Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1050/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, X2 Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) və nümayəndəsi nümayəndə1, Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili nümayəndə3 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq MÜƏYYƏN EDILDI: Qərardan şikayət verən orqan (şəxs) Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən onun Azərbaycan Respublikası IXMnin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmamış, Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarının və Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), nümayəndəsi nümayəndə1 və müdafiəçisi şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Qərarından şikayət verilən orqan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə toplanmış materialları nəzərdən keçirib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı və Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Iş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 62 ünvanında fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayının fəaliyyəti zamanı manqal işlək vəziyyətdə olduğu zaman atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı ölçülən zaman atmosferə atılan zərərli qaz qarışıqlarının miqdarı ətraf mühit üçün yol verilən həddən artıq olması müəyyən edilmişdir ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 62 ünvanında fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına göstərən həmin obyektin vəzifəli şəxsi Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur OMS K ***** nömrəli kalibrləmə sertifikatından görünür ki, qaz analizatoru “Ankat64M3- 04 tipli qurğu ##.##.2025-ci il tarixdə kalibrlənmiş, növbəti kalibrlənmə tarixi olaraq ##.##.2025-ci il tarixi göstərilmişdir. ##.##.2025-ci il tarixli, ****** nömrəli aktdan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xətt xidmətinə daxil olan ##.##.2025-ci il tarixli, ID 32301, ##.##.2025-ci il tarixli Id ***** nömrəli, ##.##.2025-ci il tarixli ID ***** nömrəli və elektron poçt ünvanına daxil olan ##.##.2025-ci il tarixli məktubların icrası ilə əlaqədar Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Fərid Palace” şadlıq sarayının ətraf ərazisində XKEMInin baş mühəndisi Fətəli Eyyubov, aparıcı mühəndis Natiq Rəsulov, ** saylı RETSI-nin məsləhətçi müfəttişi nümayəndə2, şadlıq sarayının nümayəndəsi nümayəndə1 iştirakı ilə sabit hava şəraitində saat 18:40-dan 19:30-dək monitorinq keçirilmişdir. Monitorinq zamanı məlum olmuşdur ki, “Fərid Palace” şadlıq sarayında qaztoz tutucu təmizləyici qurğu quraşdırılmışdır. Monitorinq ölçmə işləri şadlıq sarayı fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə “Ankat64M3-04” səyyar cihazı vasitəsi ilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) 9,4 mq/m3 olmuşdur. (norma 5,0 mq/m3 ) təsnif etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Ilk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" ## #### 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddəsinə uyğun olaraq yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü maddəsinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə iş materiallarını araşdırıb müəyyən edir ki, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən aparılan yoxlamanın nəticəsi olaraq tərtib olunmuş sənədlərdə yoxlamanın vahid məlumat reyestrində qeydə alınması və reyestrdən verilən kod barədə məlumat yoxdur. Təkcə bu fakt qəbul olunmuş qərarın və onun qəbul edilməsinə əsas olmuş protokolun ləğv olunması, inzibati icraata xitam verilməsi üçün kifayətdir. Azərbaycan Respublikası IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir Azərbaycan Respublikası IXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir - 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 233.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Həmçinin Azərbaycan Respublikasının IXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qeyd edilmiş halları aydınlaşdırmadan gəldiyi nəticə yanlış olduğundan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı və Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli qərarı və Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə inzibati tənbeh edilməsinə dair Qərarından şikayət verilən orqan ** saylı Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №3(3-6)-1050/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1050/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver