Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1061/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsNIN barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-*****/**** saylı qərarından Protokol tərtib edən orqanlar tərəfindən verilmiş şikayətə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Protokol tərtib edən orqanlar tərəfındən tərtib olunmuş ##.##.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 298679.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamış və bununla Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim R.A.Sadıxov) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, Protokol tərtib edən orqanlar apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində EP ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə 298679,00 ABŞ dolları məbləğində köçürməyə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanmış icraata əsassız olaraq xitam verilmiş və qərarını yalnız hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna olan borcu ilə əlaqədar olaraq onun bank hesabı üzərində həbsin olması ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyinə görə hüquqi şəxsin bank hesabı üzərindəki həbs barəsində inzibati icraat aparılan şəxs tərəfindən xaricə köçürülmüş vəsaitin geri qaytarılmasının təmin edilməsinin mümkün olmaması ilə nəticələnmişdir. Məhkəmə işin hallarını düzgün araşdırmamış və hüquqi şəxsin bank hesabı üzərində həbsin olmasını əsas kimi qəbul edərək avans qaydasında köçürülən vəsait üzrə hüquqi şəxsi təqsirli hesab etməmişdir. Işin mübahisəsiz halları bundan ibarətdir ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən xaricə avans qaydasında köçürülmüş vəsait üzrə mallar idxal olunmamış, yaxud vəsait geri qaytarılmamışdır. Bank hesabı üzərində həbsin olması xaricə göndərilmiş valyuta vəsaitinin geri qaytarılmamasına maneə deyildi. Belə ki, qabaqcadan ödənilmiş valyuta vəsaiti xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən məhdudiyyətsiz şəkildə müvafiq hesaba geri qaytarıla bilərdi. Məhkəmə, iclasın yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmış, lakin naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş hüquqi şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayəti inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, şikayət təmin edilməli və inzibati iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, ilk növbədə verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticəni və icraat qaydalarını maddi və prossesual hüquq normalarının tələbləri baxımından əsaslı hesab etmir. Ilk öncə, inzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki, Protokol tərtib edən orqanlar tərəfındən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqından protokol və toplanmış sənədlər baxılması üçün ## ###### 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə məhkəmə baxışı ##.##.2026-cı il tarixə təyin olunsa da, yekun məhkəmə aktı ##.##.2026-cı il tarixdə qəbul olunmuşdur. Məhkəmə icraatından görünür ki, inzibati iş üzrə ##.##.2026-cı il tarixə təyin olunmuş və ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclaslarının protokolu tərtib olunmamış və işə əlavə edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə kollegial orqan və ya məhkəmə tərəfindən baxılarkən iclas protokolu tərtib olunur. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən, kollegial orqanın iclasının protokolu iclasa sədrlik edən və katib tərəfindən, məhkəmə iclasının protokolu isə hakim və məhkəmə iclasının katibi tərəfindən imzalanır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə aparılmış icraat zamanı qanunvericiliyin tələbləri pozulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Mərkəzi Bankının Idarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Protokol tərtib edən orqanlar təqdim edilir. Işdə olan sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2023-cü il tarixdə 298679.00 ABŞ dolları məbləğində vəsait bank hesabından Azərbaycan Respublikasından kənara ödəniş edilməklə köçürmüşdür. Inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən köçürülmüş vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən bank sənədlərinin təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində “müəyyən edilmiş müddətlərdə” anlayışı, Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndində müəyyən edilmiş 2 (iki) il müddəti özündə ehtiva edir. Göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs münasibətdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin müəyyən etdiyi inzibati xəta, ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 298679.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilmədiyi və qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması üçün müəyyən edilmiş 2 (iki) illik müddətin ## ###### 2025-ci il tarixdə başa çatması ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələbinə əsasən, «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları»nın 4.3.1.3-cü bəndində nəzərdə tutulmuş konkret müddətin (iki ilin) ötürülməsi inzibati xəta faktının subyektə münasibətdə yaranması üçün şərtsiz əsasdır. “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci yarımbəndi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rrespublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2024-cü il tarixli qərarında qeyd olunur ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X2 Heyətinin 2016-cı il ## ###### tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən həyata keçirilən köçürmələr, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi öhdəliyi və bu öhdəliyin icrası ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Dövlət Sosial Müdafiə Fonduna ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək borcunun olması və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon Icra Şöbəsi” tərəfindən göndərilən məhkəmə qərarları əsasında hüquqi şəxsin bankdakı hesabları üzərinə həbs qoyulması ilə bağlı, inzibati xəta hüquqi şəxsin təqsiri səbəbindən baş verməmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi, hüquqi şəxs tərəfindən ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 298679.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların 2 (iki) illik müddətində ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin banka təqdim edilməməsi və ya qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlı müəyyən olunmuş inzibati xəta faktına münasibətdə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Dövlət Sosial Müdafiə Fonduna borcunun olması ilə bağlı bank hesabları üzərinə həbs qoyulması faktı, hüquqi şəxs tərəfindən ## ###### 2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 298679.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalına və ya qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına maneə kimi qiymətləndirilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə qəbul olunmuş yekun qərar işin məlum hallarına uyğun olmamış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan sənədlərin və məlumatların təhlili düzgün aparılmamış, qanunvericiliyin tələbinə əsasən, işin faktiki hallarının hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmiş, habelə inzibati xəta faktının təsdiq və ya təkzib edilməsini şərtləndirən kifayət qədər sübutlar məcmu halda qiymətləndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin həqiqi halları ilə bağlı mübahisə doğuran məlumatları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakları ilə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmalı və bu araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan halların birinci instansiya məhkəməsində araşdırılmasının zəruriliyini və qəbul ediləcək məhkəmə qərarının mübahisələndirdiyi təqdirdə apellyasiya qaydasında yoxlanılmasının mümkünlüyünü nəzərə alır. «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2015-ci il qərarında qeyd edilir ki, dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). «Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.1, 430.2.1 və 430.2.3-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa məhkəmə müdafiəsinin yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də təmin olunmasını nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Belə ki, həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardır. Odur ki, şikayət qismən təmin edilməli və Protokol tərtib edən orqanlar tərəfındən tərtib olunmuş ##.##.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı və yuxarıda qeyd olunan qanun pozuntularının aradan qaldırılmasına və şikayətin dəlillərinə münasibətdə hüquqi qiymətin verilməsi məqsədi ilə, inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, QƏRARA A L İ R: Şikayət qismən təmin edilsin. Inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarı ləğv olunsun. Protokol tərtib edən orqanlar tərəfındən tərtib olunmuş ##.##.2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə keçirilmiş məhkəmə icraatı zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına və şikayətin dəlillərinə münasibətdə hüquqi qiymətin verilməsi məqsədi ilə, inzibati xəta haqqında iş üzrə icraat materialları birinci instansiya məhkəməsinə qaytarılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1061/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1061/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver