Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1053/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəhimov Elmar Eldar oğlu, Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)- 1347/2026 saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İ.Müəyyən etdim:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC barəsində İXMnin 539.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)-1347/2026 saylı qərarı ilə (hakim S.N.Nəsibov) hüquqi şəxs “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır.
3. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)-1347/2026 saylı qərarınən ləğv edilməsi və Xidmət tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC barəsində tərtib edilmiş 11.02. 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
II.Şikayətin dəlilləri və etirazlar:
4. Şikayət onunla əsaslandırılmışdır ki, X1 şikayəti əsasında ##.##.2026-cı il tarixli *-**- */*-***/**** nömrəli “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş Hüseynov Həsən ASİF OĞLUNUN “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC –də əmək hüquqlarının pozulması barədə DƏMX-nə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Əmək Məcəlləsinn 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq X2 Cavanşir oğlunun müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmişdir. Sözügedən məktub “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC –yə göndərilməsinə baxmayaraq “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC tərəfindən sənədlər tam şəkildə təqdim edilməmişdir. Belə ki, ezamiyyəyə göndərilməsi barədə əmrin surəti, ezamiyyə xərclərinin hesablanması və digər sənədlər müəssisə tərəfindən göndərilməmişdir. Qanunvericilikdə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər tam təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti yalnız qanunla müəyyən edilən halda mümkün ola bilərdi. Məhkəmənin hüquq pozuntusunun olmaması barədə qənaəti qanunaziddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir.
5. Şikayətə qarşı Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC”-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılı etiraz verilmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin qərarı işin faktiki hallarına və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qəbul edilmişdir. Hazırkı iş üzrə inzibati orqan tərəfindən əsas götürülən ##.##.2026-cı il tarixli, 3-17- */*-***/**** nömrəli sorğu məktubunun Cəmiyyətə çatdırılması faktı sübuta yetirilməmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi həmin məktubun poçt vasitəsilə çatdırılmasını təsdiq edən poçt qəbzinin mövcud olmadığını bildirmiş, elektron sistem vasitəsilə qəbul edilməsini təsdiq edən hər hansı çıxarış və ya qəbul bildirişi də təqdim olunmamışdır. Bundan əlavə, iş materiallarında olan “Məktub” adlı sənəddə “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafalarının boş olması həmin sənədin faktiki qəbul edilmədiyini təsdiq edir. Belə olan halda, İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin obyektiv tərəfi formalaşmır. Çünki tələbin hüquqi şəxsə çatdırılması sübuta yetirilmədən onun tam, düzgün və vaxtında icra edilməməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyildir. Şikayət formal xarakter daşıyır. Belə ki, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən hansı halın tam araşdırılmadığı, hansı sübuta hüquqi qiymət verilmədiyi və ya düzgün qiymət verilmədiyi konkret olaraq göstərilməmişdir. Həmçinin şikayətdə ##.##.2026-cı il tarixli, *-**-*/*-***/**** nömrəli sorğu məktubunun Cəmiyyətə çatdırılması faktının hansı sənəd və ya mötəbər sübutla təsdiq olunduğu öz əksini tapmamışdır. Vətəndaş X1 şikayəti ilə bağlı sənədlər və məlumatlar Cəmiyyət tərəfindən ## #### 2026-cı il tarixli, *-**-**/*-**/**** nömrəli və ## #### 2026-cı il tarixli, *-**-**/*-***/**** nömrəli məktublarla X3 Xidmətinə təqdim edilmişdir.
III. Proses iştirakçılarının izahatları:
7. Apelyasiya icraatında barəsində inzibati xəta haqqında icaat aparılan hüquqi şəxs “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hazırkı iş üzrə inzibati orqan tərəfindən əsas götürülən ##.##.2026-cı il tarixli, *-***/*-***/**** nömrəli sorğu məktubunun Cəmiyyətə çatdırılması faktı sübuta yetirilməmişdir. Məhkəmə iclasında inzibati orqanın nümayəndəsi həmin məktubun poçt vasitəsilə çatdırılmasını təsdiq edən poçt qəbzinin mövcud olmadığını bildirmiş, elektron sistem vasitəsilə qəbul edilməsini təsdiq edən hər hansı çıxarış və ya qəbul bildirişi də təqdim olunmamışdır. Bundan əlavə, iş materiallarında olan “Məktub” adlı sənəddə “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafalarının boş olması həmin sənədin faktiki qəbul edilmədiyini təsdiq edir. Məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. X3 Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
IV. İşin faktiki halları və hüquqi məsələlər:
9. İş materiallarını araşdırıb, proses iştirakçısını dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)-1347/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında AR ƏM-nin 15.2-ci maddəsinə əsasən 3- 17- */*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü ərzində təqdim edilməsi tələb olunsa da tələb olunan sənədlərdən ezamiyyəyə göndərilməsi barədə əmrin surəti, ezamiyyə xərclərinin hesablanması və digər sənədlər bu günədək təqdim edilməmişdir;
11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə ünvanlanmış *-**-*/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubun xxxxundan görünür ki, qeyd olunmuş müvafiq sənədlərin 7 iş günü ərzində X3 Xidməti Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur;
12. Materiala əlavə olunmuş “Məktub” adlı sənəddən görünür ki, “sənədin tarixi” qrafasında ##.##.2026, “icra tarixi” qrafasında ##.##.2026, “xxxx” qrafasında müəssisəyə dəvət məktubu, “hüquqi şəxsin adı” qrafasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC göstərilmiş, “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafaları isə boşdur, məktubun **-**-*/*-***/**** nömrəli, ##.##.2026-cı il tarixli nömrəli olmasına dair isə hər hansı qeyd yoxdur.
13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən daxil olmuş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli protokolu və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlmişir ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin əməlində İXMnin 539.3-cü maddəsinin tərkib əlamətləri olması müəyyən edilmir.
14. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMCnin əməlində İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olması öz təsdiqini tapmadığından, inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir.
15. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. 16.Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 17.Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 19.Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xətadır və Məcəllənin 14-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.
20. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.
21. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır.
22. Göründüyü kimi, inzibati orqan tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokolun əsasını təşkil edən ##.##.2026-cı il tarixli sorğu məktubunun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə rəsmi qaydada təqdim olunması faktı öz əksini tapmamışdır. İş materialına əlavə olunmuş “Məktub” adlı sənəddə “qəbul edilən sənədin tarixi” və “qəbul edilən sənədin nömrəsi” qrafalarının boş olması həmin sənədin hüquqi baxımdan təqdim edilmiş hesab olunması üçün kifayət deyildir. İnzibati orqan şəxsin üzərinə öhdəlik qoyarkən həmin öhdəliyin çatdırılmasını sənədləşmiş formada sübut etməlidir.
23. Beləliklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edirəm ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı aşkar edilmiş şübhələr və sənədlərdəki qeyri-müəyyənliklər şəxsin təqsirliliyini istisna edir. Bununla da birinci instansiya mməhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və haqlı olaraq İXM-nin 53.1.2-ci maddəsini düzgün tətbiq edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
24. Həmin Məcəllənin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. 25.Qeyd olunanlara əsaslanaraq hesab edirəm ki, şikayət təmin edilməməli, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)-1347/2026 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 26.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM:
Şikayət təmin edilməsin. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 3(5-93)-1347/2026 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Hakim Elmar Rəhimov