməyə müraciət edilmədiyindən, həmin şikayət inzibati xəta haqqında iş üzrə icraat materialları ilə birlikdə geri qaytarılmalı və şikayət vermiş şəxsə şikayət vermə müddətinin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından X1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası İXM-in 130-cu maddəsinin tələblərinin yerinə yetirilməsi üçün material ilə birlikdə həmin Məhkəməyə qaytarılsın. Şikаyət vеrmiş şəxsə burахılmış prоsеssuаl müddətin bərpаsı ilə əlаqədаr Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə vəsаtət vеrmək hüququ izаh еdilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar