Məhkəmə qərarları › İş №3(3-6)-1036/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1036/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1036/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol X1 Patrul Xidməti inspektoru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, ## ###### 1998-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş ## #### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şikayət verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, öz hərəkəti ilə heç bir ictimai qaydanı pozmayıb. Onun ictimai qaydanı pozmağı ilə bağlı heç bir vətəndaşın şikayəti yoxdur. Belə olan təqdirdə Yol Patrul Xidməti əməkdaşı necə müəyyən edib ki, o, icitmai qaydanı pozmaqla kiməsə açıqca hörmətsizlik edib? İctimai qaydanı pozmaq ümumiyyətlə hər hansı səs-küyün sayılması, vətəndaşlarla kobud rəftar edilməsi, kimisə təhqir edilməsi kimi qiymətləndirilməlidir. O, bunların heç birini etməyib. Qeyd olunan maddənin tərkibinə görə yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə siirtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması avtoxuliqanlıq hesab edilir. O, davamlı olaraq yol hərəkəti qaydalarını pozmamaqla davamlı olaraq olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izləri buraxmayıb. Buna dair Yol Patrul Xidməti əməkdaşının heç bir sübutu yoxdur!! İş materiallarında əlavə edilmiş video görüntüdə onun sürüşündə hər hansı pozuntu müəyyən etmək olmur, nəinki, avtoxuliqanlıq. Həmin video görüntüyə məhkəmə obyektiv qiymət versəydi, onun hərəkətlərimdə avtoxuliqanlıqın olmaması qənaətinə gələrdi. X5 Xidməti əməkdaşının onun təqsirini güya sübuta yetirən bir video görüntü var, hansı ki onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinin tərkib əlamətlərinin olmamasını göstərir. Necə və hansı qaydada məhkəmə o görüntüyə baxıb ona avtoxuliqan deyib, onun adını və gələcəyini ləkələdiyi hələ də aydın deyil. Yol Patrul Xidməti əməkdaşı protokolu tərtib etdikdən 3 gün sonra baxılması üçün məhkəməyə göndərib. Buda öz növbəsində kobud qanun pozuntusudur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol X1 Patrul Xidməti inspektoru X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, şikayətlə bağlı proses iştirakçılarını dinləyərək, belə hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, X3 ## #### 2026-cı il tarixdə saat 06:36 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində “X4” minik markalı, **UB*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yerin səthi ilə sürtünməsi səslərinin çıxarılması və yer səthində çox saylı təkər izlərinin buraxılması kimi ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə avtoxuliqanlıq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “X4” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəflətən avtomobili sürətləndirməklə davamlı olaraq təkərlərin yerin səthi ilə sürtünməsi səslərinin çıxarılması və yer səthində təkərizlərinin buraxılması kimi ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmişlər. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol X1 Patrul Xidməti inspektoru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 ona törətmiş olduğu inzibati xəta hadisəsini izah etmiş, bu zaman qarşı tərəf hər hansı etirazını bildirməmiş, hətta X3 yanında olan şəxs- Şahid Vaqif oğlu polisin “sizin maşının təkərlərinin səsindən yolumu qayıdıb gəlmişəm” iradından sonra “bəli, ola bilər, üzr istəyirik” deyərək polis əməkdaşına “sizinlə bir dəqiqəlik danışa bilərəmmi” deyib polisə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında araşdırılmış sübutlar, o cümlədən inzibati xəta haqqında protokol, polis əməkdaşının izahatı, iş materiallarına əlavə edilmiş videogörüntü və digər sübutlar birgə və qarşılıqlı şəkildə qiymətləndirilərək belə nəticəyə gəlinmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta, yəni avtoxuliqanlıq əməli törədilmişdir. Belə ki, iş materiallarından və xüsusilə videogörüntüdən görünür ki, polis əməkdaşı nəqliyyat vasitəsini məhz təkərlərin sürüşməsi nəticəsində yaranan yüksək səsə reaksiya olaraq saxlamışdır. Polis əməkdaşının bu barədə verdiyi izahat videogörüntü ilə uzlaşır və işin faktiki halları ilə ziddiyyət təşkil etmir. Digər tərəfdən, videogörüntüdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 avtomobili idarə edərkən yanında olmuş şəxs- Şahid Vaqif oğlunun polisin müvafiq iradından sonra ona etiraz etməməsi, hətta üzr istəyərək polisi kənara çəkmək istəyi videogörüntüdən açıq-aşkar müşahidə olunur. Bu hal onların hadisə zamanı törətdikləri əmələ münasibətdə özlərinin də qeyri-hüquqi davranışın baş verdiyini dərk etdiklərini göstərir və dolayısı ilə əməli inkar etmədiklərini təsdiqləyir. Məhkəmə belə qənaətə gəlmişdir ki, əgər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 tərəfindən hər hansı inzibati xəta törədilməmiş olsaydı, həmin anda polisə etiraz edərdilər. Əksinə videogörüntüdə şəxslərin dolayı yola da olsa əməli etiraf etdikləri görünür. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında verilmiş fərqli ifadə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin verdiyi müdafiə xarakterli ifadə olmaqla həqiqəti əks etdirmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və onun dostu olan şahidin məhkəmədə verdiyi ifadələr obyektiv sübutlarla, o cümlədən videogörüntü ilə təkzib edilir və bu səbəbdən məhkəmə həmin ifadələri etibarlı sübut kimi qəbul etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya şikayətinə münasibətdə məhkəmə qeyd edir ki, əməlin törədilməsi inkar edilsə də, iş materiallarında olan sübutlar şəxsin əməlində avtoxuliqanlıq inzibati xəta tərkibinin əlamətlərinin olmasını təsdiq edir və bu sübutları inkar edən və ya mötəbərsizliyini göstərən hallar apellyator tərəfindən göstərilməmişdir. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması ilə bağlı qərar qəbul edərkən iş üzrə düzgün nəticəyə gəlmiş, hüquqi şəxsin əməlində inzibati xətanın tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Bundan başqa məhkəmə inzibati tənbeh tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Məhkəmə tətbiq edilmiş cəriməni qanunamüvafiq və ədalətli hesab edir. Odur ki, şikayətdə göstərilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati məsuliyyətdən azad olunaraq, qərarın ləğv edilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-ci il tarixli qərarı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar