Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1042/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, zərərçəkmiş şəxs “xxxx” MMC-nin rəhbəri X1, nümayəndələri Nümayəndə və “Alibi” Vəkil Bürosunun vəkili Vəkil İzafət oğlunun iştirakları ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Vəkil İzafət oğlunun verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib etdiyi ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, **(***)-****/**** nömrəli icra sənədinə (bundan sonra – icra sənədi) əsasən ərizəçilər “xxxx” MMC və Zərərçəkmiş şəxs MMC-nin (bundan sonra – zərərçəkmiş şəxs) müvəqqəti təminat tədbiri barədə verdiyi ərizəsi qismən təmin edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “İnstagram” sosial şəbəkəsindəki “xxxx.aze” adlı hesab barədə “İnstagram” və onun daxil olduğu “xxxx” Şirkətinə şikayət xarakterli müraciətlər etməsi qadağan edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin icra sənədindəki tələbi orada onunla bağlı qadağan edilmiş əməli etməklə üzrsüz səbəbdən və qərəzli şəkildə pozmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X2) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil İzafət oğlu həmin məhkəmə qərarından şikayət verib, onun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi ilə dəyişdirilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” şirkətinin 15 və ## #### 2026-cı il tarixli bildirişləri əsasında müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarix, saat 00:53-də “xxxx.aze” adlı hesabı yenidən aktivləşdirmiş, lakin ## #### 2026-cı il tarix, saat 05:46-da həmin hesab əmtəə nişanı üzrə əqli mülkiyyət hüquqlarının pozulması əsası ilə yenidən bloklanmışdır. Beləliklə, sonuncu Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından sonra da icra sənədindəki tələbi orada onunla bağlı qadağan edilmiş əməli etməklə üzrsüz səbəbdən və qərəzli şəkildə pozmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx.aze” adlı səhifənin bağlanması nəticəsində əldə etdiyi iqtisadi üstünlük və qazanc həmin cərimə məbləğini dəfələrlə üstələyir. Bu hallar onu göstərir ki, iş üzrə sonuncu barəsində tətbiq edilmiş 500 manat məbləğində inzibati cərimənin çəkindirici təsiri yoxdur, əksinə, onun tərəfindən hüquq pozuntusunun davam etdirilməsinə şərait yaradır. Buna görə də iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi zəruridir. Apellyasiya məhkəməsi iclasında zərərçəkmiş şəxsin rəhbəri və nümayəndələri verilmiş şikayətin məzmununa uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya məhkəməsi iclasına vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə verilmiş şikayətə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil İzafət oğlunun verdiyi şikayətdə birinci instansiya məhkəməsinin qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təqsirliliyi ilə deyil, onun barəsində tətbiq edilmiş inzibati cərimə tənbeh tədbiri ilə bağlı hissədə mübahisələndirilmiş, dəlilləri həmin tənbehin Azərbaycan Respublikası İXM-in 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması ilə əlaqələndirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iş üzrə qəbul edilmiş məhkəmə qərarından şikayət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən səbəblərdən hazırki qərarda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli olub-olmamasının xüsusi qaydada müzakirə edilməsinə zərurət görmür, bununla əlaqədar verilmiş şikayətin hüdudlarına uyğun olaraq, birinci instansiya məhkəməsinin iş materiallarında olan, hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış, tam, hərtərəfli və obyektiv şəkildə araşdırdığı sübutların məcmusunu həmin Məcəllənin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, qəbul etdiyi qərarda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirməklə, iş üzrə mühüm əhəmiyyət kəsb edən, müəyyən etdiyi bütün faktiki halları araşdırıb sübuta yetirdiyini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəldiyini, bu nəticənin işin faktiki hallarına uyğun olduğunu hesab edir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 528.1-ci maddəsinin sanksiyasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub, inzibati tənbehin məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi onun barəsində Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirini ən aşağı həddə tətbiq edərkən haqlı olmuşdur. Məhkəmə bu barədə nəticəyə gələrkən, zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil İzafət oğlunun verdiyi şikayətin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından sonra da icra sənədindəki tələbi orada onunla bağlı qadağan edilmiş əməli etməklə üzrsüz səbəbdən və qərəzli şəkildə pozmasından ibarət dəlilinin bu halın hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilməməsi səbəbindən sonuncuya tətbiq edilmiş inzibati cərimənin inzibati həbslə əvəz edilməsi üçün deyil, barəsində həmin faktla bağlı gələcəkdə sübut edilərsə, müvafiq inzibati məsuliyyətin yaranması üçün əsas ola biləcəyini də nəzərə alır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxsin nümayəndəsi Vəkil İzafət oğlunun verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Vəkil İzafət oğlunun verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1042/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1042/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver