Məhkəmə qərarları › İş №3(3-6)-1056/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1056/2026

15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1056/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10, Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil Tofiq oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçinin vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək, inzibati cərimənin tətbiq edilməsi haqqında ## ###### 2025-ci il tarixli, MN******* nömrəli qərarın ləğv edilərək Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayəti təmin edilmədən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili apellyasiya qaydasında şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər idarə: tərəfindən ## ###### 2025-ci il tarixli MN******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında ## ###### 2025-ci il tarixli MN******* nömrəli qərarla Təmir-tikinti Idarəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1700 manat məbləğində cərimə edilmişdir. Inzibati orqan qərarında göstərmişdir ki, Təmir-tikinti Idarəsi tərəfindən işçi X3 ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 3-cü hissələrinin tələbləri pozulmuş, işçinin əmək stajı düzgür hesablanmamışdır. Bu qərardan verilmiş şikayətə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş vs inzibati orqanın qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, işçi X3 X1 Istismarı Idarəsində və Təmir-tikinti Idarəsind işlədiyi müddətlər birgə nəzərə alınmalı və ümumi əmək stajına əsasən xəbərdarlıq müddəti və müavinət müəyyən edilməli idi. Həmin qərarı qanunsuz və əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Iş materiallarından görünür ki, X3 ## ###### 2014-cü ildə SOCAR “Azəriqaz” IB-nin X1 Istisma Idarəsində işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi ## ###### 2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. Daha sonra ## ###### 2021ci ildə SOCAR “Azəriqaz” IB-nin Təmir-tikinti Idarəsi ilə yeni əmək müqaviləsi bağlanmışdır. Hazırkı iş üzrə 2014-2021-ci illərdə əmək müqaviləsi X1 Istismarı Idarəsinin rəhbəri tərəfindən bağlanmış və ona xitam verilmişdir. 2021-ci ildən sonra isə əmək münasibətləri işəgötürənə münasibətdə Təmir-tikinti Idarəsinin rəhbəri tərəfindən həyata keçirilmişdir. Bu fakt əmək münasibətlərində işəgötürən subyektinin dəyişdiyini açıq şəkildə təsdiq edir. Belə olan halda əvvəlki işəgötürənlə yaranmış əmək münasibətlərinin nəticələrinin sonrakı işəgötürən tərəfindən nəzərə alınması qanunvericiliyin tələbinə uyğun deyildir. Hazırkı iş üzrə isə əmək müqaviləsinə xitam verilməsi zamanı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri həmin işəgötürənlə olan əmək stajı əsasında tətbiq edilmişdir. Hüquqazidd əməl mövcud olmamış və buna görə də inzibati xəta tərkibinin obyektiv tərəfi formalaşmamışdır. Bundan əlavə, Inzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən şəxsin təqsirliliyi barədə yaranan şübhələr onun xeyrinə həll olunmalıdır. Inzibati orqan və birinci instansiya məhkəməsi tərəfindən bu prinsipə əməl edilməmişdir. Belə olan halda inzibati xəta hadisəsi və tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X5 oğlunun nümayəndəsi və vəkili Vəkil Tofiq oğlu apellyasiya şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X10 apellyasiya şikayətinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Şikayətdə göstərilənlərlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsinin rəis müavini X2 tərəfindən ## ###### 2025-ci il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X3 əmək müqaviləsinə ## ###### 2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozularaq əmək haqqının düzgün ödənilmədiyi əsas gətirilərək Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. -“Azəriqaz IB”-nin X1 Istismarı Idarəsinin rəisi X6 tərəfindən təsdiqlənmiş ## ###### 2014-cü il tarixli əmrdən görünür ki, həmin tarixdən etibarən X3 qaz təsərrüfatında qəzabərpa işləri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. -“Azəriqaz IB”-nin Təmir-tikinti idarəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təsdiqlənmiş ## ###### 2021-ci il tarixli əmrdən görünür ki, həmin tarixdən etibarən X3 təmirçi çilingər vəzifəsinə işə qəbul edilmişdir. -“Azəriqaz IB”-nin Təmir-tikinti idarəsinin rəisi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən X3 ünvanlanmış ## #### 2025-ci il tarixli “Azəriqaz IB”-nin Təmir-tikinti idarəsinin təşkilati strukturunda və ştat cədvəllərində dəyişiklik edilməsi ilə əlaqədar olaraq ştatın ixtisarı haqqında xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, “Azəriqaz" Istehsalat Birliyinin hüquqi şəxs statusuna malik olmayan Təmir-tikinti Idarəsinin təşkilati strukturunda və ştat cədvəllərində dəyişiklik edilməsi ilə əlaqədar olaraq ştatınız ixtisar olunmuşdur. Bununla əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən əmək stajınızdan asılı olaraq (03 il 07 ay) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq ona 4 təqvim həftəsi rəsmi xəbərdarlıq müddəti təyin edilir. Onun razılığı ilə azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqı 1,4 misli miqdarında əməkhaqqı bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində ona nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılacaqdır. Eyni zamanda əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilərkən işəgötürən tərəfindən əmək stajı nəzərə alınaraq (dörd təqvim həftəsi) orta əmək haqqınızın 1.4 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəkdir. “Azəriqaz” Istehsalat Birliyi ilə “Azəriqaz” X15 Ittifaqı Komitəsi arasında bağlanmış qüvvədə olan kollektiv müqavilənin 5.13-cü bəndinə əsasən müstəsna hal kimi Əmək Məcəlləsinin 77-ci maddəsi ile müəyyən edilmiş xəbərdarlıq müddəti və işdənçıxarma müavinəti əvəzinə, razılıqla, orta aylıq əmək haqqı 5 (beş) misli məbləğində birdəfəlik müavinət ödənilməklə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilə bilər. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə o, bir iş günü əmək funksiyasının icrasından azad edilir. -Əmək müqaviləsinin ləğv edilməsi haqqında ## ###### 2025-ci il tarixli, **-*-*-*/*- *K***/**** saylı əmrdən görünür ki, X3 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səsbəbindən ləğv edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, bağlanmış əmək müqaviləsinə uyğun olaraq bir ildən beş ilədək əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi haqqında ## ###### 2025-ci il tarixli, **-*-*-*/*- *K***/**** saylı əmrdən görünür ki, SOCAR “Azəriqaz” IB Təmir-Tikinti Idarəsi/Salyan RQII üzrə Təmir-tikinti sahəsi bölməsində “təmirçi çilingər” vəzifəsində işləyən X3 ilə bağlanmış *YLMD******** nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən xitam verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş elektron portaldan əldə edilmiş çıxarışdan görünür ki, SOCAR “Azəriqaz” IB Salyan RQII üzrə Təmir-tikinti sahəsi (2014-2021) və SOCAR “Azəriqaz” IB Təmir-Tikinti Idarəsində (2021-2025) çalışan X3 ilə bağlanılmış əmək müqavilələri ## ###### 2014-cü il tarixdən ## ###### 2021-ci il tarixədək 07 il 19 gün, ## ###### 2021-ci il tarixdən 07 aqvust 2025-ci il tarixədək 03 il 08 ay 05 gün qüvvədə olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Belə ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2021-ci il tarixdən ## ###### 2025-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən X3 “Azəriqaz” IB Təmir-Tikinti Idarəsinə çilingər vəzifəsinə qəbul edilməsini, ## ###### 2014-cü il tarixdən ## ###### 2021-ci il tarixədək isə A.Əliyevin Salyan rayon Qaz Istismar Idarəsi üzrə Təmirtikinti sahəsində çalışmasını bildirsə də, həm Təmir-Tikinti Idarəsi, həm də Salyan rayon Qaz Istismar Idarəsi üzrə Təmir-tikinti sahəsi “Azəriqaz” IB-nin tabeliyində fəaliyyət göstərən idarələr olduqlarından, işçi X3 ümumilikdə çalışdığı iş stajı əsas götürülməklə əmək müqaviləsinə xitam verilməsinə azı doqquz təqvim həftəsi qalmış işəgötürən tərəfindən rəsmi xəbərdar edilməli və ona orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmışdır. Belə olan halda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi qanuni və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Inzabati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 3-cü bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Azərbaycan Respublikası Inzabati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq Qərara a l ı r a m: Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili Vəkil Tofiq oğlu tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-94)-348/2026 qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar