Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1044/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Qərarından şikayət verilən orqan nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-ninnin 469-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından apellyasiya qaydasında verdiyi şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə, Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, *-**-*/*-S-*****/**** saylı qərarından görünür ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməmişdir. Fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs), Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S-*****/**** nömrəli qərardan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) ## #### 2026-cı il tarixli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməmiş və Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S- *****/**** nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini belə əsaslandırmışdır: “...Şikayət vermiş şəxs X3 əmək müqaviləsi ##.##.2022-ci il tarixdə işəgötürən - Qərardan şikayət verən orqan (şəxs) tərəfindən elektron sistemə daxil edilmişdir. Qeyd olunan əmək müqaviləsi elektron qərar qəbul edilən zaman qüvvədə olmuş və hazırda da qüvvədədir. Qərardan şikayət verən orqan (şəxs) onun vergi uçotunun ##.##.2015-ci il tarixdən rəsmi qaydada ləğv edildiyini bildirsə də, X3 işə götürülməsi və ya sistemə məlumat daxil edilməsinin hüquqi və texniki cəhətdən qeyri-mümkün olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmiş və məhkəmə iclasında iştirak etməmiş, bu mövqeyini əsaslandıra bilməmişdir...”. Qərardan, Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində tətbiq olunmuş inzibati cərimənin aradan qaldırılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxşları: Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, fəaliyyətinin faktiki olaraq dayandırılmasına baxmayaraq, ona əsassız olaraq inzibati cərimə tətbiq olunmuşdur. Vergi orqanlarına rəsmi müraciət edərək fəaliyyətinin dayandırılması barədə məlumat vermiş, lakin bu hal nəzərə alınmamışdır. Bundan əlavə, onun tərəfindən elektron sistemə hər hansı məlumat daxil edilməmiş və bu halın onun üzərinə qoyulması hüquqi və faktiki baxımdan düzgün deyildir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etmiş və göstərmişdir ki, vergi ödəyicisi kimi (VÖEN:1000016922) ##.##.2004-cü il tarixdə vergi uçotuna alınmış, ##.##.2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən X3 “Market”də satıcı işləmiş, fərdi sahibkar kimi vergi uçotu ##.##.2015-ci il tarixdə ləğv edildikdən sonra faktiki olaraq fəaliyyət göstərmədiyi müddətdə, işçi X3 əmək müqaviləsinə xitam verilməmiş, barəsində ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunduqdan sonra, Əmək Müfəttişliyinin məsləhəti ilə işçi X3 ilə bağlanmış **ZVKZX****** nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verilmişdir. Fərdi sahibkar kimi fəaliyyət göstərmədiyi ##.##.2015-ci il tarixdən X3 işçi kimi işləməmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi X2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S-*****/**** nömrəli qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə toplanmış sənədləri və məlumatları, aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə, işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi, Qərardan şikayət verən orqan (şəxs) şikayəti üzrə, Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S- *****/**** nömrəli qərarın qəbul edilməsinin əsaslarını müəyyənləşdirərkən, qanunvericiliyin tələblərini nəzərə almamış və gəldiyi nəticənin mümkünlüyünü işin məlum halları ilə müqayisədə əlaqəli şəkildə təhlil etməmişdir. Qeyd olunalara və inzibati orqanın hüquqi mövqeyinə görə, “ HYPERLINK "http://eqanun.az/framework/19789" \o "Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanunu" \t "_blank" Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına və sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fərdi sahibkar (vəzifəli şəxs) Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutlan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi öz hüdudları daxilində nəzərdə tutulan inzibati xətanın subyekti qismində vəzifəli və hüquqi şəxslərin inzibati məsuliyyətini ehtiva edir. Bununla, qanunvericilik, vəzifəli və hüquqi şəxslərin qeyd olunan maddənin təhdidi altında inzibati məsuliyyətə cəlb olunmalarının əsaslarını, işçilərə münasibətdə “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, icbari sığorta müqavilə(ləri)sinin bağlanmaması faktının müəyyən edilməsi ilə şərtləndirmişdir. Qanunun aliliyinə və məzmununa görə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün ilk növbədə, vəzifəli şəxs tərəfindən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması” ilə bağlı faktın təsdiq olunması tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən, Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Inzibati işdə olan, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicələrinə xidmət və uçot idarəsinin rəisi Rəşad Babayev tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış (i.v.6) məktubdan görünür ki, ##.##.2015-ci il tarixli müraciətə əsasən, Qərardan şikayət verən orqan (şəxs) vergi uçotu ##.##.2015-ci il tarixdə ləğv edilmişdir. Inzibati işdə olan, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış (i.v.28) ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Vergi ödəyicilərinin vahid dövlət reyestr məlumatlarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) (VÖEN:1000016922) vergi ödəyicisi kimi ##.##.2004-cü il tarixdə vergi uçotuna alınması, ##.##.2015-ci il tarixdə vergi uçotunun ləğv olunması, ##.##.2025-ci il tarixdə fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası ərizəsinə əsasən vergi uçotunun bərpa edilməsi, ##.##.2025-ci il tarixdən ##.##.2035-ci il tarixədək fəaliyyətin dayandırılması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Göründüyü kimi Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən Qərardan şikayət verən orqan (şəxs) vergi ödəyicisi olmamışdır (Qərardan şikayət verən orqan (şəxs) (VÖEN:1000016922) ##.##.2015-ci il tarixdə vergi uçotu ləğv edilmiş, ##.##.2025-ci il tarixdə vergi uçotu bərpa edilmişdir). Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 10.0.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları hesab olunur. Həmin Məcəllənin 13.2.4-ci maddəsinə əsasən, vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs sayılır. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri vardır. Iş üzrə icraat materiallarına əsasən, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) ##.##.2015-ci il tarixdə vergi uçotunun ləğv olunmasından sonra, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı olması faktı müəyyən edilməmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunarkən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs kimi vəzifəli şəxs qismində fəaliyyət göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair, Qərarından şikayət verilən orqan tərəfindən istinad olunan sənədlər təhlil olunarkən müəyyən edilmişdir ki, ƏMAS-dan əldə edilmiş 100CHYA000100-Əmək müqaviləsi bildirişi haqqında məlumatın “Əməliyyatçı qurum” qrafasında da, Qərardan şikayət verən orqan (şəxs), “Icraçı qurum” qrafasında Qərardan şikayət verən orqan (şəxs), “Daxil olma tarixi” qrafasında ##.##.2022-ci il tarix və “Status” qrafasında “Xitam edildi” haqqında məlumatlar qeyd olunmuşdur. Eyni zamanda, ƏMAS-dan əldə edilmiş 39ZVKZX000100-Əmək müqaviləsi bildirişi haqqında məlumatın “Əməliyyatçı qurum” qrafasında, Qərardan şikayət verən orqan (şəxs), “Əməliyyatçının adı” qrafasında Qərardan şikayət verən orqan (şəxs), “Icraçı qurum” qrafasında Qərardan şikayət verən orqan (şəxs), “Daxil olma tarixi” qrafasında ##.##.2022-ci il tarix və “Status” qrafasında “Qüvvəyə mindi”, “Vəziyyət” qrafasında isə “Passiv” haqqında məlumatlar qeyd olunmuşdur. Inzibati işə əlavə olunmuş, ##.##.2025-ci il tarixli və həmin nömrəli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrdən görünür ki, “Market” bölməsində “Satıcı” vəzifəsində işləyən X3 ilə bağlanmış **ZVKZX****** nömrəli əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Sənədlərdən görünür ki, işçi X3 ilə, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) arasında əmək müqaviləsi ##.##.2009-cu il tarixdə bağlanmış və X3 ilə bağlanmış **ZVKZX****** nömrəli əmək müqaviləsinə son dəyişiklik ##.##.2014-cü il tarixdə edilmişdir. Apellyasiya baxışı zamanı, Qərardan şikayət verən orqan (şəxs), vergi uçotu ##.##.2015-ci il tarixdə ləğv edildikdən sonra faktiki olaraq fəaliyyət göstərmədiyi və bu müddətdə işçi X3 əmək müqaviləsinə xitam verilmədiyi və əmək müqaviləsinə ##.##.2025-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrlə və ƏMAS-dan əldə edilmiş 39ZVKZX000100-Əmək müqaviləsi bildirişinə əsasən ##.##.2025-ci il tarixdən xitam verildiyi müəyyən edilmişdir. Iş materiallarına əsasən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2022-ci il tarixdə ƏMAS-da aparılmış əməliyyatlarla əlaqədar, Qərarından şikayət verilən orqan tərəfindən, hərtərəfli tam və obyektiv araşdırma aparılmamış və işçi X3 faktla bağlı izahatı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi, Qərarından şikayət verilən orqan hüquqi mövqeyinə münasibətdə qeyd edir ki, faktiki olaraq ##.##.2015-ci il tarixdən qanunla müəyyən olunmuş qaydada fərdi sahibkarlıq fəaliyyətini dayandırması və işçi X3 əmək müqaviləsinə xitam verilməməsi nəticəsində, “ HYPERLINK "http://eqanun.az/framework/19789" \o "Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999- IIIQ nömrəli Qanunu" \t "_blank" Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması”na dair müəyyən olunmuş hal, Qərardan şikayət verən orqan (şəxs) vəzifəli şəxs qismində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas vermir. Belə ki, inzibati iş üzrə toplanmış icraat materiallarına əsasən, ##.##.2015-ci il tarixdən qanunla müəyyən olunmuş qaydada fərdi sahibkarlıq fəaliyyətini dayandırmış və bununla Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş “Vəzifəli şəxs” anlayışının subyekti sayılmayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2015-ci il tarixdən, Qərarından şikayət verilən orqan tərəfindən ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilənədək, işçi X3 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb ediməsi faktı müəyyən olunmamışdır. Bununla da, ƏMAS-dan əldə edilmiş, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) aid 100CHYA000100-Əmək müqaviləsi bildirişinin “Status” qrafasında “Xitam edildi” haqqında və işçi X3 aid 39ZVKZX000100-Əmək müqaviləsi bildirişinin “Status” qrafasında “Qüvvəyə mindi”, “Vəziyyət” qrafasında isə “Passiv” haqqında qeyd olunmuş məlumatlardan və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş sənədlərdən görünür ki, fərdi sahibkar Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ##.##.2022-ci il tarixdə elektron sistemə daxil edilmiş məlumatlarla müqayisədə, X3 vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən işə cəlb olunması və bununla “ HYPERLINK "http://e-qanun.az/framework/19789" \o "Azərbaycan Respublikasının 2010cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanunu" \t "_blank" Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması”na görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirliliyi təsdiq olunmamışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, qanunvericiliyin tələblərinə və işin müəyyən olunmuş faktiki hallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) hərəkətlərində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması faktı məyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci madəsinin tələbinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S-*****/**** nömrəli qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 128, 133, 134, 135 və 136-cı maddələrini tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verdiyi şikayət təmin edilsin. Inzibati iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 469-1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Qərarından şikayət verilən orqan ## ####### 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı və həmin qərara dair ## ####### 2025-ci il tarixli *-**-*/*-S-*****/**** nömrəli qərar ləğv olunsun və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1044/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1044/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver