Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1064/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Zəfər Vahid oğlu, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Azərbaycan Respublikası X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Tağıyev İlham Fərhad oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tağıyev İlham Fərhad oğlu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ##.##.2026-cı il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Tağıyev İlham Fərhad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, SOCAR Nəqliyyat İdarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X1 ##.##.2025-ci il tarixində sifarişçi təşkilatın sifarişində olarkən, işçilərin nahar fasiləsi vaxtı idarə etdiyi nəqliyyat vasitəsində təmizlik işləri görərkən ayağının sürüşməsi nəticəsində yıxılmış və öz təşəbbüsü ilə X3 müraciət etmişdir. Aparılmış müayinələrin nəticələrində “müayinə sahəsinə daxil olan sümüklərdə travmatik və patoloji dəyişikliklərin aşkarlanmadığı” qeyd olunmuşdur. Müayinə olunduqdan sonra işə qayıdaraq işini davam etdirmişdir. Lakin, sürücü X1 hadisə barəsində işəgötürənə və ya hər hansı məsul şəxsə məlumat verməmişdir. Daha sonra, sürücü X1 Prokurorluğu tərəfindən izahat üçün dəvət edildiyi zaman sürücünün işlədiyi * saylı X12 rəhbərliyi məsələdən xəbərdar olmuş və Departamentin rəhbərliyinə ##.##.2025ci il tarixində xidməti məruzə ilə müraciət etmişdir. Nəticədə, № **-2-18-4/3-1İ-1511/2025 saylı 02:12.2025-ci il tarixli intizam tənbehi haqqında əmrə əsasən, X1 əmək intizamına və əməyin təhlükəsizliyi normalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. X4 Xidmətinin Bakı Şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubuna əsasən, Tağıyev İlham Fərhad oğlu inzibati xəta haqqında işə baxılması üçün ##.##.2026-cı il tarixində saat 11:00-da DƏMX-nin Bakı şəhər İdarəsinə dəvət olunmuşdur. Qeyd olunan tarixdə və saatda Tağıyev İlham Fərhad oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə1, * saylı Texnoloji Nəqliyyat Departamentinin Əməyin mühafizəsi, Təhlükəsizlik texnikası və Ekologiya Şöbəsinin şöbə rəisi C.Talıbov və sürücü X1 işə baxılması üçün DƏMX-nin Bakı şəhər İdarəsində olmuşdur. İşə baxılması saat 11:00-a təyin olunmasına baxmayaraq, nümayəndə təxmini 45 dəqiqə gözlədilmişdir, işəgötürənin nümayəndəsinin iştirakı olmadan qərar müzakirəsinin Pirallahı Prokurorluğunun da əməkdaşlarının iştirakı ilə online şəkildə Zoom platformasında aparıldığı bildirilmişdir. Lakin, nümayəndə saat 11:00- da və daha sonrasında Zoom platformasında görüşə qoşulsa da, görüşün başlamadığı qeyd olunmuşdur. Daha sonra nümayəndələrin iştirakı ilə yenidən müzakirə keçirilmiş, sürücü X1 şifahi izahatında işçilərin nahar fasiləsi zamanı hadisənin baş verdiyini və heç kimə məlumat vermədən X3 müraciət etdiyini bildirmiş, Tibb müəssisəsi tərəfindən ona səhhətində narahat olacaq hər hansı bir problem olmadığı bildirildiyi üçün xəstəxanadan ayrıldıqdan sonra yenidən iş yerinə qayıdaraq əmək fəaliyyətinə davam etdiyini qeyd etmişdir. Səhətində hər hansı kəskin pozulma olmadığı üçün o, bu barədə iş icraçısına və işəgötürənə məlumat verməmişdir. Müzakirə zamanı DƏMX-in Bakı şəhər İdarəsinin X3 sorğu göndərdiyi bildirilmiş və sorğuya verilmiş cavabda sürücünün “başın təpə nahiyyəsinin və belin travması diaqnozu" ilə xəstəxanaya müraciət etdiyi qeyd edilmişdir. Həmin diaqnoza əsasən, hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə olduğu qənaətinə gəlinmiş və Tağıyev İlham Fərhad oğlunun inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul olunmuşdur. Tağıyev İlham Fərhad oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi nümayəndə1 inzibati icraat materialı qismində X3 tərəfindən DƏMX-nin sorğusuna verilmiş cavab məktubu ilə tanış olmaq və həmin sənədin surətini əldə etmək məqsədilə ##.##.2026-cı il tarixində DƏMX-nin Bakı Şəhər İdarəsinə müraciət etmişdir. Müvafiq icraat materialı ilə tanış olması üçün şərait yaradılsa da, Azərbaycan Respublikasının “İnzibati icraat” haqqında Qanununun 25.8-ci maddəsinin ( Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır) tələbi pozularaq sənədin surəti nümayəndəyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının" 1.3-cü bəndinə görə İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin Qərarın 1.6-cı bəndinə əsasən, İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Həmin Qərarın 1.7-ci bəndinə əsasən, İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X4 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X4 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Tibbi-sanitar hissəsi, səhiyyə məntəqəsi, poliklinika, xəstəxana, təcili yardım və digər tibb müəssisələri onlara tibbi yardım üçün müraciət edən istehsalatda xəsarət almış işçilər (o cümlədən ezamiyyətdə olanlar) barədə X4 Xidmətinə məlumat verməlidirlər. Qeyd olunan müddəalarla bağlı nəzərinizə çatdırmaq istəyirik ki, hadisənin istehsalatda baş verən bədbəxt hadisə kimi qiymətləndirilməsi obyektiv sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, X1 hər hansı zərər dəyməmiş, bədən xəsarəti almamış, habelə əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi halı qeydə alınmamışdır. Belə ki, X3 tərəfindən şəxsə xəstəlik vərəqəsi açılmamış və əmək qabiliyyətinin itirilməsinə dair hər hansı sənəd (arayış) təqdim edilməmişdir. Həmçinin, hadisə barəsində ilkin məlumatlı olan qurum X3muş və yuxarıda qeyd olunan qərarın 1.7-ci bəndinin tələbləri tibb müəssisəsi tərəfindən pozularaq DƏMX-nə məlumat verilməmişdir. Hazırki vəziyyətdə inzibati xətanın subyektiv cəhəti (təqsir) və obyektiv cəhəti, yəni hüquqazidd əməl ilə nəticə arasında bilavasitə səbəbli-əlaqə mövcud deyildir. Qeyd olunanlara əsasən, inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmadığından hesab edirik ki, inzibati xəta haqqında qərar əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası X4 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini və Xidmətin Bakı Şəhər İdarəsinin tərəfindən vəzifəli şəxs Tağıyev İlham Fərhad oğlu barəsində qəbul edilmiş ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişiklik edilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tağıyev İlham Fərhad oğlu tərəfindən Əmək qanunvericiliyinin tələbləri pozulmuş, X1 ilə bağlı ##.##.2025-ci il tarixdə baş vermiş bədbəxt hadisə barədə Xidmətə məlumat verilməyərək gizlədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Halbuki, Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Məhkəmə qərarından görünür ki, SOCAR Nəqliyyat İdarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinin direktoru tərəfindən baş vermiş bədbəxt hadisə barədə Xidmətə məlumat verilməmiş və gizlədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən Tağıyev İlham Fərhad oğlu izahatında göstərmişdir ki, 2021-ci il tarixdən həmin idarənin direktoru vəzifəsində işləyir. Quliyev Rövşən idarədə sürücüdür. Hadisə ##.##.2025-ci il tarixdə baş vermişdir. Hadisə nahar fasiləsində olmuşdur. Avtomobilin arxa hissəsini təmizləyərkən sürücü avtomobildən yıxılmış və xəsarət almışdır. Səhhətində ciddi problem olmadığından arayış və sair verilməmişdir. Sərbəst işə buraxılmış və işinə davam etmişdir. Direktorun hadisə barədə bir həftə sonra məlumat alması barədə mülahizələri isə həqiqəti əks etdirmir. Onun özünü müdafiə hüququndan istifadə etməsi kimi qiymətləndirilməlidir.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsininnin ##.##.2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Tağıyev İlham Fərhad oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmuş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Tağıyev İlham Fərhad oğlunun barəsində tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, * saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü X1 ##.##.2025-ci il tarixdə iş yerində istifadəsində olan **-JN-*** dövlət qeydiyyat nişanlı “İSUZU” markalı bortlu maşının bort hissəsini təmizləyərkən yıxılaraq xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş verən gün bədbəxt hadisənin araşdırılması üçün işəgötürən tərəfindən DƏMXə məlumat verilməmişdir. Nəticədə Tağıyev İlham Fərhad oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin ## ###### 2026-cı il tarixli, 3-17- */*-*****/**** saylı məktubundan görünür ki, Tağıyev İlham Fərhad oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində DƏMX BŞİ-nə çağırılmışdır. X3 tibbi sənədlərindən görünür ki, X1 ##.##.2025-ci il tarixdə saat 12:50 radələrində həkim müayinəsində olmuşdur. Nəqliyyat İdarəsi * saylı Texnoloji Nəqliyyat Departamentinin ## ###### 2025-ci il tarixli, 14-2-18-4/3-1i-****/**** №-li intizam tənbehi haqqında əmrindən görünür ki, * saylı Texnoloji Nəqliyyat Departamentinin * saylı TNS-nin * saylı avtomobil dəstəsinin avtomobil sürücüsü X1 (Tab. № *******) əmək intizamına və əməyin təhlükəsizliyi normalarına əməl etmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. ##.##.2025-ci il tarixli, *** №-li inzibati tənbeh haqqında xidməti məruzədən görünür ki, * saylı TNS-nin * saylı avtomobil dəstəsinin İsuzu NKR 55 L markalı ** JN *** d.n.n-lı avtomobilin sürücüsü X1 ##.##.2025- ci il tarixində avtomobilin yük yerində təmizlik işləri görərkən yıxılmışdır və rəhbərliyə heç bir məlumat verməyibdir. Tədbir görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Birinci instansiya məhkəməsi Tağıyev İlham Fərhad oğlunun şikayətinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi barədə qanuni və düzgün nəticəyə gəlinmişdir, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Azərbaycan Respublikası X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı X4 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1064/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1064/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver