Məhkəmə qərarları › İş №3(3-6)-1059/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1059/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1059/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 06:36-da “Bakı şəhəri, Xətai rayonu, Lüfti Zadə küçəsi, 35” ərazisində “Changan CS55 Polus Plug-in-hibrid minik” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – həmin avtomobil) hərəkətini svetoforun qadağanedici işarəsində davam etdirməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X1) Qərardan şikayət verən orqan (şəxs) verdiyi müvafiq şikayət təmin edilmiş, səlahiyyətli orqanın qəbul etdiyi, yuxarıda göstərilmiş qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin olmamasının müəyyən edilməsinə görə xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və özünün qəbul etdiyi ## ###### 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan videogörüntü özündə hadisənin bütün mərhələlərini, svetofor siqnalının dəyişmə anını tam və aydın şəkildə əks etdirmədiyinə, nəqliyyat vasitəsinin stop xətti svetaforun hansı siqnalında keçməsini dəqiq müəyyən etməyə imkan vermədiyinə görə mötəbər sübut kimi qəbul edilə bilməz. YPX inspektoru tərəfindən hadisənin birbaşa müşahidə edilməsi, qanunvericiliyə uyğun protokol tərtib edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi inzibati xətanın mövcudluğunu təsdiq edir. Məhkəmə hadisə yerinin şəraitini, svetoforun iş rejimini və nəqliyyat vasitəsinin hərəkət trayektoriyasını tam və obyektiv araşdırmamış, bu səbəbdən iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 səlahiyyətli orqanın şikayətinin dəlillərinə uyğun izahat verib, onun təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasına Qərardan şikayət verən orqan (şəxs) vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın verdiyi şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 60.II maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə, sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. - 60.IV maddəsinə əsasən svetoforun sarı işığı yandıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. - 76.IV-cü maddəsinə əsasən svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilmiş qanunvericilik normalarına və Qərardan şikayət verən orqan (şəxs) tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, iş materiallarına əlavə edilmiş videogörüntüyə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını özündə obyektiv qaydada əks etdirməsinə görə sübut kimi qiymətləndirdiyi həmin videogörüntü əsasında iş üzrə Qərardan şikayət verən orqan (şəxs) avtomobili svetoforun yaşıl işığının yandığı vaxt onun qarşısında olmuş stop xətti keçərək idarə etməsi və sarı işıq yanarkən piyada keçidinin qarşısında, yolayırıcında olması və hərəkətini davam etdirərək yolu boşaltması, nəticədə avtomobilin hərəkətini öz hərəkət istiqamətini tənzimləyən svetoforun qadağanedici işarəsində davam etdirməməsi barədə qənaətə gəlib, sonuncunun Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini müəyyən edib, müvafiq nəticəyə gələrkən haqlı olmuşdur. Buna görə də iş üzrə səlahiyyətli orqanın əməkdaşının tərtib etdiyi ## ###### 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli qərar, eləcə də səlahiyyətli orqanın verdiyi şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar