Məhkəmə qərarları › İş №3(3-6)-1037/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1037/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1037/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən vəzifəli şəxs, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci və 192.4cü maddələri üzrə ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarın “müəyyən edildi” hissəsində qeyd edilmişdir ki, guya Salmanov İrşad Məhəmməd oğlu barəsində ##.##.2025-ci il tarixi üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq 1 saat qısaldılmanın edilmədiyi, həmin Məcəllənin 165-ci maddəsinin tələbləri pozularaq əlavə ödəniş edilmədiyi məlum olmuşdur. Lakin qeyd edir ki, DƏMX tərəfindən məsələ düzgün araşdırılmamış, müəssisənin izahı dinlənilməmişdir, habelə, aşağıda qeyd etdiyi səbəblərdən inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir.

1. Salmanov İrşad Məhəmməd oğlu ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək “xxxx” MMC-də sürücü vəzifəsində işləmişdir. Lakin adı çəkilən işçi iş qrafikini pozur, işə gəlmir və bu barədə müəssisəyə məlumat vermirdi. ##.##.2025-ci il tarixdə müəssisə tərəfindən həmin işçinin ünvanına məktub göndərilmiş və müvafiq qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq işçi tərəfindən müəssisənin xəbərdarlığına hər hansı cavab verilməmişdir. Odur ki, nəticə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə adı çəkilən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir.

2. Daha sonra DƏMX tərəfindən işin araşdırılması üçün müəssisədən müvafiq sənədlər tələb edilmişdir və bu sənədlərdən biri işçinin iş vaxtı üzrə uçot tabeli olmuşdur. Belə ki, tərəfimizdən DƏMX-ə göndərilən 2025-ci ilin iyun ayı üzrə tabel texniki səhv ucbatından yanlış göndərilmişdir. Bu texiniki səhv ümumi sistemdə baş verdiyindən və müəssisə sonradan bu məsələdən xəbər tutduğundan texniki səhvin aradan qaldırıldığı düzgün tabeli DƏMX-ə göndərmiş və buna dair açıqlama məktubu təqdim etmişdir.

3. 14 iyun tarixdə adı çəkilən işçi qısaldılmış iş rejimində işləmiş, 15 iyun bayram günü olmuş və 16 iyun işçiyə istirahət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Belə ki, 15 iyun milli qurtuluş günü olduğundan qanunvericiliyin tələblərinə uyğun olaraq 14 iyun tarixində işçinin iş saatı 1 saat qısaldılmışdır. Bu işçinin is vaxtının elektron uçotu üzrə hesabatda da öz təsdiqini tapır. Belə ki, müvafiq texniki səhv müəssisə tərəfindən müəyyən edildikdə sübut məqsədilə çıxarış DƏMX-ə təqdim edilmişdir. Buna baxmayaraq məsələni araşdırmadan qurum tərəfindən əsassız qərar tərtib edilib (is vaxtının elektron uçotu üzrə hesabat qoşmaya əlavə edilir). Lakin bu sübut edir ki, işçi həmin gün saat 08:00da işə başlamış və (2:00-da iş saatı bitmişdir. DƏMX eyni zamanda qeyd edir ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin pozuntusuna yol verilmişdir. Həmin maddənin pozuntusuna yol verilməsi üçün işçi iş vaxtından artıq vaxt ərzində işləməlidir. Lakin işəgötürən tərəfindən belə bir hala yol verilməsi qeyri-mümkündür. Odur ki, qanunvericiliyin heç bir maddəsi üzrə pozuntuya yol verilməmişdir. Uyğun olaraq qanunvericiliyin tələblərini pozmadan işçinin əmək haqqı hesablanmış və ödənilmişdir.

4. Əlavə olaraq həmin tarixdə, yəni 14 iyun tarixdə sistemdə problem olduğu və avtomatik olaraq bütün işçilərin iş vaxtı cədvəllərində texniki problem yaranması bir məqamla da sübut edilir. Belə ki, daha bir işçi ilə bağlı eyni problem yaranmış və DƏMXə yenidən iş vaxtı cədvəlinin düzgün versiyası təqdim edilmişdir (qoşmaya əlavə edilir). Bunun nəticəsində səlahiyyətli qurum tərəfindən iş vaxtı cədvəllərində texniki problem nəticəsində yanlışlıq olduğu qənaətinə gəlinmiş və sübutlar DƏMX tərəfindən qəbul edilmişdir. Odur ki, hal-hazırkı situasiya sübut edir ki, səlahiyyətli orqan qərəzli münasibət göstərmiş və müəssisə tərəfindən sübut təqdim edilsə də, bunu görməzdən gəlmişdir.

5. Digər tərəfdən DƏMX tərəfindən daha bir pozuntuya inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İXMnin 57-ci və 100-cü maddəsinin maddəsinin mahiyyətinə görə müvafiq protokol tərtib edilməmişdən əvvəl barəsində inzibati icraat aparılan şəxsə məlumat verilməsi məqsədilə bildiriş göndərilməli, şəxsə hüquq və vəzifələri izah edilməli, araşdırılan məsələ ilə bağlı şəxs tərəfindən həqiqətən pozuntuya yol verilib-verilməməsinin aydınlaşdırılması üçün həmin şəxs dinlənilməli və barəsində icraat aparılan şəxsin izahatı alınmalıdır. DƏMX tərəfindən isə bunların heç birinə əməl edilmədən inzibati xəta haqqında protokol tərtib edilmiş, dəfələrlə müəssisə tərəfindən izah verilməsinə baxmayaraq daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hətta həmin qərarın surəti müəssisəyə təqdim edilmirdi. Bu səbəblə əlaqədar 142 çağrı mərkəzi ilə dəfələrlə əlaqə saxlanılmış, elektron poçt üzərindən məlumat verilmişdir. Yalnız bundan sonra müvafiq qərarın əladə edilməsi mümkün olmuşdur. Yəni protokolun tərtib edilməsindən işəgötürənin məlumatı belə olmamışdır.

6. Bunların hər biri təsdiq edir ki, DƏMX tərəfindən qərəzli mövqe sərgilənməkdədir və məhz vəzifəli şəxsi cərimələmək məqsədilə onun tərəfindən təqdim edilən sübut nəzərə almamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarının, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salmanov İrşad Məhəmməd oğlu ##.##.2024-cü il tarixindən ##.##.2025-ci il tarixədək “xxxx” MMC-də sürücü vəzifəsində işləmişdir. Lakin adı çəkilən işçi iş qrafıkini pozur, işə gəlmir və bu barədə müəssisəyə məlumat vermirdi. ##.##.2025-ci il tarixdə müəssisə tərəfindən həmin işçinin ünvanına məktub göndərilmiş və müvafiq qaydada xəbərdar edilmişdir. Buna baxmayaraq işçi tərəfindən müəssisənin xəbərdarlığına hər hansı cavab verilməmişdir. Odur ki, nəticə olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə adı çəkilən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra DƏMX tərəfindən işin araşdırılması üçün müəssisədən müvafiq sənədlər tələb edilmişdir və bu sənədlərdən biri işçinin iş vaxtı üzrə uçot tabeli olmuşdur. Belə ki, tərəfimizdən DƏMX-ə göndərilən 2025-ci ilin iyun ayı üzrə tabel texniki səhv ucbatından yanlış göndərilmişdir. Bu texiniki səhv ümumi sistemdə baş verdiyindən və müəssisə sonradan bu məsələdən xəbər tutduğundan texniki səhvin aradan qaldırıldığı düzgün tabeli DƏMX-nə göndərmiş və buna dair açıqlama məktubu təqdim etmişdir. 14 iyun tarixdə adı çəkilən işçi qısaldılmış iş rejimində işləmiş, 15 iyun bayram günü olmuş və 16 iyun işçiyə istirahət verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Belə ki, 15 iyun milli qurtuluş günü olduğundan qanunvericiliyin tələblərinə uvgun olaraq 14 iyun tarixində işçinin is saatı 1 saat qısaldılmışdır. Bu işçinin iş vaxtının elektron uçotu üzrə hesabatda da öz təsdiqini tapır. Belə ki, müvafiq texniki səhv müəssisə tərəfindən müəyyən edildikdə sübut məqsədilə çıxarış DƏMX-ə təqdim edilmişdir. Buna baxmayaraq məsələni araşdırmadan qurum tərəfindən əsassız qərar tərtib edilib (is vaxtının elektron uçotu üzrə hesabat qoşmaya əlavə edilir). Lakin bu sübut edir ki, işçi həmin gün saat 08:00- da işə başlamış və 12:00da iş saatı bitmişdir. DƏMX eyni zamanda qeyd edir ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsinin pozuntusuna yol verilmişdir. Həmin maddənin pozuntusuna yol verilməsi üçün işçi iş vaxtından artıq vaxt ərzində işləməlidir. Lakin işəgötürən tərəfindən belə bir hala yol verilməsi qeyri-mümkündür. Odur ki, qanunvericiliyin heç bir maddəsi üzrə pozuntuya yol verilməmişdir. Uyğun olaraq qanunvericiliyin tələblərini pozmadan işçinin əmək haqqı hesablanmış və ödənilmişdir. Texniki səhv bundan ibarət olmuşdur ki, 14 iyul tarixinə sistemdə 5 saat, 15 iyun tarixinə (i) istirahət, 16 iyun tarixinə (B) bayram yazılmışdır. Müəssisənin sistemi avtomatik olaraq belə qurulmuşdur ki, əgər bayram gününə bayram (B) olaraq yazılırsa, sistem özü avtomatik olaraq bir gün əvvəli qısaldılmış olaraq görür. Lakin yanlışlıqla 16 iyun tarixinə bayram yazılmış və təbii ki də bundan əvvəlki gün olan 15 iyun bazar günü olduğundan istirahət günü olmuşdur. Nəticə olaraq sistem funksiyası ucbatından 14 iyun tarixinə 5 saat kimi qeyd edilmişdir. Həmçinin hamıya məlumdur ki, 16 iyun heç bir bayram günü yoxdur, bu da təsdiq edir ki, həqiqətən ehtiyatsızlıq nəticəsində (B) bayram günü tabelə 16-sı yazılıb. Bu həm də onu sübut edir ki, 15 iyun tarixinə (B) bayram daxil edilsə idi, avtomatik olaraq 14 iyun 4 saat kimi sistemdə görünəcəkdir. Belə bir texniki səhvə görə, yalnız sistem üzərində olan texniki yanlışlığa görə işçinin artıq iş saatına cəlb edilməsi qənaətinə gəlinə bilməz. Bu qənaətə o halda gəlinərdi ki, 15 iyun tarixinə bayram olaraq qeyd aparılsın və eyni zamanda da əvvəlki gün qısaldılmış iş günü kimi görünməsin. Lakin müəssisənin tabelində belə olmamışdır. Həmçinin məhkəmə qərarının 7-ci səhifəsində qeyd edilir ki, tərəfimizdən təqdim edilmiş videoda ## #### 2025, saat 12:00 tarixi qarşısında invalid ifadəsi var. Bu da məlumatın etibarsız olduğunu göstərir. Məhkəmənin bu yanaşması doğru deyil. Çünki bu cür proqramlar işçilərin giriş-çıxış kartlarını vurduqları sistem ilə inteqrasiyada olur və sistemdə tarix və saat görsəndiyi üçün bu o deməkdir ki, sistem bu tarix və saatı giriş və çıxış saatı kimi tanıyır, lakin ümumi sistemin həmişəki funksiyasına uyğun olmayan bir məlumat daxil olduğu üçün sistem invalid ifadəsini çıxarır, yəni sistemin ümumi daxili qaydasına uyğun olmayan tarix və saat var. ’’invalid“ sözü isə ayrıca sütunda yerləşir və vaxtın özünə deyil, həmin qeydin statusuna aiddir. Başqa sözlə, sistem saat 12:00-da çıxış qeydi olduğunu qəbul etmiş, lakin bu qeydi daxili qaydalarla (məsələn, vaxt intervalının digərlərindən fərqlənməsi, iş saatının əvvəlkinə münasibətdə az olması və s.) uyğun hesab etmədiyi üçün onu “Invalid” statusu ilə işarələmişdir. Həmin abzasda dolayısı ilə məhkəmə özü də bunu təsdiq etmişdir... invalid format - format səhvdir - bu ifadə onu göstərir ki, sistemin funksiyasına, proqramlaşdırılmış iş qaydasına uyğun olmayan daxil olmuş informasiya var. Yəni proqram giriş və çıxış saatını tanıyır, doğruluğunu təsdiq edir, amma eyni zamanda bunun əvvəlki is saatlarına və ya intervaia uyğun olmadığını da xəbərdar edir. Həmin tarixdə, yəni 14 iyun tarixdə sistemdə problem olduğu və avtomatik olaraq bütün işçilərin iş vaxtı cədvəllərində texniki problem yaranması bir məqamla da sübut edilir. Belə ki, daha bir işçi ilə bağlı eyni problem yaranmış və DƏMX-ə yenidən iş vaxtı cədvəlinin düzgün versiyası təqdim edilmişdir (qoşmaya əlavə edilir). Bunun nəticəsində səlahiyyətli qurum tərəfindən iş vaxtı cədvəllərində texniki problem nəticəsində yanlışlıq olduğu qənaətinə gəlinmiş və sübutlar DƏMX tərəfindən qəbul edilmişdir. Odur ki, hal-hazırkı situasiya sübut edir ki, səlahiyyətli orqan qərəzli münasibət göstərmiş və müəssisə tərəfindən sübut təqdim edilsə də, bunu görməzdən gəlmişdir. Digər tərəfdən DƏMX tərəfindən daha bir pozuntuya inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı yol verilmişdir. Belə ki, AR İXM-nin 57-ci və 100- cü maddəsinin maddəsinin mahiyyətinə görə müvafiq protokol tərtib edilməmişdən əvvəl barəsində inzibati icraat aparılan şəxsə məlumat verilməsi məqsədilə bildiriş göndərilməli, şəxsə hüquq və vəzifələri izah edilməli, araşdırılan məsələ ilə bağlı şəxs tərəfindən həqiqətən pozuntuya yol verilib-verilməməsinin aydınlaşdırılması üçün həmin şəxs dinlənilməli və barəsində icraat aparılan şəxsin izahatı alınmalıdır. DƏMX tərəfindən isə bunların heç birinə əməl edilmədən inzibati xəta haqqında protokol tərtib edilmiş, dəfələrlə müəssisə tərəfindən izah verilməsinə baxmayaraq daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hətta həmin qərarın surəti müəssisəyə təqdim edilmirdi. Bu səbəblə əlaqədar 142 çağrı mərkəzi ilə dəfələrlə əlaqə saxlanılmış, elektron poçt üzərindən məlumat verilmişdir. Yalnız bundan sonra müvafiq qərarın əladə edilməsi mümkün olmuşdur. Yəni protokolun tərtib edilməsindən işəgötürənin məlumatı belə olmamışdır. Bunların hər biri təsdiq edir ki, DƏMX tərəfindən qərəzli mövqe sərgilənməkdədir və məhz vəzifəli şəxsi cərimələmək məqsədilə onun tərəfindən təqdim edilən sübut nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “xxxx” MMC (direktor Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu) ilə Salmanov İrşad Məhəmməd oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, İ.M.Salmanov qeyd edilən hüquqi şəxsin Nəqliyyat Departamentinin Bakı şəhərində yerləşən avtoparkında sürücü kimi aylıq vəzifə maaşı 670 manat müəyyən edilməklə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti ##.##.2025-ci il tarixədək, yəni 01 il 04 ay müddətinə bağlanmışdır. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun ##.##.2025-ci il tarixli 435/Ş nörməli əmrindən görünür ki, şirkətdə sürücü vəzifəsində işləyən Salmanov İrşad Məhəmməd oğlunun əmək müqaviləsinə ##.##.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, işçinin istifadə edilməmiş 10 məzuniyyət günü üçün son haqqhesabın verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmış 1753955837.***** nömrəli müraciət vərəqəsindən görünür ki, Salmanov İrşad Məhəmməd oğlu müfəttişliyə şikayət ünvanlayaraq ##.##.2024-cü il tarixdən “xxxx” MMC-də “sürücü” vəzifəsi üzrə əmək fəaliyyətinə cəlb olunduğunu, əmək müqaviləsində qeyd edilən iş saatlarında artıq müddətə əmək fəaliyyətinə cəlb olunsa da (24 saat işə cəlb olunduğunu iddia edir) əlavə iş saatlarına görə ona heç bir ödəniş edilməmişdir. “xxxx” MMC-nin direktoru tərəfindən imza edilərək hüquqi şəxsin möhrü ilə təsdiq edilmiş Salmanov İrşad Məhəmməd oğlunun əmək haqqının ödənilməsi cədvəlindən görünür ki, 2025-ci ilin iyun ayı ərzində ona əmək müqaviləsi üzrə təyin edilmiş 670 manat məbləğində əmək haqqı ödənilmişdir. “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Ərazi İdarəsi təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən müəyyən edilir ki, Salmanov İrşad Məhəmməd oğlu ##.##.2025ci il tarixində 5 saat olmaqla əmək fəaliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X1 tərəfindən ##.##.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş ##.##.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Salmanov İrşad Məhəmməd oğlunun müraciəti əsasında aparılan araşdırma zamanı təqdim edilmiş iş vaxtının uçotu cədvəllərindən İ.M.Salmanovun ##.##.2025-ci il tarixində iş saatına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən 01 (bir) saat qısaldımanın tətbiq edilmədiyi, həmin Məcəllənin 165-ci maddəsinin tələblərinin pozularaq əlavə iş saatına görə ödənişin edilmədiyi müəyyən edilmiş, bununla da “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu Azərbaycan Respublikası İXM-nin 198.1.5 və 192.4-cü maddələrinin tələblərini pozmaqda təqsirli bilinərək ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun vəkili və eyni zamanda etibarnamə üzrə nümayəndəsi “Ekol” Vəkil Bürosunun vəkili X10 təqdim etdiyi diskdə olan videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videonun ümumi müddəti 01 dəqiqə 19 saniyədir. Videogörüntü telefon vasitəsilə kompyuterin monitorunu qeydə almaqla çəkilmişdir. Monitorda xüsusi quraşdırılmış proqramda filtrləmə vasitəsilə Salmanov İrşad Məhəmməd oğlunun ##.##.2025–##.##.2025-ci il tarixləri arasında giriş-çıxış məlumatlarına daxil olunur. Bu zaman ##.##.2025-ci il tarixinə gəldikdə İ.M.Salmanovun 08:00-da giriş etməsi (C/İN) və 12:00-da çıxış etməsi (C/OUT) və 12:00 (C/OUT) yazısının qarşısında “İnvalid” yazısının qeyd olunması görünür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündən bilavasitə əvvəl gələn iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Altıgünlük iş həftəsi ilə işləyən işçilər üçün bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənişlər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normalarından göründüyü kimi həmin normalar dispozitiv xarakterə malik olmamaqla, imperativ xarakter daşıyır, yəni Qanun və Konstitusiya Məhkəməsinin qərarı işçilərin hüquqlarının müdafiəsi baxımından birmənalı şəkildə işçinin işdən kənarlaşdırılmasının qaydasını müəyyən edir, ona riayət edilməsini işəgötürənin üzərinə vəzifə kimi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsininn 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172.1-ci maddəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən edilmişdir ki, Salmanov İrşad Məhəmməd oğlu ##.##.2024-cü il tarixli əmək müqaviləsi ilə “xxxx” MMC-də Nəqliyyat Departamentinin Bakı şəhərində yerləşən avtoparkında sürücü kimi aylıq vəzifə maaşı 670 manat müəyyən edilməklə işə qəbul edilmiş və “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun ##.##.2025-ci il tarixli 435/Ş nörməli əmri ilə onun əmək müqaviləsinə ##.##.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İ.M.Salmanov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək, əmək müqaviləsində qeyd edilən iş saatlarında artıq müddətə əmək fəaliyyətinə cəlb olunsa da əlavə iş saatlarına görə ona heç bir ödəniş edilmədiyini bildirmiş, inzibati orqan tərəfindən hüquqi şəxsin təqdim etdiyi sənədlər əsasında aparılan araşdırma zamanı qeyd edilən fakt öz təsdiqini tapmış və hüquqi şəxsin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 192.4-cü maddələri ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iş materialları ətraflı tədqiq edilmiş, istər inzibati orqanının nümayəndəsinin, istərsə də barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi dəlillər və onları müşayiət edən sübutlar araşdırılmış və nəticə etibarilə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilk öncə onu qeyd etmişdir ki, araşdırma zamanı iş vaxtının uçotu cədvəllərindən müəyyən edilmişdir ki, Salmanov İrşad Məhəmməd oğlu ##.##.2025-ci il tarixdə (şənbə günü), yəni Milli Qurtuluş Günündən öncəki gün 5 saat müddətində əmək fəaliyyətinə cəlb edilmişdir. Halbuki həmin cədvəllərdən müəyyən edilir ki, işçi altı günlük iş həftəsi əsasında işləyir və həftə içi 7 saat, şənbə günləri isə 5 saatlıq iş rejimi müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri baxımından İ.M.Salmanov barəsində ##.##.2025-ci il tarixdə bayram günündən öncəki gün olduğundan bir saat qısaldılmış iş günü tətbiq edilməli olduğu halda işəgötürən tərəfindən buna riayət edilməmişdir. Digər tərəfdən istər şikayətçi öz şikayət ərizəsində, istərsə də onun vəkili və eyni zamanda nümayəndəsi öz çıxışında iddia edir ki, qeyd edilən uçot cədvəllərində texniki səhvə yol verilmişdir. Belə ki, bununla bağlı müvafiq dəlillər ona söykənmişdir ki, işçi işə daxil olan və çıxış edən zaman kartdan istifadə edir və işdə olduğu müddət elektron sistem vasitəsilə qeydə alınaraq yaddaşda saxlanılır. Qeyd edilən faktla bağlı məhkəməyə təqdim edilən diskə baxış zamanı Salmanov İrşad Məhəmməd oğlunun ##.##.2025-##.##.2025-ci il tarixləri arasında giriş-çıxış məlumatlarına daxil olunması, eləcə də bu zaman ##.##.2025-ci il tarixinə gəldikdə İ.M.Salmanovun 08:00-da giriş etməsi (C/İN) və 12:00-da çıxış etməsi (C/OUT), bununla yanaşı 12:00 (C/OUT) yazısının qarşısında “İnvalid” yazısının qeyd olunması müəyyən edilmişdir. Həmin faktlar məhkəmədə təqdim edilmiş sübuta münasibət müəyyən şübhələr yaratmışdır. Birincisi ##.##.2025-##.##.2025-ci il tarixləri arasında giriş-çıxış məlumatlarından görünür ki, müxtəlif təqvim günləri ərzində Salmanov İrşad Məhəmməd oğlu qeyridəqiq vaxtlarda, yəni misal üçün 07:59-da giriş etmiş, 16:03-də çıxış etmiş və ya 07:42də giriş etmiş, 16:07-də çıxış etmişdir. Halbuki digər təqvim günlərindən fərqli olaraq yalnız ##.##.2025-ci il tarixində konkret olaraq 08:00-da giriş etməsi və 12:00-da çıxış etməsi qeyd olunmuşdur. İkincisi isə ##.##.2025-ci il tarixində işçinin çıxış iş yerini tərk etdiyi vaxtın, yəni saat 12:00 dəqiqənin qarşısında “İnvalid” sözü qeyd edilmişdir. Halbuki digər bütün təqvim günlərində olan giriş və çıxışların qarşısında “OK” sözü qeyd olunmuşdur. “İnvalid” ifadəsi kompyuter terminologiyasında kompüterdə (və ümumiyyətlə texnologiyada) “etibarsız”, “yanlış”, “qəbul olunmayan” anlamına gəlir. Yəni sistem deyir ki, daxil etdiyin və ya istifadə etdiyin şey düzgün deyil. Sadə nümunələr: Invalid password → Şifrə yanlışdır, Invalid input → Daxil etdiyin məlumat düzgün deyil, Invalid file → Fayl uyğun deyil və ya zədəlidir, Invalid format → Format səhvdir (məsələn, email düzgün yazılmayıb). Qısaca: “Invalid” = sistem tərəfindən qəbul olunmayan və ya səhv olan şey mənasını daşıyır. Qeyd edilən məqamlar təqdim edilən sübuta dair əsaslı şübhələr, xüsusən də həmin faktın təhrif edilməsi üçün insan müdaxiləsinin mümkün olması ehtimalını yaradır. Buna görə də məhkəmə həmin sübutu mötəbər və əsaslı hesab etməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və İnzibati Xətalar qanunvericiliyinin təməl prinsipləri və müvafiq tələbləri işəgötürən Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlu tərəfindən pozulmuşdur. Apellyasiya baxışı zamanı şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun vəkili və etibarnamə üzrə nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X6 izahatında bildirmişdir ki, o, 166 Yükdaşıma Xidmətinin əməkdaşıdır. ## #### 2025-ci il tarixində işə saat 8-də gəlib, saat 13.00-da çıxmalı idilər. Sadəcə məlumat gəlmişdir ki, 1 saat əvvəl işdən buraxılmağa icazə var. Salmanov İrşad onlarla birlikdə olmuşdur. Qarajın yanında çayxanada çay içmişlər. İrşad Salmanov da işdən onunla birlikdə çıxmışdır. Şahid Eyvazov Əliağa İsmayıl oğlu izahatında bildirmişdir ki, o, 166 Yükdaşıma Xidmətinin əməkdaşıdır. Salmanov İrşad sürücü işləyirdi. Bayram vaxtları işdən öz vaxtında buraxılırlar. ## #### 2025-ci il tarixində iş yox idi, ona görə də saat 11:40 radələrində işdən çıxmışlar. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlarla “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası İXM-nin 198.1.5 və 192.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinin təsdiq olunduğunu nəzərə alaraq, şahidlər Cahangir Rzayev və Əliağa Eyvazov izahatlarına tənqidi yanaşır və qeyd edir ki, onların həmin izahatları işçisi olduqları “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun inzibati məsuliyyətdən yayınmasına yönəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDI :

Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) İsmayıl oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar