Məhkəmə qərarları › İş №3(3-6)-1043/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1043/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1043/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə3, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*- **)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş şahid2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Cəmiyyətə *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MEIS-in ASIS vasitəsilə cəmiyyətin ƏMAS şəxsi kabinetə daxil edilməsinə baxmayaraq tam tələb olunan sənədlər ##.##.2026-cı il tarixindən yanında X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozularaq şahid2 ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixədək proqramçı vəzifəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və IXM-in 34.3-cü maddəsinə əsasən barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə3 apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-359/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün həkim məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə prosesində şahid2 əmək müqaviləsi bağlamadan işə cəlb edildiyini sübut edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid1 şirkətdən işdən çıxarıldığı üçün qərəzli mövqedə olmaqla məhkəməyə real həqiqətə uyğun olmayan ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş digər şahid X2 isə reallığa uyğun ifadə verərək şahid2 şirkətdə işə qəbul edilmədiyini, fəaliyyət göstərmədiyini, xxxx işləyərək şirkətin saytını hazırlamış və təhvil vermiş və bunun müqavilində gördüyü işə görə haqqını almışdır. Işə qəbul edilməsi üçün verilmiş tapşırığı icra edə bilmədiyinə görə işə götürülməmişdir. Məhkəmə tərəfindən Cəmiyyətin Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair gəldiyi nəticə ilə də razılaşmırlar. Belə ki, yuxarıda da qeyd edildiyi kimi əgər müvafiq sənədlərin tələb edilməsi ilə bağlı Xidmətin Bakı Şəhər Idarəsindən şəxsi kabinetə göndərildiyi iddia edilən məlumatları olsaydı, həmin sənədləri və müvafiq münasibətlərini dərhal bildirilərdi. Həmin sorğu məktubunun olmasından inzibati xəta haqqında protokola baxılmasına dair poçt vasitəsi ilə göndərilmiş və iclasdan 1 gün sonra onlara çatmış bildirişdən məlumatlı olmuşdurlar. Işə baxan məhkəmə isə obyektiv və hərtərəfli araşdırma aparılmadan qərəzli şahid ifadələrinə və səlahiyyətli orqanın göndərilməsi barədə məlumat verilməmiş məktubunun icra edilməməsinə istinad edərək Cəmiyyətə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarmışdır. X3 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci və 539.3-cü maddələri ilə nəzərdə tutlumuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol ## ###### 2026-cı il tarixdə tərtib edilmişdir. Həmin vaxta qədər hüquqi şəxsin vəzifəli şəxs barədə hər hansı bir qərar qəbul edilməmişdir. Inzibati şəxsin direktorunun IXM-nın 192.1-ci maddəsi ilə inzibati xətaya dair inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərarı ## ###### 2026-ci ildə qəbul edilmişdir. Göstərilən bu hal IXM-nin tələblərinə ziddir. Bu halda belə bir təsəvvür yaranır ki, hüquqi şəxsin direktoru hüquqi şəxsin yol verdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilir. Bu isə yuxarıda göstərilən maddənin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə3 apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin yenidən baxılması üçün həkim məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsi X1 verilmiş şikayətə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-359/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Inzibati xəta haqqında” ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-in 539.3-cü və 192.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə şahid2 müraciətinə münasibət bildirilməsi və zəruri sənədlərin 7 iş günü ərzində X3 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması xahiş olunmuşdur. “Şəxsi kabinet”dən edilmiş çıxarışdan aydın olur ki, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin kabinetinə məktub yerləşdirilmişdir. Birinci instansiya məhkəməsində şahid şahid2 ifadəsində bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ni dostu Imran vasitəsilə tanımışdır. O, ## #### 2025-ci il tarixdə işə dəvət almış və ## ###### 2025-ci il tarixədək həmin şirkətdə çalışmışdır. O qeyd etdi ki, işlədiyi müddət ərzində həm uğurlu, həm də uğursuz işləri olmuşdur. Ilk növbədə saytın hazırlanması tapşırılmışdır. O, saytı hazırlayaraq təqdim etmiş və bunun müqavilində ödənişini almışdır. Bundan başqa şirkətin rəhbəri nümayəndə3 tərəfindən ona proqramlaşdırma ilə bağlı tapşırıqlar verilmişdir. Həmin tapşırıqlardan bəzilərini uğurla icra etmiş, lakin bəziləri isə uğursuz alınmışdır. Birinci instansiya məhkəməsində verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əməkhaqqı məsələsini nümayəndə3la danışmışdır. Şifahi razılığa əsasən əvvəlki işdə 1700 manat əmək haqqı aldığını soruşmuşdur. Iş günləri və saatları 1-6-cı günlər, səhər 10-dan 5-ə qədər olmuşdur. Işlərinə nəzarəti şahid1 və nümayəndə3 həyata keçirmişdir. Icazələr lazım olduqda nümayəndə3 məlumat vermişdir. Iş saatlarına və tapşırılmış layihələrin icrasına onlar nəzarət etmişdir. Ümumilikdə sayta görə 800 manat ödəniş almışdır. Daha sonra onunla əmək müqaviləsi bağlanmadığı üçün narazı olmuşdur və şikayət etmişdir. Birinci instansiya məhkəməsində iclasında dindirilmiş şahid şahid1 ifadəsində bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də təxminən 2 ilə yaxın müddətdə çalışmışdır. Şirkətin rəhbəri nümayəndə3 idi. Onun şirkətdəki fəaliyyəti elektrik və maşın ustası kimi işləmiş və əmək müqaviləsi əsasında işləmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də işlədiyi müddətdə şahid2 da şirkətdə işləməyə başlamışdır. şahid2 nəzarəti özü etmişdir. şahid2 iyul-sentyabr ayı ərzində hər gün şirkətə gəlib orada nümayəndə3 tapşırıqlarını icra edirdi. Daha sonradan məlum oldu ki, onunla əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsində iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, Rüfət qardaşının sinif yoldaşı olmuşdur. Onun sözlərinə görə, Rüfət saytların hazırlanması ilə məşğul olur, gördüyü işləri ona göstərirmiş. nümayəndə3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in saytının hazırlanmasını istədiyini dedikdə o, Rüfətin bunu edə biləcəyini söyləmişdir. Saytın hazırlanması şahid2 tapşırılmış və o, xxxx işləyərək saytı təhvil vermiş, həmçinin müqabilində əmək haqqını almışdır. Daha sonra nümayəndə3 şahid2 işlər tapşırmış xoşuna gəldiyi halda onu işə götürəcəyini bildirmişdir. Lakin Rüfət işləri təhvil verə bilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən şahid2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərinə görülməsinə cəlb edilmişdir. Qeyd olunan hal, məhkəmə iclasında şahid ifadələri və tədqiq edilən sənədlərlə də öz təsdiqini tapır. Işəgötürən tərəfindən əmək münasibətlərinin yaranması və rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin əsas tələblərinə riayət edilməmiş, əmək münasibətləri hüquqi əsaslar formalaşmadan faktiki olaraq yaradılmışdır. Bu hal işçinin əmək və sosial hüquqlarının təmin olunması mexanizmlərini zədələmiş, habelə dövlətin əmək münasibətləri üzərində həyata keçirdiyi nəzarətin effektivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır ki, aşkar edilmiş pozuntu formal xarakter daşımır, işəgötürənin qanunvericiliyin tələblərinə etinasız münasibətinin nəticəsi olmaqla, əmək münasibətlərinin şəffaflığı və leqallaşdırılması prinsiplərinə ciddi xələl gətirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş izahatlar və faktiki hallar əmək qanunvericiliyinin tələblərinin pozulduğunu və işəgötürən tərəfindən əmək münasibətlərinin düzgün rəsmiləşdirilmədiyini göstərir. Belə ki, şahid2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in “xxxx” qaydada şirkətin işlərinə cəlb edildiyi iddia edilsə də, faktiki olaraq şirkətin fəaliyyəti üçün zəruri olan işin görülməsi, həmin işə görə ödənişin verilməsi və MMC rəhbərinin göstərişi ilə tapşırıqların icra olunması, şahid ifadələrinə əsasən şahid2 MMC-nin fəaliyyət göstərdiyi ofisdə tapşırıqları icra etməsi, fəaliyyətinin iş saatları ilə tənzimlənməsi, ona nümayəndə3 tərəfindən nəzarət edilməsi əmək münasibətlərinin mövcudluğunu göstərən əsas əlamətlərdir. Bu halda əmək münasibətləri əmək müqaviləsi bağlanılmadan həyata keçirilmişdir ki, bu da əmək qanunvericiliyinin pozulması hesab olunur. Bundan əlavə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in “Şəxsi kabinet”dən edilmiş çıxarışdan aydın olur ki, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin kabinetinə məktublar yerləşdirilmişdir. Lakin, həmin məktublara qanunvericiliklə müəyyən edilmiş müddətdə cavab verilməməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən orqanın icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə, habelə tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq IXM-nin 539.3-cü və 192.1-ci maddələri ilə tövsif edilmişdir. Barəsində protokol tərtib olunmuş şəxs də sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsini qeyd etmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmə halları da məhkəmə iclasında öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası IXM-nin 192.1 və 539.3-cü maddələrinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməsində haqlı olmuşdur.Odur ki, şikayətin dəlilləri əsassızdır. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq qeyd edir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının IXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsinin sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunur ki, əməli inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, insan və vətəndaş hüquqları və azadlıqları, iqtisadi maraqları, idarəçilik qaydalarının qorunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməli, dövlət orqanları isə öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, aradan qaldırılması, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təşkil etməlidirlər. Həm qəsdən törədilən inzibati xəta həm də ehtiyatsızlıqdan törədilənin inzibati xətaya görə qanunvericiliklə müəyyən olunmuş qaydada prosedur qaydalar gözlənilməklə dövlət məcburetmə tədbirləri tətbiq edilir və hər iki hal inzibati xəta törədən şəxs barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrə, yəni inzibati xəta törədən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq etməsinə səbəb olur. Törədilmiş inzibati xətaya görə təyin edilmiş tənbehə gəldikdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq maddənin sanksiyasında ədalətli tənbeh tətbiq etmişdir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-359/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarını ləğv edib, işin icraatına xitam verilməsinə əsas ola biləcək hər hansı hal müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndə3 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-359/2026 nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar