Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1051/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sedrliyi ilə, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “İSDƏK" MMC-nin direktoru X2, Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 iştirakları ilə, “İSDƏK” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "İSDƏK" MMC-nin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq, müəyyən etdim: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və “İSDƏK” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta törədilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən “İSDƏK” MMC 78881.60 ABŞ dolları məbləğində olan vəsaiti ##.##.2024-cü il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçsə də, 13069.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixində hüquqi şəxsin ünvanında törədilmişdir. “İSDƏK” MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunmuş həmin ##.##.2025-ci il tarixli, EP ******* nömrəli protokol baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə “İSDƏK” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 13069.00 (on üç min altmış doqquz) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% (iyirmi faizi) miqdarında olan 2613.8 (iki min altı yüz on üç dollar səksən sent) ABŞ dolları, yəni (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları – 1,7 manat) 4443.46 (dörd min dörd yüz qırx üç manat qırx altı) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs "İSDƏK" MMC-nin direktoru X2 apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “İSDƏK” MMC tərəfindən “xxxx” ASC-də olan hesabdan 78881.60 ABŞ dolları məbləğində pul vəsaiti “ZHEJİANG UPBEAT INDUSTRY AND TRADE CO., LTD” şirkətinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, avans ödənişini həyata keçirmiş “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli təkrar məlumatına (əlavə olunur) əsasən “İSDƏK” MMC-nin ##.##.2024cü il tarixli 78881.60 ABŞ dolları avans ödənişinin açıqda qalan 13069.00 ABŞ dolları hissəsi ##.##.2026- cı il tarixində ölkəyə geri qaytarılmışdır. Vəsaitin müvafiq məsuliyyətin yarandığı ##.##.2026-cı il tarixindən sonra qaytarıldığını nəzərə alaraq, iş üzrə inzibati tənbeh tətbiq edilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş ##.##.2026-cı il tarixli ərizədən görünür ki, “İSDƏK” MMC-nin ##.##.2024-cü il tarixli 78881.60 ABŞ dolları avans ödənişinin açıqda qalan 13069.00 ABŞ dolları hissəsi ##.##.2026- cı il tarixində ölkəyə geri qaytarılmışdır. Həmçinin onu da qeyd etmək istəyir ki, 2026-cı ilin fevral ayında Cin Xalq Respublikasında “bayram” olduğuna görə, orada bank əməliyyatlarının keçirilməsi mümkün olmamışdır. Buna görə də, 13069.00 ABŞ dolları pul vəsaiti 2026-cı ilin mart ayının 05-də qaytarılmışdır. Qeyd Edilənlərə əsasən hesab edir ki, Şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****)**** saylı, ##.##.2026-cı il tarixli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “İSDƏK" MMC-nin direktoru X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 2026-cı ilin fevral ayında Cin Xalq Respublikasında “bayram” olduğuna görə, orada bank əməliyyatlarının keçirilməsi mümkün olmamışdır. Buna görə də, 13069.00 ABŞ dolları pul vəsaiti 2026-cı ilin mart ayının 05-də qaytarılmışdır. Bundan başqa Qarabağ döyüşçüsüdür, 5 il döyüşmüşdür. Məhkəmədən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi nümayəndə1 bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunidir. Vəsait 2 (iki) ildən artıq müddət keçdikdən sonra idxal edilmişdir. Bir ay müddətinə gecikmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti əsasssız olduğundan təmin edilməməli, iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “İSDƏK” MMC tərəfindən “xxxx” ASC-də olan hesabdan 78881.60 ABŞ dolları məbləğində pul vəsaiti “ZHEJİANG UPBEAT İNDUSTRY AND TRADE CO., LTD” şirkətinin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “xxxx” ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş ##.##.2026-cı il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, “İSDƏK” MMC tərəfindən 78881.60 ABŞ dolları məbləğində olan vəsait bank hesabından ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin 13069.00 ABŞ dolları məbləğində vəsait hesabına alınmış mallar ölkəyə idxal olunmamış, xidmətlər göstərilməmiş və valyuta vəsaiti geri qayıtmamışdır. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər edilmiş, 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir;”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi, “İSDƏK” MMC tərəfindən ##.##.2024-cü il tarixdə ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüş 78881.60 ABŞ dolları məbləğinin 13069.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların vəsaitin köçürüldüyü gündən 2 il müddətində ölkəyə idxal olunmasını təsdiq edəcək sənədlər təqdim olunmamışdır. Qanunla qabaqcadan ödəniş aparılmış valyuta vəsaiti üzrə konkret müddət müəyyən edilmişdir və bu müddət ən geci iki ildən ibarətdir. Bu müddət ərzində mallar artıq ölkəyə faktiki olaraq daxil olmalı idi. Odur ki, “İSDƏK” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə kifayət qədər təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, “İSDƏK” MMC törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan növdə və həddə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Apellyasiya şikayətində göstərilənlər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsas deyildir. Qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldım: "İSDƏK" MMC-nin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. “İSDƏK” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1051/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1051/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver