Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1041/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Ibrahimov Anar Firdovsi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Ismayıl Əlsafa oğlunun katibliyi, Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan nümayəndəsi X3, Müdafiəçi-Bakı Şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə3, X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallardan görünür ki, X5 Javid oğlunun vəkili nümayəndə3 Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri RMBI-nin Baş inspektoru nümayəndə2 inzibati xəta haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə, ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Iran Islam Respublikasının vəıtəndaşı X5 Javid oğlu Bakı şəhərində atasına məxsus mənzildə yaşayır. Onun valideynləri iş adamıdırlar və Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu təhsilini davam etdirmək üçün Kanadanın ali təhsil müəssisəmə qəbul olunub. Qeyd olunan qərarın qəbul olunması üçün əsas olaraq onun barəsində ##.##.2025-ci il tarixli 10091831 - * nömrəli daimi yaşama icazəsinin ləğv edilməsi əsas göstərilmişdir. Belə ki, o Kanadada təhsilini davam etdirmək üçün ölkəni tərk edən zaman Heydər Əliyev adına Beynəlxalq Aeroportunun ərasində barəsində həmin qərar qəbul edilmişdir. Hesab edir ki, qərar tamamilə əsasızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X5 Javid oğlunun vəkili nümayəndə3 şikayəti təmin edilməmişdir. Həmin qərardan inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi apellyasiya qaydasında şikayət verib, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya qaydasında verilmiş şikayət onunla əsaslandırılmışdır ki, X5 Javid oğlunun vəkili nümayəndə3 Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri RMBI-nin Baş inspektoru nümayəndə2 inzibati xəta haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yaşayan Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Belə ki, Iran Islam Respublikasının vəıtəndaşı X5 Javid oğlu Bakı şəhərində atasına məxsus mənzildə yaşayır. Onun valideynləri iş adamıdırlar və Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cımaddəsinə əsasən 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Belə ki, Iran Islam Respublikasının vəıtəndaşı X5 Javid oğlu Bakı şəhərində atasına məxsus mənzildə yaşayır. Onun valideynləri iş adamıdırlar və Azərbaycan Respublikasında biznes fəaliyyəti ilə məşğul olurlar. Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu təhsilini davam etdirmək üçün Kanadanın ali təhsil müəssisəmə qəbul olunub. Hesab edir ki, norma düzgün tətbiq olunmayıb. Zatən şəxs Azərbaycan Respublikasını tərk edirmiş, qəbul edilmiş qərar qeyrihumanist və ədalətsizdir. Nəticədə norma düzgün tətbiq olunmayıb. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsi Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hesab edir ki, norma tətbiq edilməmişdir. Qeyd olunan qərarın qəbul olunması üçün əsas olaraq onun barəsində ##.##.2025-ci il tarixli 10091831 - * nömrəli daimi yaşama icazəsinin ləğv edilməsi əsas göstərilmişdir. Belə ki, o Kanadada təhsilini davam etdirmək üçün ölkəni tərk edən zaman Heydər Əliyev adına Beynəlxalq Aeroportunun ərasində barəsində həmin qərar qəbul edilmişdir. Hesab edir ki, qərar tamamilə əsassızdır. Məhkəmədə şikayətə baxılmış və şikayətin təmin edilməməsi barədə hazırki iş üzrə *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, məhkəmənin qərarı aşağıda göstərilən əsaslarla ləğv edilməli və ilkin şikayətimizin təmin edilməsi barədə yeni qərar qəbul edilmlidir. Hazırki iş üzrə məhkəmənin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarı ilə barəsində inzibati tənbeh tədbir barədə qərar qəbul edilmiş şəxsin şikayəti təmin edilməmişdir. Belə ki, barəsində inzibati tənbeh tədbir barədə qərar qənul edilmiş şəxsi X4 Javid qeyd edilən qərar qəbul ediləndə bir neçə ay əvvəldən Kanadada ali təhsil alır. Qeyd edilən qərar ona təqdim edilməmişdir. Eləcə də həmin şəxs ölkə xaricində olduğu üçün iş üzrə apellyasiya şikayəti verilməsi üçün vəkillə tapşırıq müqaviləsi bağlaya bilməmişdir. Şəxsin atası bir neçə gün əvvəl Azərbaycan Respublikasına gəldiyi üçün yalnız bu gün onunla müqavilə bağlamışdır. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X5 Javid oğlunun atası 1996-cı ildən, anası isə 1999-cu ildən hazırki müddətədək daimi olaraq Azərbaycan Respublikasında yaşayırlar, hər ikisi də Azərbaycan Respublikasında daimi yaşamaq hüququna malikdirlər, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, Bakı şəhəri, Nərimanov rayonunda mülkiyyətlərində olan evdə yaşayırlar. X5 Javid oğlu IIR-da anadan olmuş, ancaq 2 aydan sonra valideynləri onu Azərbaycan Respublikasına gətirmiş, sonuncu o, vaxtdan Azərbaycan Respublikasındə yaşamış, müvəqqəti yaşamaq hüququ əldə etmişdir, Kanadada balakalavriat üzrə ali təhsil müəsissəsinə qəbul olunduğundan, səhlənkarlıq edərək miqrasiya orqanında qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qeydiyyatdan keşməyi unutmuş və bu səbəbdən də onun Azərbaycan Respublikasında yaşamaq hüququna xitam verilmiş və nəticə etıbarı ilə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Göstərilən qərarla müdafiə etdiyi şəxsin valideyləri ilə ünsiyyətdə olmaq və digər hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati qərar qəbul edən qurumun nümayəndəsi - Azərbaycan Respublikası Qərarından şikayət verilən orqan nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, həqiqətən də X5 Javid oğlunun valideynləri uzun illərdir ki, daimi olaraq Azərbaycan Respublikasında yaşayırlar, hər ikisi də Azərbaycan Respublikasında daimi yaşamaq hüququna malikdirlər, X5 Javid oğlu da uzun müddətdir ki, Azərbaycan Respublikasındə yaşamış və müvəqqəti yaşamaq hüququ əldə etmişdir, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində miqrasiya orqanında qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qeydiyyatdan keşməməsi səbəbdən, onun Azərbaycan Respublikasında yaşamaq hüququna xitam verilmiş və nəticə etıbarı ilə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. X5 Javid oğlunun və sonuncunun valideynləri barəsində Azərbaycan Respublikasında yaşadıqları dövr ərzində inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmələrinə dair hər hansı bir məlumata malik deyillər. Məhkəmə iclasında çıxış edən X1 oğlu göstərmişdir ki, X5 Javid oğlu onun oğludur. O, 1996-cı ildən, arvadı isə 1999-cu ildən hazırki müddətədək daimi olaraq Azərbaycan Respublikasında yaşayırlar, hər ikisi də Azərbaycan Respublikasında daimi yaşamaq hüququna malikdirlər, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, Bakı şəhərində mülkiyyətlərində olan evdə yaşayırlar. X2 Amirreza Javid oğlu IIR-da anadan olmuş, ancaq 2 aydan sonra onu Azərbaycan Respublikasına gətirmişlər, sonuncu o vaxtdan Azərbaycan Respublikasında yaşamış, müvəqqəti yaşamaq hüququ da əldə etmişdir, Kanadada balakalavriat üzrə ali təhsil müəsissəsinə qəbul olunduğundan, səhlənkarlıq edərək miqrasiya orqanında qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qeydiyyatdan keşməyi unutmuş və bu səbəbdən də onun Azərbaycan Respublikasında yaşamaq hüququna xitam verilmiş və nəticə etıbarı ilə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Göstərilən qərarla oğlunun onlarla ünsiyyətdə olmaq və digər hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur, elə onların öz övladları ilə ünsiyyət hüquqları da pozulur. Belə ki, onlar Azərbaycan Respublikasında uzun illərdir yaşadıqlarından, Azərbaycan Respublikasının vətəndaşlığının alınması ilə bağlı müraciət etmək istəyirlər ki, belə olan olan halda onların öz övladları ilə canlı ünsiyyət qurmaq imkanları əhəmiyyətli dərəcədə pozulacaqdır. Əlavə olaraq göstərmişdir ki, onun ailə üzvləri Azərbaycan Respublikasında yaşadıqları dövr ərzində hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişlər. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarla Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində təqsirli bilindiyi IXM-in 575.1.6-cı maddəsi ilə təyin edilmiş ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılma cəzası ləğv edilməli, qərarlar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Iş materiallarında olan Bakı Şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş MN ******* nömrəli ##.##.2025-cI il tarixli “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Javid oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 400 manat məbləğində cərimə edilməklə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi şikayət verən şəxs X5 Javid oğluna istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab etmişdir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-nin 575.1.6-cı maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir, X5 Javid oğlunun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Miqrasiya Məcəlləsinin 52.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir Miqrasiya Məcəlləsinin 52.3-cü maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı aşağıda göstərilən hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində kənara çıxarma haqqında qərar qəbul edir: 79.1.1. vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə. Həmin Məcəllənin 79.5-ci maddəsinə görə kənara çıxarma haqqında qərar əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi vaxtdan həmin şəxslərin üzərinə aşağıdakı müddətlərdə ölkəni tərk etmək öhdəliyi qoyur: 9.5.2. müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edilmiş, habelə qaçqın statusu verilməsindən imtina edilmiş şəxslər – 10 gün ərzində. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni: ölkədə olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırmasına əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, şikayətçi X5 Javid oğlunun vəkili Bakı Şəhəri ** saylı Vəkil Bürosunun vəkili nümayəndə3 şikayəti təmin edilməməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqe ilə razılaşmır. Belə ki, Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlunun hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmasına baxmayaraq, maddənin sanksiyasında əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla cərimə cəzası nəzərdə tutulmuşdur. Hesab edirəm ki, göstərilən kateqoriyalı işlərə baxılarkən və cəza tədbiri tədbiq edilərkən, inzibati xətanı törətmiş əcnəbilərin şəxsiyyəti, onların hansı müddət ərzində Azərbaycan Respublikasında yaşamaları, bu dövr ərzində hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmələri və ya edilməmələri, onların Azərbaycan Respublikasında daimi yaşayış yerlərinin olub-olmaması, valideynlərinin harada yaşamalarına dair məlumatlar xüsusi əhəmiyyət kəsb edir və bu məlumatların məcmusu əsasında əcnəbinin Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmasına və ya çıxarılmamasına dair qərar verilə bilər. Iş materiallarından proses iştirakçılarının məhkəmədə verdikləri izahatlardan müəyyən olunur ki, X5 Javid oğlunun atası uzun illərdir ki hazırki müddətədək daimi olaraq Azərbaycan Respublikasında yaşayırlar, hər ikisi də daimi yaşamaq hüququna malikdirlər (bu sənədlər apellyasiya şikayətinə əlavə edilmişlər), sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, Bakı şəhəri, Nərimanov rayonunda mülkiyyətlərində olan evdə yaşayırlar (evə dair mülkiyyət sənədi də apellyasiya şikayətinə əlavə edilmişdir), X5 Javid oğlunun özü də uzun illərdir ki, Azərbaycan Respublikasında yaşamış, müvəqqəti yaşamaq hüququ əldə etmiş, Kanadada balakalavriat üzrə ali təhsil müəsissəsinə qəbul olunduğundan, miqrasiya orqanında qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qeydiyyatdan keşməmiş və bu səbəbdən də onun Azərbaycan Respublikasında yaşamaq hüququna xitam verilmiş və nəticə etıbarı ilə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Müəyyən olunur ki, X5 Javid oğlu və sonuncunun ailə üzvləri Azərbaycan Respublikasında yaşadıqları dövr ərzində hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişlər. Göstərilən hallara məcmu şəklində qiymət verərək hesab edirəm ki, Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlunu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 575.1.6-cı maddəsi ilə təqsir bilərək, ona cərinə cəzası ilə bərabər əlavə olaraq onun ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılması sonuncunun hüquqlarının əhəmiyyətli dərədə pozmuşdur. Azərbaycan Respubliakası IXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. IXM-in 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. IXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul etmək üçün əsasdır. Beləliklə, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən IXMnin 135.1.2-ci maddəsinə əməl olunmayaraq, hakimin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Qeyd olunan əsasda IXM-in 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərarı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilməli, Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarla Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində təqsirli bilindiyi IXM-in 575.1.6-cı maddəsi ilə təyin edilmiş ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılması və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılma cəzası ləğv edilməli, qərarlar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və IXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-ci il tarixli qərar və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərar dəyişdirilsinlər. Bakı şəhəri RMRI Baş inspektoru nümayəndə2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli ##.##.2025-cI il tarixli qərarla Iran Islam Respublikasının vətəndaşı X5 Javid oğlu barəsində onun təqsirli bilindiyi IXM-in 575.1.6-cı maddəsi ilə təyin edilmiş ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma və Azərbaycan Respublikasına gəlmək hüququnun 5 il müddətinə məhdudlaşdırılma cəzası ləğv edilsin. Qərarlar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Anar Ibrahimov
Məhkəmə qərarları › İş №3(3-6)-1041/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1041/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver