Məhkəmə qərarları › İş №3(3-6)-1057/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1057/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1057/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 iştirakları ilə, Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Icra Hakimiyyəti Başçısının *** saylı ##.##.2016-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Vanq Tau küçəsində * saylı binanın yaxınlığında cizgidə 18 kv.m. sahəsi olan məntəqə sökülərək təqdim edilmiş layihə eskiz əsasında tikilib inşa edilməsi məqsədi ilə onun istifadəsinə verilmişdir. Ona ayrılmış yerdə Icra hakimiyyəti ilə razılaşdırılmış eskizlayihə əsasında məntəqə inşa etmişdir. O zaman məntəqəni işlətmək üçün onun maddi imkanı olmaması səbəbindən bir müddət başqa-başqa şəxslərə icarəyə vermişdir. Buna baxmayaraq o, daimi məntəqənin təyinatla uyğun işlədilməsinə nəzarət etmişdir. Məntəqədə adətən qəlyanaltı məhsulların, az miqdarda sifariş əsasında kabab məhsullarının bişirilib satılması ilə məşğul olur. Məntəqə ətrafdakı evlərdən xeyli aralıda yerləşir və bu vaxta kimi binalardakı sakinlərin narazıçılığı olmamışdır. Lakin sonradan başqa bir binanın sakini icarəçilərlə yola getməmiş və şikayət etmişdir. Ona görə də icarəçilər onunla müqaviləni xitam edərək getmişlər. Qeyd etməlidir ki, onun başqa gəlir yeri olmadığı üçün o, təkrar məntəqəni işlədə biləcək icarəçilər axtarsa da, tapmamışdır. Ona görə də 2025-ci ilin dekabr ayında o, ailəsini saxlamaq üçün məcbur olub məntəqəni işlətmişdir. Bununla əlaqədar o, VÖEN almış və məntəqəyə kassa aparatı alınması üçün Vergilər Idarəsinə müraciət etmişdir. O, məntəqəni qısa müddətdə işlətdiyi vaxtda bu vaxta kimi hər gün az sayda, yəni 6-10 nəfər gələrək özünə yemək sifariş etmişdir. O, məntəqəni tam gücü ilə işlədə bilməmişdir. ## ###### 2025-ci il tarixində özünü müfəttiş kimi təqdim edən, lakin həmin vaxtı ona heç bir sənəd təqdim etməyən X2 “Kabab-City” iaşə məntəqəsinə gələrək güya sakinlərin şikayət etdiyini bildirmiş və hansısa bir cihazla 10 metr məsafədə baxmış və bildirmişdir ki, güya işlətdiyi məntəqədə ətraf mühitin çirkləndirilməsi və ətraf mühitin yol verilən normadan artıq olduğunu bildirmiş və bu barədə ## ###### 2025-ci il tarixində AKT № ***/** tərtib etmişdir. Eyni zamanda həmin vaxt, yəni ## ###### 2025-ci il tarixində inzibati xəta haqqında protokol MN № ******* 389/##.##.**** saylı tərtib etmişdir. Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin Ç-BM/****-*** saylı ##.##.2026-cı il tarixli məktubu ilə onu idarəyə dəvət etmişlər və tərtib edilmiş protokolun araşdırılmasında iştirak etməyini bildirmişlər. Qeyd edilən vaxtda o, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsində aparılan araşdırma zamanı ona bildirilmişdir ki, 45 gün müddətində MəntəqəIaşə obyektində nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdir. Ona görə də o, MILECO firması ilə müqavilə bağlamış və firma qısa müddətdə Ictimai iaşə obyektlərində təmizləyən qurğuların quraşdırılmışdır. Bu barədə ona ##.##.2026-cı il tarixində “FIES FILTRE SISTEMLƏRI SANAYI VE TICARET LIMITED ŞIRKƏTI” tərəfindən “CERTIFICATE” verilmişdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsi ona vaxt verdiyi 45 günlük müddəti gözləmədən ##.##.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarla onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 233.1- ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan xətanın törədilməsi adı ilə onu 2500 manat cərimə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsi tərəfindən cərimə edilməyi tamailə əsasızdır və onun fəaliyətinə uyğun deyildir. Belə ki, əvvəllər məntəqədə onun fəaliyyəti çox az müddətdə olmuşdur. Ikincisi onun sahibi olduğu məntəqədə atmosferi çirkləndirilməsi üçün təhlükəli deyildir. Hətta bir avtomaşının atmosferə buraxdığı çirkli maddələrdən bir neçə dəfə aşağıdır. Qeyd etməlidir ki, onun məntəqəsində bişirilən yeməklərin həcmi çox aşağıdır. Ona görə də onun məntəqəsində atmosferin çirklənməsinə təsir edə biləcək hal yoxdur. Həmçinin, inzibati akt tərtib edildiyi ##.##.2025-ci il tarixindən məntəqə içtimai iaşə obyektinə Təmizləyici cihazın quraşdırılmasına kimi, yəni ##.##.2026-cı ilə kimi fəaliyyət göstərməmişdir. Bu hal ona dəlalət edir ki, o, daimi qanunvericiliyin tələblərinə əməl etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Axundov) *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsi tərəfindən cərimə edilməyim tamailə əsasızdır və onun fəaliyətimə uyğun deyildir. Belə ki, əvvalan məntəqədə mənim fəaliyyətim çox az müddətdə olmuşdur. Ikincisi mənim sahibi olduğum məntəqədə atmosferi çirkləndirilməsi üçün təhlükəli deyildir. Hətta bir avtomaşının atmosferə buraxdğı çirkli maddələrdən bir neçə dəfə aşağıdır. Onun məntəqəsində bişirilən yeməklərin həcmi çox azdır. Ona görə də onun məntəqəsində atmosferin çirklənməsinə təsir edə biləcək hall yoxdur. Inzibati Akt tərtib edildiyi ##.##.2025-ci il tarixindən, məntəqə ictimai iaşə obyektinə Təmizləyici cihazın quraşdırılmasına kimi, yəni ##.##.2026-cı ilə kimi fəaliyyət göstərməmişdir. Bu hal ona dəlalət edir ki, o, daimi qanunvericiliyin tələbərinə əməl etmişdir. Lakin, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsi mənə nöqsanın aradan qaldırılması üçün vaxt verdiyi müddətdə, ona cərimə tətbiq etməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) verilmiş şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X3 şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli, ****** nömrəli aktdan görünür ki, “Halal Dürüm” obyektindən təxminən 500 metr məsafədə Gəncə prospektində fəaliyyət göstərən “Kabab City” iaşə obyektində nümayəndə Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə monitorinq keçirilmişdir. Obyektə baxış müddətində manqaldan istifadə edildiyi, lakin qaz-toztutucu qurğunun quraşdırılmadığı müəyyənləşmişdir. Obyektin manqalxanası fəaliyyətdə olduğu müddətdə atmosfer bazasına atılan zərərli qaz qarışıqlarını təyin etmək məqsədilə obyektin ətraf ərazilərində səyyar cihaz SKY2000R5 vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticə CO (dəm qazı) 7.7 mq/m2 (norma 5 mq/m2). Əldə olunmuş nəticə ətraf mühit üçün yol verilən qatılıq hədd daxilindən artıqdır. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsində verdiyi izahatında qeyd etmişdir ki, Xətai rayonu, Gəncə prospektində “Kabab City” adlı kiçik obyekti 2009560042 VÖEN ilə o, işlədir. ##.##.2025-ci il tarixində Ekologiya Nazirliyinin işçiləri daxil olmuşlar vətəndaş müraciəti əsasında ölçmə analiz işləri aparmışlar. Qurğunun olmaması və zərərli qaz qarışığının normadan çox olması barədə akt tərtib olunmuş və ona bildirilmişdir. Obyekti yeni götürdüyü üçün heç bir alveri olmadığından və maddi sıxıntılar içində olduğundan cərimə məbləğinin ən aşağısını və hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xətai rayonu, Vunq Tau küçəsində fəaliyyət göstərən “Kabab City” iaşə fəaliyyətinintüsüt bucağından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yolverilə bilən normativlərdən artıq olması, zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası IXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və IXM-nin 233.1-ci maddəsinə əsasən barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Kabab City” adlı kafedə yoxlama keçirilmiş, kafedə manqaldan istifadə edilməsi nəticəsində atmosferə atılan zərərli maddələrin miqdarı səyyar cihaz vasitəsi ilə ölçülmüş və normadan artıq olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 237.1. Yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə- vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Xətai rayonu, Vunq Tau küçəsində fəaliyyət göstərən “Kabab City” iaşə fəaliyyətinintüsüt bucağından ətraf mühitə atılan zərərli maddələrin miqdarının yolverilə bilən normativlərdən artıq olması, zərərli maddələrin zərərsizləşdirilməsi üzrə təmizləyici qurğularla təmin olunmaması əsas gətirilərək Azərbaycan Respublikası IXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və IXM-nin 233.1-ci maddəsinə əsasən barəsində 2500 manat manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixində inzibati tənbeh vermə haqqında ******* saylı qərarının ləğv edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsində iclasda verdiyi izahatında təqsirini etiraf edərək bildirmişdir ki, həmin obyekti hadisədən bir həftə əvvəl işlətməyə başlamışdır. Əvvəllər həmin yeri başqa şəxslərə icarəyə vermiş və daha sonra qonşularla söz-söhbətləri olduğu üçün onunla bağlanmış müqaviləyə xitam vermişlər. Həmçinin qonşular həmin icarəçilərdən şikayət etmişlər. Səlahiyyətli orqanın nümayəndəsi onunla əlaqə saxlayaraq barəsində 2500 manat məbləğində cərimə tətbiq olunacağını bildirmiş və onu Idarəyə dəvət etmişdir, gəlmədiyi təqdirdə cərimənin 4000 manat olacağını demişdir. Hadisə zamanı obyektdə hava təmizləyən qurğu olmamışdır, yoxlama aparıldıqdan sonra həmin qurğu quraşdırılmışdır. Həmin obyekt yeni açıldığından orada çox müştəri olmamışdır, hətta yoxlama zamanı da əməkdaşlar uzun müddət gözləmişlər ki, müştəri gəlsin ölçü aparsınlar. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq şikayəti təmin etməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar