Məhkəmə qərarları › İş №3(3-6)-1034/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1034/2026

10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1034/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil İbad qızının iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun vəkili Vəkil İbad qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək haqqısı aylıq 400 manat təşkil edir və əlavə heç bir qazancı yoxdur. Buna baxmayaraq məhkəmənin qərarı ilə alimentin məbləği 300 manatdan 700 manata qaldırılmışdır. Əvvəlki qətnamə üzrə təyin edilmiş 300 manat məbləğində alimenti hər ay ödəmiş və heç bir borcu qalmamışdır. Lakin 3 aydır ki, qaldırılmış alimenti tam ödəyə bilmir. Ümumilikdə borcu 3600 manat məbləğ təşkil edir. Məhkəmə hər ay 400 manat olmaqla əvvəlki aylar üzrə hissə-hissə borcu ödəyəcəyini bildirsə də, məhkəmə buna məhəl qoymamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili Vəkil İbad qızı apellyasiya şikayəti verərək həmin qərarın və Yasamal Rayon İcra məmurunun müvafiq qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra vərəqəsi üzrə hər ay müntəzəm olaraq 300 manat aliment ödəmiş və əvvəlki borcları da tam ödəmişdir. Onun həmin icra vərəqəsi üzrə borcu və ödənilməmiş aliment borcu qalmamışdır. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci tarixli qətnaməsinə əsasən onun ödəməli olduğu alimentin məbləği 700 manata qaldırılmış və həmin tarixdə icra vərəqəsi verilmişdir. Bakı Apellyasiya məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-ci tarixli qətnaməsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcu yaranmışdır. Əmək haqqının 400 manat olması və əlavə heç bir gəlirinin olmamasına görə üzürlü səbəbdən o əlavə yaranmış 3600 manat aliment borcunu 2 ay yarım müddətinə ödəyə bilməmişdir. İcra məmuru isə ikinci icra vərəqi üzrə ilk dəfə onun izahatını almaq üçün çağırdığı gün ##.##.2026-ci il tarixdə İnzibatı Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə dərhal protokol yazaraq onun barəsində inzibati məsuliyyətə cəlb edilməsi barədə əsassız və qanunsuz qərar çıxarmışdır. Bundan başqa, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyəti, onun öhdəsində biri ağır xəstə olmaqla mərhum bacısının 2 uşağının olması, hər ay 300 manat məbləğində alimenti vaxtı-vaxtında müntəzəm olaraq ödəməsi və digər diqqətəlayiq hallar icra məmuru və məhkəmə tərəfindən nəzərə alınmamışdır. Apellyasiya baxışı zamanı iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil İbad qızı apellyasiya şikayətlərini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə əsasən iş üzrə tələbkar şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2025ci il tarixdən başlayaraq cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədi üzrə ##.##.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iddiaçı X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,75 misli həddində sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi və icra zamanı birinci instansiya məhkəməsinin qətnaməsi ilə hazırki qətnamə icra edilərkən tutulacaq məbləğlərdə nəzərə alınması qət edilmişdir. İş materiallarında olan “icraata başlamaq haqqında” ##.##.2025-ci il və ##.##.2026cı il tarixli qərarlardan və icra sənədləri üzrə borclunun izahatlarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və bildirişlər borcluya təqdim edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncun icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzrlü səbəb olmamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayaraq qeyd edir ki, hazırki iş materiallarında olan sübutların məcmusuna əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli icra sənədləri üzrə öz öhdəliklərini üzrsüz səbəbdən icra etməmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun vəkili tərəfindən verilmiş apellyasiya şikayətlərində icra sənədləri üzrə öhdəliyin icra edilməmə səbəbləri kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqının 400 manat olduğu halda aliment borcunun 700 manat qaldırılması və onun əlavə gəlirinin olmaması göstərilsə də, həmin halın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment borcunu ödəmək öhdəliyini aradan qaldırmadığını, habelə icra sənədləri üzrə 3600 manat məbləğində kifayət qədər yüksək məbləğdə borcun yarandığını nəzərə aldıqda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi üzrə öz öhdəliyini üzrlü səbəbdən icra etmədiyi qənaətinə gəlinir. Məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tətbiq olunmuş inzibati həbs növündə tənbeh tədbirinin ədalətliliyini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsidə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə düzgün nəticəyə gəlmiş və buna görə də inzibati tənbeh tədbirinin dəyişdirilməsi üçün hər hansı əsas müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil İbad qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun vəkili Vəkil İbad qızı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə dair *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar