Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1063/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadqıova Ləman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” QSCnin nümayəndəsi nümayəndə1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdim edilmiş materialdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən hüquqi şəxs “xxxx” QSC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi şəxs “xxxx” QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və Xidmət tərəfindən “xxxx" QSC barəsində tərtib edilmiş ##.##.2025-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “xxxx” QSC-nın inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, X2 şikayəti əsasında Xidmətdə aparılan araşdırma zamanı “xxxx” QSC-nə ##.##.2025-ci il tarixli, *-**-*/*- ******/**** nömrəli məktub ASIS" vasitəsi ilə QSC-nin ƏMAS-da olan elektron kabinetinə yerləşdirilmiş və vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin müəssisə tərəfindən həmin sənədlər təqdim edilməmişdir. Məhkəməyə göndərilmiş iş materialı ilə müəyyən olunur ki, ƏƏSMN yanında DƏMX-nin “xxxx” QSC-nə ünvanladığı ##.##.2025-ci il tarixli məktubu “xxxx” QSC-nin elektron kabinetinə yerləşdirilmişdir ki, bununla da sənədlər hüquqi şəxsə çatdırılmış sayılır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və “xxxx” QSC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi nümayəndə1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialı ilə əlaqəli şəkildə araşdırıb və tərəfləri dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsinin məsləhətçi-əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X4 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “xxxx” QSC-dən 3-17-5/2- ******/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubunda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər Idarəsinə təqdim olunması tələb edilmiş, lakin tələb edilən sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən “xxxx” QSC-nin rəhbərliyinə ünvanlanmış *-**- */*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, X4 müraciətinə əsasən 7 iş günü ərzində əmək müqaviləsinin surətinin (elektron əmək müqaviləsi olmadığı təqdirdə), olduğu təqdirdə kollektiv müqavilənin, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlərin (xitam əmri, işçinin ərizəsi, qanunvericiliklə nəzərdə tutulmuş hallarda xəbərdarlıq bildirişinin, olduğu təqdirdə izahatların, aktların, təqdimatların, həmkarlar ittifaqı təşkilatına müraciət və HIT-nin razılığının), son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlərin surətinin, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş ƏMAS sistemindən əldə edilmiş çıxarışda *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubunun “xxxx” QSC-nin elektron portalına yerləşdirilməsi göstərilsə də, məhkəmə iclası zamanı “xxxx” QSC-nin elektron portalına baxış keçirilən zaman səlahiyyətli orqanın sənədlərin təqdim edilməsinə dair sorğu məktubunun hüquqi şəxsin elektron kabinetinə yerləşdirilməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, apellyasiya baxışı zamanı da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi apellyasiya şikayətində iddia edilən dəlillər ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, apellyasiya baxışı zamanı da *-**-*/*-******/**** nömrəli, ##.##.2025-ci il tarixli sorğu məktubunun “xxxx” QSC-nə hər hansı vasitə və üsul ilə rəsmi qaydada təqdim edilməsi (poçt, elektron qaydada və sair) kimi halları müəyyən etmək mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd edir ki, hüquqi şəxs “xxxx” QSC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin yerinə yetirilməməsi və bununla da sonuncu tərəfindən Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsində inzibati orqanın əsas götürdüyü bütün zəruri halları araşdırmış, lakin həmin halların baş verməsini təsdiq edən konkret sübutlar iş materialı ilə müəyyən edilməmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Inzibati tənbeh tətbiq etmiş orqan tərəfindən şəxsin təqsirliliyinə dəlalət edən hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, X5 Xidməti tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol əsaslı və qanuni hesab edilə bilinməz. Məhkəmə tərəflərin bildirdikləri halları, iş materialında olan sənədləri qarşılıqlı şəkildə araşdıraraq və apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini yoxlayaraq hesab edir ki, sübutetmə yükü vəzifəsi üzərində olan inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati tənbeh haqqında protokolun əsaslarını təşkil edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən inzibati xəta üzrə işlə bağlı düzgün araşdırma aparılmadan “xxxx” QSC barəsində əsassız şəkildə IXM-nin 539.3-cü maddəsi ilə ## ###### 2026-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə gəldiyi qənaəti ilə razılaşaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş şikayəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. “xxxx” QSC-nin təqsirini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin şəxs barəsində tərtib edilmiş protokol əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-cü maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Apellyasiya şikayətində göstərilənlər qanuni və əsaslı məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirliməsi üçün əsas deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hüquqi şəxs “xxxx” QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1063/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1063/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver