Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1060/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, X2, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməsi, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarından Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində cərimə tətbiq olunması barədə IXP ******* saylı, ##.##.2026-cı il tarixli protokol və ТР ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın əsassız hesab olunaraq ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə şikayətçi özünə məxsus olan “Changan Q05 Plug-In-Hibrid” markalı, **-QN-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, "Fəridə” şadlıq sarayının qarşısı ünvanından Vunq Tau küçəsi istiqamətində hərəkətdə olarkən, yolun əks istiqamətində hərəkətdə olan “Geely” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobili yolun əks istiqamətini ayıran bardürdən geriyə dönərkən şikayətçinin avtomobili ilə toqquşdu. Qəza nəticəsində şikayətçinin avtomobilinin sol arxa qapısı və sol arxa qanadı zədələndi. Hadisədən sonra həmin avtomobilin sürücüsü şikayətçiyə dəymiş ziyanı ödəməyi təklif etsə də, şikayətçi avtomobilinin yeni olduğunu, detalların yenisi ilə əvəz olunmalı olduğunu bildirib razılaşmamış və sığortanı və DYP əməkdaşını çağırmışdır. DYP əməkdaşı da şikayətçiyə həmin avtomobilin dəymiş zərəri ödəməyə razı olduğunu bildirdikdə bununla razılaşmadığını və qəzanı rəsmiləşdirməyi təklif etmişdir. ##.##.2026-cı il tarixdə Yol patrul xidmətinin əməkdaşı şikayətçiyə IXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğunu bildirmişdir. Şikayətçi yolda düz yolla öz zolağında hərəkətdə olduğunu bildirib, hətta yolun hər iki istiqamətini ayıran zolaqdan azı 2 metr aralı olduğu halda hansı səbəbdən təqsiri şikayətçidə gördüyünü soruşmuşdur. YPX əməkdaşı şikayətçiyə həmin avtomobilin hərəkətsiz olduğunu bildirib boş və əsassız bəhanələr gətirmişdir. Halbuki, həmin avtomobil şikayətçi hərəkətdə olarkən şikayətçinin hərəkətinə maneə və təhlükə yaratmışdır. Bütün bunlara baxmayaraq, şikayətçiyə IXMnin 327.1-ci maddəsinin tələblərini pozmağı barədə IXР ******* saylı, ##.##.2026-c1 il tarixli protokol və ТР ******* saylı, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərardan və protokoldan narazıdır, qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) inzibati tənbeh vermə haqqında qərardan şikayətinin təmin edilməsi, Bakı Şəhər Dövlət Yol Polis Idarəsinin ##.##.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan səlahiyyətli orqan Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir: Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində saat 18:50-radələrində idarə etdiyi “Changan Q05 Plug-In- Hibrid” markalı, **-QN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində Fəridə şadlıq sarayaının qarşısında hərəkət edərək “Geely” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi qərardan şikayətə baxmış hakim ümumiyyətcə bu halları araşdırmadan yalnız formal yanaşma edərək qanuni və əsaslı tənbeh vermə haqqında qərarı ləğv edərək qanunsuz və əsassız qərar qəbul etmişdir. Yol hərəkəti haqqında Qanununun 36-cı maddəsinin l-ci hissəsinə əsasən İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göründüyü kimi qanunverici yol hərəkəti iştirakçısının üzərinə yuxarıda qeyd olunan vəzifələri qoymuşdur. Həmin Qanunun 42-ci maddəsinin l-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Hakim yalnız Qərardan şikayət verən orqan (şəxs) tərəfindən təqdim edilmiş videogörüntüyə əsaslanaraq nəticəyə gəlmiş, digər sübutları, o cümlədən inzibati protokolu və səlahiyyətli şəxsin müəyyən etdiyi halları lazımi qaydada qiymətləndirməmişdir. Halbuki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən bütün sübutlar məcmu halında qiymətləndirilməlidir. Inzibati xəta haqqında protokol səlahiyyətli vəzifəli şəxs tərəfindən tərtib edilmiş rəsmi sənəddir və hadisənin ilkin qiymətləndirilməsini əks etdirir. Hakim bu sənədin hüquqi əhəmiyyətini kifayət qədər nəzərə almamışdır. Hakim tərəfindən hadisənin baş verdiyi yol şəraiti, nəqliyyat vasitələrinin qarşılıqlı yerləşməsi, sürət rejimi və digər mühüm hallar tam araşdırılmamışdır. Bu isə düzgün nəticəyə gəlməyə mane olmuşdur. Hakim digər nəqliyyat vasitəsinin sürücüsünün qayda pozuntusuna yol verdiyini əsas götürərək şikayətçinin məsuliyyətini istisna etmişdir. Halbuki, yol hərəkəti qaydalarına əsasən sürücü hər zaman yol şəraitini nəzərə almalı və qəzanın qarşısını almaq üçün zəruri tədbirlər görməlidir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.Məhkəmə iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli, səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında toplanmış materialları işin faktiki halları ilə birlikdə tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməklə haqlı olmamış və düzgün nəticəyə gəlməmişdir. Belə ki, Bakı şəhər DYPI-nin ##.##.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə, saat 18:50-də “Changan Q05 Plug-In-Hibrid” markalı, **-QN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə hərəkətdə olarkən qayda pozuntusuna yol verməmişdir. Belə ki, həmin görüntülərdən müəyyən edilir ki, şikayətçi yolun sol tərəfdə olan zolağında hərəkətdə olan zaman əks tərəfdən yolun digər hissəsindən hərəkətdə olan “Geely” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozaraq manevrin təhlükəsiz və hərəkətin digər iştirakçıları üçün maneə yaratmasından əmin olmadan şikayətçinin yoluna çıxaraq manevr etməyə çalışmış, bu zaman həmin avtomobilin sürücüsü təhlükəli şərait yaradaraq qəzaya səbəb olmuşdur. Odur ki, məhkəmə tərəfindən şikayətçinin hər hansı qayda pozuntusu törətməsi müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi digər nəqliyyat vasitəsinin sürücüsünün qayda pozuntusuna yol verdiyini əsas götürərək şikayətçinin məsuliyyətini istisna etməsi kimi dəyərləndirmiş və nəticədə əsassız nəticəyə gəlmişdir. Məhkəmənin qərarında gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, obyektiv həqiqətin müəyyən edilməsi, şübhələrin aradan qaldırılması üçün hakim bütün zəruri prosessual hərəkətlər etməli və son nəticədə sübutlara düzgün hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlməlidir. Belə ki, məhkəmə iclasında hadisənin video-görüntüsü proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarixində saat 18:50-radələrində idarə etdiyi “Changan Q05 Plug-In- Hibrid” markalı, **-QN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində Fəridə şadlıq sarayaının qarşısında hərəkət edərək “Geely” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) şikayətində və birinci instansiya məhkəməsindəki izahatında hər hansı bir inzibati xəta törətmədiyinə istinad etsə də, onun IXM-in 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) barəsində IXMin 327.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilməsi qənaətinə gəlsə də, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan hallar tam və ətraflı araşdırılmamış, işdə olan sübutlar, işin faktiki halları qarşılıqlı təhlil edilməmiş, iş üzrə mövcud olan və iş üzrə özünün müəyyən etdiyi ziddiyyətli məqamlar aydınlaşdırılmadan formal, eyni zamanda işin faktiki halları ilə uzlaşmayan məhkəmə aktı qəbul olunmuşdur. Inzibati xətalar qanunvericiliyin müddəaları baxımından aşkardır ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunmalı və bu baxımdan iqtisadi maraq, idarəçilik qaydalarının mühafizə olunması, qanunçuluğun möhkəmləndirilməsi və inzibati xətaların qarşısını almaq üçün qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlik prinsipləri təmin edilməlidir. Həmçinin, dövlət orqanları öz növbəsində inzibati xətaların törədilməsinin qarşısının alınması, buna kömək edən səbəbləri və şəraitin aşkar edilməsi, qanunlara ciddi əməl etmək üçün tədbirlərin icra edilməsini təmin etməlidirlər. Iş üzrə toplanmış sübutları qiymətləndirərək məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərarı qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələblərinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yaxud hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və inzibati qaydada tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xətanı törətmiş şəxs barəsində tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən və hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab edilir. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onun və ya başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, xətanı törədən şəxsin təqsirini və ya işin düzgün həllinə əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübutlar sayılır. Bunlar maddi sübutlar, icraat aparılan şəxsin, zərərçəkmişin və şahidlərin izahatları ilə, şəxsin təqsirini təsdiq edən digər sənədlərlə, ekspertizanın rəyləri ilə, inzibati protokolla və bu Məcəllə ilə müəyyən olunmuş digər protokollarla, eləcə də mötəbər sənədlərlə müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə-görə-qırx maqat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi hakim yuxarıda sadalanan halların heç biri araşdırılaraq həmin hallara hüquqi qiymət verilmədən formal yanaşma edib qanuni və əsaslı qərarı ləğv etməklə kobud səhvə yol vermişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin l-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə qeyd edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən yuxarıda qeyd olunan əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulması səlahiyyətli orqanın əməkdaşı tərəfindən aşkar edilərək protokolla rəsmiləşdirilmiş və qanunun tələblərinə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Işin faktiki hallarına görə barəsində qərar çıxarılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixində, saat 18:50-də idarə etdiyi “Changan Q05 Plug-In- Hibrid” markalı, **-QN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xətai rayonu Gəncə prospektində Fəridə şadlıq sarayaının qarşısında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydaları pozuntusuna yol vermişdir. Polis əməkdaşı qayda pozuntusunu aşkar etmiş və barəsində IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən Inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş protokol IXM-nin 76-cı maddəsinə əsasən sübut qismində çıxış edir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. 135.1.2-ci maddəsinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qəbul olunmuş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, IXM-nin 134.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya qaydasında verilmiş şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası IXM-nin 327.1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.2; 135.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə ləğv edilsin. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Bakı şəhəri Baş Polis Idarəsinin X1 Idarəsinin tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1060/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1060/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver