Məhkəmə qərarları › İş №3(3-6)-1052/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1052/2026

07.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1052/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, məhkəmə iclas katibi X2, Protokolu tərtib edən orqan nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6.000 (altı min) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına Protokolu tərtib edən orqan Analitik Ekspertiza X6 Şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim Vüsal Tağıyev) "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, hüquqi şəxs qismində 6.000 (altı min) manat məbləğində inzibati cərimə olunması qərara alınmışdır. Qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə qəbul etdiyi *(*-**)-****/**** saylı,## #### 2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli, qərarı aşağıda qeyd olunanlara əsasən qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə qəbul etdiyi qərarda iş materialları ilə Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində ali və ya orta ixtisas tibb təhsili olmayan işçilərin praktiki tibbi fəaliyyətə buraxılmasının öz təsdiqini tapdığını və Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə ilə nəzərdə tutulan inzibati xətanı törətməsinin məhkəmədə tam sübuta yetirildiyini qeyd etmişdir. Həmin qərarda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətinə özəl tib fəaliyyətinin keçirilməsi ilə bağlı lisenziya verildiyi halda həmin Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 71 C ünvanında yerləşən klinikada tibbi masaj xidməti ali və ya orta ixtisas tibb təhsili olmayan masajçılar tərəfindən həyata keçirildiyi və həmin faktın Azərbaycan Respublikasınır Səhiyyə Nazirliyi “xxxx” PHŞ tərəfindən yoxlama zamanı aşkar edildiyi əks olunmuşdur. Qərarda nəzərdə tutulanlara münasibətdə qeyd olunması zəruridir ki, Qanunvericilikdə masaj ixtisası üzrə ali və ya orta ixtisas tibb təhsilinin alınmalı olması və yalnız belə tibb təhsili aldıqdan sonra şəxslərin masajçı kimi işləyə biləcəyi, eyni olaraq həmin ixtisas üzrə 5 ildən bir sertifikasiyadan keçməli olması nəzərdə tutulmamışdır. Bunun əksinə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda “masajist” ixtisası nəzərdə tutulmuşdur. Həmin Təsnifatdan da aydın olur ki, masaj fəaliyyəti ilə məşğul olmaq üçün şəxsin peşə təhsilinin olması kifayətdir. Bu fəaliyyət üçün ali və ya orta ixtisas tibb təhsilinə malik olmaq şərt deyildir. Hansı ki, bu əsasla Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati təhbehin tətbiqi barədə qərar qəbul edimişdir. Digər bir məsələ tərtib olunuş protokolda qeyd olunduğu kimi masajın fizioterapiya ixtisasına aid olması fikri isə həqiqəti əks etdirmir. Belə olsa idi, bu fakt qanunvericilikdə əksini tapmaqla yanaşı, masajist ixtisası peşə təhsili üzrə atında yer almazdı. Məhkəmə Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən törədildiyini iddia etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta sırf ali və ya orta ixtisas tibb təhsili tələb müvafiq tələbə riayət etməyən, yəni ali və ya orta ixtisas tibb təhsili nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxsin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması hesab olunur. Hazırkı işdə məhkəmə mövqeyinin əksinə masajist ixtisası üzrə işləmək üçün peşə təhsili almaq tələb olunduğundan və peşə təhsili ali və ya orta ixtisas tibb təhsilli hesab olunmadığından belə nəticəyə gəlmək olur ki, masajist vəzifəsində çalışmaq üçün şəxsin ali və ya orta ixtisas tibb təhsilli olması gərəkli deyil, buna görə də ali və ya orta ixtisas tibb təhsili olmayan masajisti işlətməyə görə Məhdud Məsuliyyətli Cəmiyyət cərimələnə bilməz. Çünki Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq maddə ilə müəyyən olunmuş inzibati xəta hesab olunan əməl törədilməmişdir. Bundan əlavə, Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyət göstərdiyi uzun illər ərzində bir neçə dəfə lisenziya üçün müraciət edərək həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən fəaliyyət növləri üzrə müvafiq lisenziyaları əldə etmişdir. Məlumdur ki, lisenziya üçün müraciət edərkən işçilərin sənədləri də göndərilir və həmin sənədlər də yoxlanmaqla müvafiq fəaliyyətə lisenziya verir. Yəni sənədlərdə uyğunsuzluq aşkarlanarsa, müvafiq fəaliyyət növü üçün lisenziya verilmir. Məhdud Məsuliyyətli Cəmiyyətnə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ## ##### 2010-cu il tarixli, ****** nömrəli, ## ### 2015ci il tarixli, ****** nömrəli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 1 mart .2016-cı il tarixli, ***** nömrəli lisenziyaların və ## #### 2022-ci il tarixli lisenziya əlavəsinin verilməsi də təsdiq edir ki, Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyəti çərçivəsində heç bir hüquq pozuntusuna yol verilməmişdir, əks təqdirdə təqdim edilmiş sənədlərdə müvafiq nöqsanlar aşkarlanmaqla lisenziyanın verilməsindən imtina edilərdi. Həmçinin, “xxxx” PHŞ tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətində daha əvvəl yoxlama keçirilərkən də “masajçı” ştatı mövcud olmuş və həmin vəzifədə çalışan fəaliyyət göstərən şəxslərlə eyni vəziyyətdə olmuş, yəni onlar da ali ibb təhsili almamışdır. Necə ola bilər ki, əgər bu hal inzibati xəta sayılırsa, 2022-ci ildə inzibati xəta kimi qiymətləndirilməmiş əksinə müəssisə rəhbərliyinə yazılı şəkildə Məhdud Məsuliyyətli Cəmiyyətnin qüsursuz fəaliyyətinə görə təşəkkür mətni təqdim olunmuşdur. Bu sahədə qanunvericiliyə həmin vaxtdan bu vaxta kimi də heç bir əlavə edilməmişdir. Təşəkkür məktubunu imzalayanlardan X9 hər iki yoxlamada iştirak edərək eyni vəziyyəti fərqi şəkildə qiymətləndirmişdir. Eyni zamanda masaj xidmətinin göstərildiyi və ali və orta ixtisas tibb təhsil olmayan şəxslərin masajçı kimi işlədiyi digər müəssisələrə münasibətdə heç bir inzibati xəta haqqında protokolun tərtib olunmadığı halda Məhdud Məsuliyyətli Cəmiyyətnin barəsində protokolun tərtib olunması Məhdud Məsuliyyətli Cəmiyyətnə münasibətdə ayrı-seçkiliyə yol verildiyinin göstəricisidir. Məhdud Məsuliyyətli Cəmiyyətnin barəsində ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokol qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, ona uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Protokolu tərtib edən orqan nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək, məhkəmə belə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı,## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## #### 2016-cı il tarixli, ****** nömrəli lisenziyadan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özəl tibb fəaliyyətinin keçirilməsi ilə bağlı lisenziya verilmişdir. ## ##### 2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X10 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən masajçı vəzifəsi üzrə işə qəbul edilmişdir. ## #### 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Nəsibova Səadət İlqar qızı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən masajçı vəzifəsi üzrə işə qəbul edilmişdir. ## ###### 2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Rzayeva Urqaya İlyas qızı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən masajçı vəzifəsi üzrə işə qəbul edilmişdir. ## ###### 2026-cı il tarixli, *-**-*/*-*-***/**** nömrəli qərardan görünür ki, Protokolu tərtib edən orqan Analitik Ekspertiza X6 Şəxs tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 71C ünvanında yerləşən tibb müəssisəsində planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. ## ###### 2026-cı il tarixli, KY********* nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 7l C ünvanında yerləşən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada plan üzrə (növbəti) yoxlama aparılması nəzərdə tutulmuşdur. ## ###### 2026-cı il tarixli, T-*** nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, keçirilmiş yoxlama nəticəsində "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində sertifikatsız, ali və ya orta ixtisas tibb təhsili olmadan "fizioterapevtik” işi üzrə tibb fəaliyyətinin (masaj presuduraları) əmək müqaviləsi masajçılar Nəsibova Səadət İlqar qızı, Rzayeva Urqaya İlqar qızı və X10 tərəfindən həyata keçirilməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 71C ünvanında yerləşən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada keçirilmiş planlı yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan "fizioterapevtik” işi üzrə masaj proseduralarının Rzayeva Urqaya İlyas qızı və digərləri tərəfindən həyata keçirilməsi aşkar edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, sadalanan iş materialları ilə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tibb müəssisəsində ali və ya orta ixtisas tibb təhsili olmayan işçilərin praktiki tibbi fəaliyyətə buraxılması öz təsdiqini tapmış və Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmədə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyini tərəfindən "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə özəl tibb fəaliyyətinin keçirilməsi ilə bağlı lisenziya verildiyi halda həmin Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsi, ev 71 C ünvanında yerləşən klinikada tibbi masaj xidməti ali və ya orta ixtisas tibb təhsili olmayan masajçılar tərəfindən həyata keçirilmiş və həmin fakt Protokolu tərtib edən orqan Analitik Ekspertiza X6 Şəxs tərəfindən keçirilmiş planlı yoxlama zamanı aşkar edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, cəmiyyət inzibati məsuliyyətə cəlb edilməlidir. Birinci instansiya məhkəməsi törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab etmişdir ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını araşdıraraq belə hesab edir ki, "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati xəta törədilməsində təqsirli olması öz təsdiqini tapdığından birinci instansiya məhkməsinin qərarı qanuni hesab edilir. Belə ki, Protokolu tərtib edən orqan tərəfindən elektron qaydada göndərilən “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli qərarı ilə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi qərara alınmışdır. Həmin qərarın 7-ci bəndində “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu”nun 7.9 bəndinə əsasən müalicə masajı həmin siyahıya daxil edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Cəmiyyətin nümayəndəsi apellyasiya şikayətində Azərbaycan Respublikasi Nazirlər Kabinetinin tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda “masajist” ixtisası nəzərdə tutulması, həmin təsnifata əsasən masaj fəaliyyəti ilə məşğul olmaq üçün şəxsin peşə təhsilinin olmasının kifayət olması, bu fəaliyyət üçün ali və ya orta ixtisas tibb təhsilinə malik olmaq şərt olmadığını iddia etsə də, bu qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilməsi haqqında ## ####### 2021-ci il tarixli qərarı ilə “030220 Kosmetologiya” ixtisas qrupu əlavə edilmişdir, hansı ki, tərkibinə Kosmetoloq, texnik, Kosmesevt və Masajist daxil edilmişdir. Lakin müəyyən edildiyi kimi hüquqi şəxs xxxx Onurğa mərkəzi kimi fəaliyyət göstərməklə onurğa xəstəliklərinin əməliyyatsız, dərmansız tam müalicəsini təmin edir. Görünüdüyü kimi “xxxx” Tibb Mərkəzində onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar və digər onurğa sütunu xəstəlikləri müalicə olunur. Qeyd edilən müalicə peşəkar həkim heyəti tərəfindən həyata keçirilməlidir. İş materiallarına əlavə edilən Rzayeva Urqay İlyas qızı, X8, Nəsibova Səadət İlqar qızının əmək müqaviləsi barədə bildirişlərə əsasən onların vəzifəsinin adı “masajçı” olduğu bildirilmişdir. Lakin "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus klinikada keçirilmiş planlı yoxlama zamanı sertifikatsız, orta ixtisas tibb təhsili olmadan "fizioterapevtik” işi üzrə masaj proseduralarının Rzayeva Urqaya İlyas qızı və digərləri tərəfindən həyata keçirilməsi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, onurğa sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının, onurğa əyilmələrinin skolioz və kifozların cərrahi əməliyyat olmadan müalicəsi kifayət qədər önəmli məsələ olmaqla tibb təhsili almayan, sadə “masajist” ixtisası peşə təhsili alan biri tərəfindən həyata keçirilməsi ciddi narahatlıq doğurur. Məhkəmə işin hallarını və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il ## ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli qərarının tələblərini nəzərə alaraq "fizioterapevtik” işi üzrə və ya digər müalicə masajı növündə masaj prosedurlarının həyata keçirilməsi üçün ali və ya orta ixtisas tibb təhsili alınması zəruridir. Məhkəmə belə hesab edir ki, birinci instansiya məhkəməsi Protokolu tərtib edən orqan tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə baxarkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni işdə olan sənədlərə və qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmə sadalananlara əsasən belə nəticəyə gəlmişdir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialı ilə tam sübuta yetirilmiş və cəmiyyətin əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta haqqında iş üzrə təqsiri tam sübuta yetirildiyinə görə qeyd olunan maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi və tənbeh edilməsi barədə birinci instansiya mhəkəməsinin nəticəsi əsaslı və qanunidir. Hesab edilir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə gəldiyi nəticəni materialda olan sənədlərə, habelə qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya instansiyası məhkəməsi də onunla razılaşır və qeyd edir ki, verilmiş şikayət həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab edilir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edərək məhkəmə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətində həmçinin lisenziya üçün müraciət edərkən işçilərin sənədlərinin də göndərildiyi və həmin sənədlər yoxlanmaqla müvafiq fəaliyyətə lisenziya verildiyi, sənədlərdə uyğunsuzluq aşkarlanadığı təqdirdə müvafiq fəaliyyət növü üçün lisenziya verilmədiyi göstərilsə də, təqdim edilən sənədlərdə Rzayeva Urqay İlyas qızı və digərlərinin əmək müqaviləsi barədə bildirişlərinə əsasən vəzifəsi “masajçı” olaraq göstərilsdə də, onlar faktiki olaraq "fizioterapevtik” işi üzrə fəaliyyət göstərmişlər ki, qeyd edilən apellyasiya şikayətinin dəlilləri formal mülahizələr əsasında irəli sürülmüş və şikayətin verilməsində məqsəd inzibati hüquqi məsuliyyətdən yayınmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; - 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; - 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 215.4-cü maddəsinə əsasən ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə —vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətinin dəlilləri qərarın dəyişdirilməsi üçün əsas olmadığından təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı,## #### 2026cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı,## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz. Hakim: Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar