Məhkəmə qərarları › İş №3(3-6)-1040/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1040/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1040/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlunun, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhər Idarəsinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu barəsində IXM-in 428.7.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, ## ####### 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 228B ünvanında, ##.##.2025-ci il tarixində, saat 11:59-da “X1” adlı obyektin İ************** nömrəli icazə tələblərini pozaraq açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən IXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu Azərbaycan Respublikası IXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu apellyasiya qaydasında şikayət verib Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan olan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam Idarəsinin nümayəndəsi X2 şikayətin təmin edilməməsini xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli **-*-*/*-****/**** nömrəli göstərişin məzmunundan görünür ki, “X1” adlı obyektə aid reklamın “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq, açıq məkanda İ************** nömrəli icazənin tələbi pozularaq, yəni müvafiq yayım haqqı ödənilmədən reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə ##.##.2025-ci il tarixli Akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası IXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğluna məxsus olan “X1” adlı obyektə xəbərdarlıq edilmişdir. (****** nömrəli qəbzin surətindən görünür ki, məktub ##.##.2025-ci il tarixdə ünvana çatdırılmışdır.) ##.##.2025-ci il tarixli fotoşəkillərdən görünür ki, obyekt üzərində “X1” yazılı reklam yerləşdirilmişdir. ##.##.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, ##.##.2025-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 228B ünvanında “X1” adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 1 ədəd 3.60 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. “Elektron Məhkəmə və Informasiya Sistemi” vasitəsilə ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən ünvanlanmış ərizədən görünür ki, Bakı Şəhər Nərimanov rayonu, Azadlıq Prospekti 228 B ünvanında yerləşən “X1”( VÖEN 3104996052) obyekt ilə 2025-ci ilin fevral ayında Azərbaycan Resbublikası Dövlət Reklam agentliyi İ************** nömrəli obyektin reklam icazəsi aktı bağlanmışdır. Müqaviləyə əsasən 433.30 AZN illik dövlət rüsumu ödəmək öhdəçiliyi üzərinə düşmüşdür, aylıq rüsumları ödəməsinə baxmayaraq ADRA əməkdaşları tərəfindən ## ######## 2025-ci il tarixdə iştirakı olmadan akt tərtib edilmişdir. Akta əsasən ##.##.2025-ci il tarixdə MN ******* nömrəli protokol tərtib edilmişdir. Bu ilin fevral ayından ayda 36 manat ödəməsinə baxmayaraq (ödəniş qəbzləri əlavə olunur) ADRA əməkdaşları özbaşına akt tərtib etmişdirlər. Protokolda göstərilən əsaslar qanunvericiliyə və faktiki hallara uyğun olmadığından, ADRA tərəfindən tərtib edilmiş protokol əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu Sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nı 3-cü bəndini rəhbər tutaraq ##.##.2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması tələb edilmişdir. Həmin göstərişdə icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam Idarəsinə müraciət edilməsi və ya icazəsiz reklam yayımını dayandırmaq tələb edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Icazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. Icazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. Icazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. “Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi qaydası”nın 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməsi (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görməsi; 3.7. Müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verməsi göstərilmişdir. Işin hallarından göründüyü kimi, inzibati orqan pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib etmiş, müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etmiş, lakin göstəriş 5 gün ərzində icra edilməmiş, reklam yayıcısı reklamın yayımını dərhal dayandırmamışdır. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi və Azərbaycan Respublikası IXMnin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmuş və qeyd olunan hal birinci instansiya məhkəməsinin iclasında toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla öz təsdiqi tapmışdır. Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlunun barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq onu Azərbaycan Respublikası IXM-in 428.7.1-ci maddəsi ilə tənbeh etmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslı, təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati qaydada icraat aparılan vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Mübariz oğlunun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində cərimə edilməsinə dair ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar