Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1049/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməməsi, qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-94)-1634/2026saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və ya işin yenidən baxılması üçün geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neftqaztikinti” trestində iş icraçısı vəzifəsində çalışır. “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisində iş icraçısı olaraq işlərin görülməsinə nəzarəti həyata keçirmişdir. ##.##.2026cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional və Təbii Sərvətlər İdarəsi tərəfindən poçt vasitəsi ilə ünvanına “inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında” qərar göndərilmişdir. Qərarda onun ##.##.2025-ci il tarixli MN******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə 4000 manat cərimə edilməsi, 3 ay ərzində cəriməni ödəmədiyi qeyd edilərək 2400 manat dəbbə pulu hesablanmaqla ümumilikdə 6400 manat vəsaitin ondan alınıb idarənin bank hesabına ödənilməsinə dair Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərildiyi qeyd edilmişdir. O, ## ###### 2026-cı il tarixində göndərilmiş qərardan sonra barəsində ##.##.2025-ci il tarixli MN******* saylı qərar olduğu haqqında məlumatı olmuşdur. Hansı inzibati xəta törətməyini bilmədiyi və nəyə görə cərimə olunduğu haqqında heç bir məlumatı olmadığından ##.##.2025-ci il tarixdə * saylı Regional və Təbii Sərvətlər İdarəsinin Hüquq şöbəsi ilə əlaqə saxlamış və qərarı həmin tarixdə 050-325-11-19 nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp” mobil tətbiqi vasitəsi ilə əldə etmişdir. Qərardan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional və Təbii Sənətlər tdarəsi tərəfindən ##.##.2025-ci il tarixli MN******* saylı qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 253.2-ci maddəsi ilə əsassız və qanunsuz şəkildə 4000 manat cərimə edilmişdir. Sözügedən qərarda guya onun ##.##.2025-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndi yaxınlığında meşə fonduna aid olmayan ərazidə 2 ədəd böyürtkən kolunu kökündən çıxararaq məhv etdiyi, 5 ədəd tul ağacını və 2 ədəd yulğun kolunu qəsdən zədələdiyi qeyd edilmişdir. Halbuki, ərazidə görülən işlər əvvəlcədən tərtib edilmiş layihə əsasında və müvafiq orqanlardan, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razılıq alınmaqla həyata keçirilmişdir. Belə ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tərtib edilmiş və surəti * saylı Regional və Təbii Sən-ətlər İdarəsinə göndərilmiş ekspertiza rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən əsas ekoloji tələblərin nəzərdə tutulduğunu qeyd edərək, təqdim olunmuş “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi obyektinin layihə sənədini razılaşdırır. Həmin rəyin 5-ci bəndində qeyd edilir ki, işlərin icrası zamanı trassa boyunca yaxınlıqda olan kollar və ağaclar ilə qaz kəmərləri arasında minimum 1.0-1.5 m ara məsafəsinin təmin olunması, həmin hissələrdə işlərin əl əməyindən istifadə edilməklə yerinə yetirilməsinə dair ekoloji tələbə riayət edilməlidir. O da öz növbəsində layihə üzrə işlərin icrasını həyata keçirərkən ekoloji tələblərə tam riayət etmiş, hər hansı bitki və ya ağac növünü məhv etməmiş və ya zədələməmişdir. Sözügedən qərarda inzibati xətanın akt, fotoşəkillər və yazılı izahatına istinad edilməklə təsdiqini tapması qeyd edilsə də bildirmək istəyir ki, o, izahat verməmiş, hər hansı bir protokol və ya akta imza çəkməmiş, eyni zamanda qeyd edilən fotoşəkillər də ona təqdim edilməmişdir. Lakin qərarda istinad edilən akt və protokol onun iştirakı ilə tərtib edilməli, protokol və akta imza atmağı, qeydi olduğu təqdirdə qeyd aparması təmin edilməli, müvafiq sənədlərin surətləri ona təqdim edilməli idi. Heç bir sübut və əsas olmadan, əməlində inzibati xəta tərkibi olmamasına və inzibati xəta törətmədiyinə baxmayaraq formal cəhətdən qərar tərtib edilərək cərimə edilmişdir. Tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir. Bu səbəbdən də barəsində inzibati xəta haqqında icraat başlanıla bilməz və inzibati xəta haqqında tənbeh tədbiri tətbiq edilə bilməzdi. Həmin qərardan Bakı şəhəri Xətai rayon Məhkəməsinə ##.##.2026-cı il tarixdə şikayət versə də məhkəmə şikayətini əraflı, obyektiv, tam və hərtərəfli araşdırmadan. ##.##.2026cı il tarixli *(*-**)-****/**** saylı qərarla formal əsaslarla təmin etməmişdir. Apellyasiya baxışı zaman iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zaman iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini inzibati işin materialları ilə əlaqəli şəkildə araşdıraraq və proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən tərtib edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə Ağcabədi rayonu, Xocavənd kəndi yaxınlığında meşə fonduna aid olmayan ərazidə 2 (iki) ədəd böyürtkən kolunu kökündən çıxararaq məhv etməsi, 5 (beş) ədəd tut ağacını və 2 (iki) ədəd yulğun kolunu qəsdən məhv etməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində İXMnin 253.2-ci maddəsinə əsasən 4000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Törədilmiş inzibati xəta hadisəsi nəticəsində təbiətə 160 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən tərtib edilmiş ## #### 2024-cü il tarixli, ER-**/*** nömrəli ekspert rəyindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən, əsas ekoloji tələblərin nəzərdə tutulduğunu qeyd edərək, təqdim olunmuş “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi (Sifariş№*****) obyektinin layihə sənədini razılaşdırır. Eyni zamanda, işlərin icrası zamanı aşağıda qeyd olunan ekoloji tələblərə ciddi riayət olunmalıdır: - ərazilərin yerləşmə mövqeləri nəzərə alınaraq, tikinti-quraşdırma meydançalarının hasarlanması və sanitar-ekoloji mühafizəsinin təmin olunması; - müvafiq qanunvericiliyin tələblərinə əsasən trassa planı üzrə tikinti-quraşdırma altına düşən sahələrin qaz kəmərlərinin çəkilməsi məqsədilə ayrılmasına dair bütün torpaq mülkiyyətçilərinin (istifadəçilərinin) və maraqlarına toxunulan qurumların razılıqlarının alınması; - qaz kəmərlərinin yeraltı keçən hissələrində torpağın üst münbit qatının sıyrılaraq götürülməsi, saxlanılması və işlər bitdikdən sonra ərazilərin hamarlanması və abadlaşdırılması məqsədilə istifadə olunması; - trassa boyunca yaxınlıqda olan kollar və ağaclar ilə qaz kəmərləri arasında minimum 1.0- 1.5 m ara məsafəsinin təmin olunması, həmin hissələrdə işlərin əl əməyindən istifadə edilməklə yerinə yetirilməsi; - su obyektlərinin mühafizə zonası tələblərinə ciddi riayət edilməsi, çirkləndirilmə hallarının qarşısının alınması məqsədilə qoruyucu tədbirlərin həyata keçirilməsi; - tozlanma hallarının qarşısının alınması məqsədilə tikinti meydançalarının mütəmadi sulanması; - əmələ gələn bərk tullantıların qanunvericiliyin tələblərinə müvafiq qaydada idarə olunması, təkrar istifadəsi (emalı) mümkün olan tullantıların aidiyyəti üzrə təhvil verilməsi; - işlərin icrası müddətində ətraf mühitə atılan tullantılar üzrə ilkin hesabat sənədlərinin tərtib olunması, ödəmə haqlarının hesablanaraq Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilməsi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli 92368 aktdan görünür ki, “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi üçün nəzərdə tutulmuş əraziyə baxış keçirilmiş, araşdırma zamanı layihə üzrə çəkilməsi nəzərdə tutulan xəttin ümumi uzunluğu 1833 metrdən 800 metr xəndəyin qazıldığı (eni 1 metr, dərinliyi isə 1.5 metr) müəyyən edilmişdir. Sözügedən əraziyə baxış keçirilərkən qaz kəmərinin yeraltı keçən hissəsi üçün nəzərdə tutulmuş xəndəyin qazılması zamanı torpağın üst münbüt qatının sıyrılaraq götürülməməsi, trassa boyunca yaxınlıqda olan kollar və ağaclar arasında minimum 1.0-1.5 metr ara məsafəsinin təmin olunmaması nəticəsində 5 ədəd tut ağacı, 2 ədəd yulğun kolunun 20 sm-dən keçdiyi, sözügedən yulğun kollarının kök və gövdə hissəsinin zədələndiyi, 5 ədəd tut ağacının kök, gövdə və çətir hissələrinin texnika vasitəsilə zədələndiyi, 2 ədəd böyürtkən kolunun texnika vasitəsilə çıxarılaraq məhv edildiyi müəyyən edilmişdir. İşin icraçısı kimi özünü təqdim edən Qərardan şikayət verən orqan (şəxs) SOCAR-ın “Neftqaztikinti” trestinin Ağcabədi QPS-nin II qaz kəməri qolunun iş icraçısı olduğunu və aparılan işlər zamanı torpağın üst münbüt qatının sıyrılaraq götürülmədiyini, 2 ədəd böyürtkən kolunun götürüldüyünü, xətt boyunca 5 ədəd tut ağacının, 2 ədəd yulğun kolunun 20 sm-dən keçdiyini və zədələndiyini izahatında bildirməklə təsdiq etmiş, ərazidə çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. Akta əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə texniki vasitələrdən istifadə olunmuş və nəticədə bitki kolları məhv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, şikayət ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin ## #### 2024-cü il tarixli, ER-**/*** nömrəli ekspert rəyindən göründüyü kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən, əsas ekoloji tələblər nəzərdə tutulmaqla təqdim olunmuş “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi obyektinin layihə sənədini razılaşdırmış, eyni zamanda, işlərin icrası zamanı trassa boyunca yaxınlıqda olan kollar və ağaclar ilə qaz kəmərləri arasında minimum 1.0-1.5 m ara məsafəsinin təmin olunmasının, həmin hissələrdə işlərin əl əməyindən istifadə edilməklə yerinə yetirilməsinin göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş ## ######## 2025ci il tarixli 92368 akta əlavə edilmiş fotoşəkillərdən də məlum olduğu kimi “Ağcabədi QPS” qaz kəməri qolunun II xəttinin tikintisi üçün nəzərdə tutulmuş ərazidə texniki vasitələrdən istifadə olunmuş və nəticədə bitki kolları məhv edilmişdir. Məhkəmə iş materiallarında olan sübutların məcmusuna əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı müəyyən etmir. Belə ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sözügedən inzibati xətanın akt, fotoşəkillər və yazılı izahatına istinad edilməklə təsdiqini tapması qeyd edilsə də, onun tərəfindən hər hansı izahatın verilməməsi, eləcə də ona istinad olunan inzibati xətanın törədilməməsi barədə dəlilləri ilə razılaşmayaraq həmin dəlillərin iş materiallarında olan sübutlarla, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli izahata əsasən təkzib olunduğunu qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, sadalanan qanun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-94)-1634/2026saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılmasına dair ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №3(3-6)-1049/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1049/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver