Məhkəmə qərarları › İş №3(3-6)-1046/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1046/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1046/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıqova Ləman Şahmar qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbirin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə IXP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinməklə barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqları kobud şəkildə pozulmuş və məhkəmədə haqqında haqsız qərar qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs fevral ayinin 5 günü ümumiyyətlə Dərnəgül yolunda olmamışdır. Onun avtomobili Sahil metrosunun yaninda Rabitə Nazirliyinin həyətində parklanmış vəziyyətdə olmuş və həmin gün onun bu iş barəsində 102 ve 902 xidmətlərinə şikayətləri mövcuddur. DYP tərəfindən göstərilən şəkil 2025-ci ilin noyabr ayında çəkilmiş, amma bu fevral ayında çəkilmiş kimi təqdim olunmuşdur. Onu saxlayan motopatrul əməkdaşı Sahil metrosunun yanında hərəkətsiz olduğu halda maşına gəlib yaxınlaşmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, maşın duracağa gedəcək, ona isə sadəcə sorğu-sual edib burxacaqlar. Tələb edir ki, şəklin çəkildiyi vaxt dəqiq olaraq göstərilsin, çünki o, fevral ayının 5 günü ümumiyyətlə Dərnəgül yolunda olmamışdır. 102 və 902 qaynar xəttinə etdiyi şikayətlərə baxılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materialını araşdırıb hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Nərimanov Rayon Polis Idarəsinin əməkdaşı X1 tərəfindən tərtib edilmiş IXP seriyalı ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş foto şəkildən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə idarə etdiyi «SEAT IBIZA ST» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən parça aşkar edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi iş materialında olan sübutlara istintad edərək Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi qənaətinə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xətanı törətdiyini etiraf edir, lakin protokolun tərtib edilmə vaxtını mübahisələndirir. Lakin qeyd olunan halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bildirilən hallar məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və barəsində inzibati iş üzrə icraat aparılan şəxsin məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bilavasitə idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat nömrəsinin görünüşünü çətinləşdirən vəziyyətdə idarə etməklə Azərbacayn Respublikası IXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, iş materialında olan fotoşəkildən də göründüyü kimi, «SEAT IBIZA ST» minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən parça kəsiyi asılmış, bununla da yol hərəkəti qaydalarına zidd hərəkətə yol verilmişdir. Barəsində inzibati üzrə icraat aparılan şəxs apellyasiya şikayətində bildirdiklərinə dair sübutları şikayətə əlavə etməmiş, bunun əvəzinə isə iş materialı ilə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, fotoşəkil və digər sənədlərlə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Inzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə tənbeh növü olan cərimə, həmin cərimənin də ən aşağı həddini tətbiq etmişdir ki, bu da öz növbəsində Azərbaycan Respublikası IXM-nin 21-ci maddəsinin məqsədinin təmin olunmasında yetərli hesab olunmalıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslı, habelə təyin etdiyi inzibati tənbeh ədalətlidir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, IXM-nin 26.1-ci maddəsinə əsasən həmin Məcəllənin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi nəzərdə tutulsa da, hazırki iş üzrə inzibati xətanın aləti olan predmet inzibati orqan tərəfindən götürülmədiyindən və iş üzrə maddi sübut kimi tanınmadığından inzibati xətanın aləti olan predmetin müsadirəsi mümkün deyil və bu hal nəzərə alınmalı hallardan biri kimi qəbul edilməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbirin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar