Məhkəmə qərarları › İş №3(3-6)-1045/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1045/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1045/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X36 sədrliyi, məhkəmə iclasının katibi X35 katibliyi ilə, Azərbaycan Respublikası Bakı şəhər X1 Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhər X1 Idarəsinin barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli TP******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan “BYD Seal” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə ## ###### 2026-cı il tarixdə saat 18:10 radələrində ünvan 1 ünvanında hərəkətdə olarkən yol polisi əməkdaşı tərəfindən saxlanılmış, svetoforun sarı işığında kəsişməni keçdiyi əsas gətirilərək onun barəsində IXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və inzibati cərimə tətbiq olunmuşdur. daha sonra ## ###### 2026-cı il tarixdə həmin protokol üzrə qərar qəbul edilmişdir. O bildirir ki, svetoforun yaşıl işığı yanarkən kəsişməyə yaxınlaşmış, sarı işıq yandığı anda isə avtomobili stop xəttinə olduqca yaxın məsafədə olmuşdur və bu vəziyyətdə kəskin tormozlama yol hərəkəti təhlükəsizliyini poza, arxadan gələn nəqliyyat vasitəsi ilə toqquşma riski yarada bilərdi, buna görə də hərəkəti davam etdirmək məcburiyyətində qalmışdır. Hüquqi əsas kimi qeyd olunur ki, “X2” Qanunun 60-cı maddəsinin 4-cü bəndinə əsasən, sarı işıq yandıqda stop xəttində kəskin tormozlamadan saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir və Inzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə sübutetmə vəzifəsi inzibati orqanın üzərinə düşür, şübhələr isə şəxsin xeyrinə şərh edilməlidir; lakin inzibati orqan tərəfindən onun stop xəttinə məsafəsi, hərəkət sürəti, tormoz məsafəsi və digər mühüm hallar obyektiv araşdırılmamışdır. Bu səbəbdən o hesab edir ki, barəsində tətbiq edilmiş inzibati cərimə obyektiv araşdırmaya əsaslanmır, təqsirini sübuta yetirmir və qanunvericiliyin tələblərinə uyğun deyil və məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini, eləcə də inzibati icraata xitam verilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq ## ###### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməməsi, inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti verilmiş şikayətlə eyni məzmunda və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati protokolu tərtib etmiş yol polisi əməkdaşı məhkəmə iclasına çağırılsa da, iclasa gəlməmişdir. Məhkəmə onun iştirakı təmin edilmədən, hadisənin faktiki halları aydınlaşdırılmadan iş üzrə qərar qəbul etmişdir. Iş üzrə əsas sübutlardan biri olan videogörüntü məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamış, həmin sübutlara hüquqi qiymət verilməmişdir. O, hadisə zamanı svetoforun yaşıl işığında hərəkətə başlamış, sarı işıq yandığı anda isə stop xəttinə çox yaxın məsafədə olmuşdur. Həmin vəziyyətdə kəskin tormozlama yol hərəkəti təhlükəsizliyinə real təhlükə yarada bilərdi. Bu səbəbdən hərəkəti davam etdirmək məcburiyyətində qalmışdır. Inzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, apellyasiya şikayəti aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri X1 Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli TP******* saylı qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) ünvan 2 ünvanında “BYD SEAL 05 PLUG-IN” hibrid minik markalı **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək qaydanı pozduğuna görə Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur “X2” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci bəndinin 2-ci hissəsinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 59-cu maddəsinin 4-cü bəndinə əsasən, svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətə (istiqamətlərə) şamil edilir. Həm də sola dönməyə icazə verən ox, müvafiq yol nişanının geriyə dönməyi qadağan etmədiyi hallarda, geriyə dönməyə də icazə verir. Əlavə bölmədəki yaşıl oxun da mənası belədir. Əlavə bölmənin işığının sönməsi bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir. Həmin Qanunun 60-cı maddəsinin 1-ci bəndinə əsasən, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Həmin Qanunun 60-cı maddəsinin 2-ci bəndinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, “inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirərək X2 qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında yol hərəkəti qaydaları pozuntusunu tam inkar etmir, əksinə, faktı qismən qəbul edir, yəni sarı işıqda hərəkət etdiyini bildirir. Lakin Qərardan şikayət verən orqan (şəxs) bu hərəkətin səbəbini izah edərək öz davranışını hüquqi baxımdan yüngülləşdirməyə çalışır. Qərardan şikayət verən orqan (şəxs) qeyd edir ki, dayanmadığı halda arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yarana bilərdi. Məhkəmə hesab edir ki, bu cür izahat onun hərəkətinin məcburiyyət halında edildiyini göstərməyə yönəlmiş, müdafiə xarakterlidir, çünki məqsədi törədilmiş hərəkətin əsaslı səbəblərlə izah edilərək hüquqi məsuliyyətdən yayınmağa nail olmaqdır”. Birinci instansiya məhkəməsi yekunda belə qənaətə gəlmişdir ki, şəxs həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Inzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Məhkəmə bir daha qeyd edir ki, iş materialları ilə inzibati xətanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilməsi təsdiq olunur və bu vəziyyətdə apellyasiya şikayətində qeyd olunanlar inzibati xəta haqqında qərarın və onun dəyişdirilmədən saxlanılması haqqında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməlidir. Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 128, 134.1.1, 136-cı maddələri rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar