Məhkəmə qərarları › İş №3(3-6)-1054/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1054/2026

17.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1054/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclas katibi X5, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən, vətəndaş X3 müraciəti ilə əlaqədar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin hüquqi və faktiki fəaliyyət ünvanlarına ##.##.2025-ci il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktub ünvanlanaraq Səxavət Tağıyevə aid olan sənədlərin tam, düzgün, vaxtında təqdim olunması xahiş olunmuş, ##.##.2025-ci il tarixində müəssisə tərəfindən sənədlər natamam təqdim olunmuş və bu günədək qeyd olunan sənədlərin tam təqdim olunması təmin edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ilə ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X4 şikayəti əsasında X6 Xidmətinin Bakı Şəhəri idarəsi tərəfindən Azərbaycan Respublikas Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub ünvanlanmış və məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində Xidmətin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Lakin məktubun çatdırılmasına baxmayaraq sənədlər təqdim olunmamışdır. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi təsdiq edilmişdir. Xidmət tərəfindən inzibati xəta lıaqqında protokol tərtib edilərkən "xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inz bati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, tələb olunan sənədlərin siyahısında əmək müqaviləsinin surəti, kollektiv müqavilə, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, məzuniyyət hüququndan istifadə edilməsinə dair müvafiq sənədlər, məzuniyyət haqqının hesablanmasına və ödənilməsinə dair müvafiq sənədlərin surəti, əmək haqqının hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surəti, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu göstərilmişdir. ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru tərəfindən elektron məhkəmə informasiya sisteminə yüklənmiş ərizədən görünür ki, həmin ərizədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən tələb olunan sənədlərin təqdim edildiyi göstərilmişdir. ##.##.2025-ci il tarixli “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə göndərilmiş məktubda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixli, *-**- */*-*****/**** nömrəli məktuba baxılmışdır. Şirkətdə sürücü vəzifəsində işləyən X3 ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi əsasında avtobus sürücüsü vəzifəsinə işə qəbul edilmiş və ##.##.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, ona qanunla müəyyən edilmiş qaydada son haqq hesab ödənilmişdir. Qoşma olaraq həmin məktubda “1. S.Ə.Tağıyevin əmək müqaviləsi; 2. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ərizəsinin surəti; 3. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı əmrin surəti; 4. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı ərizəsinin surəti; 5. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surəti; 6. Əmək haqqı hesablama cədvəli və ödənilməsini təsdiq edən sənədlər.” qeyd olunmuşdur. S.Ə.Tağıyevin əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs direktoru Quliyev Eşqin İlyas oğlu ilə işçi X3 arasında əmək müqaviləsi bağlanmışdır. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ##.##.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixindən xitam verilməsini xahiş etmişdir. S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ##.##.2024-cü il tarixli, **/** nömrəli əmrin surətindən görünür ki, X3 əmək müqaviləsinə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2024-cü il tarixdən xitam verilmiş və ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinə qədər istifadə edilməmiş 21 məzuniyyət gününü son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı ##.##.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, X3 ona ##.##.2022-##.##.2023-cü iş ilinin hesabından ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixi daxil olmaqla 21 təqdim günü müddətinə əmək məzuniyyətinə çıxmağına icazə verilməsi ilə bağlı cəmiyyətin direktoru Eşqin Quliyevə müraciət etmişdir. S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surətindən görünür ki, ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək olan iş ilinə görə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinədək 21 təqvim günü müddətinə X3 əmək məzuniyyəti verilmişdir. ##.##.2024-cü il tarixdən onun işə başlamalı olması qeyd edilmişdir. ##.##.2024-cü il tarixli hesablama cədvəlindən görünür ki, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr ərzində X3 8064,46 manat pul ödənilmiş, 464,31 manat məzuniyyət hesablanmışdır. 2024-cü ilin yanvar ayından sentyabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 5854,91 AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 4599,10 AZN olmuşdur. 2023-cü ilin yanvar ayından dekabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 7608,19 AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 6525,40 AZN olmuşdur. 2022-ci ilin avqust ayından dekabr ayınadək olan əmək haqqı hesablama cədvəlindən görünür ki, X3 1346,25AZN hesablanmış, karta ödəniləcək məbləğin miqdarı 1239,40 AZN olmuşdur. ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubla tələb edilən sənədləri natamam təqdim edilməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə araşdırması zamanı sözügedən məktub tədqiq edilərək hüquqi şəxsdən tələb edilən sənədlərin siyahısı (S.Ə.Tağıyevin əmək müqaviləsi; S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı ərizəsinin surəti; S.Ə.Tağıyevin əmək müqaviləsinə xitam verilməsi bağlı əmrin surəti; S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı ərizəsinin surəti; S.Ə.Tağıyevin əmək məzuniyyətinə çıxması ilə bağlı əmrinin surəti; Əmək haqqı hesablama cədvəli və ödənilməsini təsdiq edən sənədlər.) müəyyən edilmiş və hüquqi şəxsin həmin sənədləri iddia edilənin əksinə natamam deyil, tam formada səlahiyyətli orqana göndərməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarına sözügedən sənədlərin hər biri əlavə edilmiş və məhkəmə tərəfindən həmin sənədlər ətraflı şəkildə tədqiq edilmişdir. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin olmasının müəyyən edilməsi məqsədilə səlahiyyətli orqanın nümayəndəsindən hansı sənədin təqdim olunmadığını bildirməsi xahiş edilmiş, lakin məhkəmə iclasında iştirak edən inzibati orqanın nümayəndəsi hansı sənədin təqdim olunmadığını göstərə bilməmişdir. Halbuki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə qeyd etmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 539.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Bunun əksinə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla tələb edilən sənədlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə təqdim edilməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki iş üzrə hüquqi tənbeh verilməsi üçün nəzərdə tutulmuş dörd ay müddət də keçmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından hüquqi şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq inzibati iş üzrə icraata xitam verilməsinə dair qənaətə gəlinmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar