Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1067/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, X3 Xidməti tərəfindən barəsində tətbiq edilmiş 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə barədə qərarla tanış olmuş və həmin qərarın yenidən qiymətləndirilməsi üçün məhkəməyə müraciət etməyə ehtiyac yaranmışdır. Qərar İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə istinadən tərtib edilmişdir. Qərarın qəbul edilməsində və mahiyyəti üzrə müəyyən uyğunsuzluqların mövcud olmuşdur. İcbari sığorta öhdəliyinin yaranması üçün faktiki və hüquqi əsaslar mövcud deyildir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində icbari sığorta haqqında” qanunun mahiyyətinə görə icbari sığorta yalnız faktiki olaraq işçi çalışdırıldıqda, həmin işçinin fiziki iş yerində istehsalat və təhlükə riski olduğu hallarda tələb olunur. Onun fəaliyyəti isə qeyd olunan şərtlərə uyğun olmamışdır. Fəaliyyət yalnız ev şəraitində həyata keçirilmiş, kompüter üzərindən fərdi iş prinsipi ilə çalışılmış, heç bir əməkdaş və ya işçi qüvvəsi mövcud olmamış, istehsalat və fiziki təhlükə riski yaradan mühit olmamışdır. Əmək qanunvericiliyinə görə işçi anlayışı — işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında ona tabe şəkildə əmək funksiyasını yerinə yetirən fiziki şəxsdir. Eyni zamanda, iş yeri — həmin əmək funksiyasının işəgötürənin nəzarəti altında faktiki olaraq həyata keçirildiyi yerdir. Onun fəaliyyəti isə nə işçi-statusunu yaradan əmək münasibətinə, nə də iş yeri hesab olunması üçün tələb olunan istehsalat mühitinə uyğun gəlmir. Beləliklə, fəaliyyətinin xarakteri icbari sığorta tələbinin mahiyyəti ilə uzlaşmadığından, icbari sığorta öhdəliyinin yaranması üçün zəruri faktiki və hüquqi əsaslar mövcud olmamışdır. Bu səbəbdən icbari sığorta öhdəliyinin yaranması üçün zəruri hüquqi və faktiki əsaslar mövcud olmadığına görə, həmin inzibati məsuliyyətin onun barəsində tətbiq edilməməsini xahiş etmişdir. Qərar tətbiq edilən dövrdə əmək münasibətləri, faktiki işçi fəaliyyəti və istehsalat prosesi mövcud olmamışdır. Əmək münasibətləri yalnız işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsi əsasında yarana bilər. Şirkətin təsisçisi və direktoru olaraq o, özü haqqında ayrıca əmək münasibəti yarada bilmədiyi üçün işçi statusu formalaşmamışdır. Həmin dövrdə şirkətdə faktiki işçi çalışmamış, əmək funksiyasının yerinə yetirildiyi iş yeri olmamış, istehsalat prosesi və əmək riski yaradan şərait mövcud olmamışdır. Bundan əlavə şirkətin fəaliyyəti uzun müddət dayandırılmış, VÖEN dondurulmuşdur, bu il yalnız bir dəfə qısa-müddətli müqavilə bağlamaq üçün fəaliyyət müvəqqəti aktiv edilmiş, sonrasında yenidən faktiki fəaliyyət olmamış, bütün vergi hesabatları müvafiq dövrlər üzrə sıfır təqdim edilmiş, həmin dövrdə səhhəti ilə bağlı iki ayrı əməliyyat keçirmiş və uzun müddət əmək fəaliyyəti ilə məşğul olmaq imkanı olmamışdır. Bu faktlar göstərir ki, nə əmək münasibətləri, nə faktiki işçi fəaliyyəti, nə də istehsalat riski mövcud olmuşdur. Bu səbəbdən icbari sığorta öhdəliyinin yaranması mümkün deyildir. Qərar ona rəsmi qaydada təbliğ edilməmişdir. Qərar qəbul edilməzdən və tətbiq edilməzdən əvvəl ona hansısa xəbərdarlıq, rəsmi bildiriş, zəng, SMS və ya elektron məlumat verilməmişdir. Cərimənin mövcudluğunu ## ######## 2025-ci il tarixində “Asan Ödəniş” portalında təsadüfən yoxlama zamanı öyrənmişdir. X3 Xidmətinin əməkdaşları ilə əlaqə saxladıqda da bildiriş göndərilmədiyi təsdiq edilmişdir. Onun tərəfindən həmin tarixdə faktiki ünvan və əlaqə məlumatları təqdim edilməsinə baxmayaraq, qərar yenidən şirkətin hüquqi ünvanına göndərilmiş, poçt qaydasında ona çatdırılmamışdır. Nəticədə qərarla faktiki tanış ola bilməmiş və sənədi yalnız ## ###### 2025-ci il tarixində, müfəttişliyə şəxsən müraciət etdikdən sonra əldə etmişdir. Qərar ona rəsmi qaydada təbliğ edilməmişdir. Poçt məktubu faktiki ünvana deyil, hüquqi ünvana göndərilmişdir. Poçt əməkdaşı məktubu “ünvanda yaşamadığınızı bildiyim üçün” geri qaytardığını qeyd etmişdir. Heç bir zəng, SMS, e-mail və ya digər elektron bildiriş təqdim edilməmişdir. Qərarın surətini yalnız ## ###### 2025-ci il tarixində, müfəttişliyə şəxsən müraciət etdikdən sonra əldə edə bilmişdir. Qərarın qəbul edilməsi zamanı fəaliyyətinin faktiki vəziyyəti, əmək münasibətlərinin mövcudluğu və icbari sığorta öhdəliyinin yaranmasına səbəb ola biləcək real şərtlərin tam şəkildə qiymətləndirilmədiyini düşünür. Xüsusilə şirkətdə faktiki olaraq işçinin olub-olmaması araşdırılmamış, istehsalat mühiti və əmək riski yaradan şərait qiymətləndirilməmiş, fəaliyyətinin ev şəraitində və yalnız kompüter üzərindən həyata keçirildiyi nəzərə alınmamış, qərar qəbul edilən dövrdə şirkətin faktiki fəaliyyət göstərməməsi və dövriyyənin sıfır olması araşdırılmamış, əvvəlcədən təqdim etdiyim izahatlar, faktiki ünvan və əlaqə məlumatları nəzərə alınmamışdır. Bu hallar belə qənaət yaradır ki, məsələ üzrə daha geniş və obyektiv araşdırmaya ehtiyac olmuşdur. Tətbiq edilmiş məsuliyyətin əsaslandırılması fəaliyyətinin real şəraitini tam şəkildə əks etdirmədiyini düşünür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 3(001)- ****/**** nömrəli qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidmətinin Hüquq idarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ləğv edilmiş və iş materialları yenidən araşdırılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-cı maddəsinə əsasən, məsuliyyət yalnız işəgötürən tərəfindən işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri riskinə görə icbari sığorta edilməməsi halında yaranır. Bu normanın tədbiqi uçun aşagıdaki hüquqo elementlər mövcud olmalıdır: işçi statusuna malik şəxs, əmək münasibəti, istehsalat mühiti və risk. Lakin iş materiallardan göründüyü kimi, bu elementlər mövcud deyil. AR ƏM əsasən işçi - əmək müqaviləsi əsasında işəgötürənə xidmət göstərən və onun nəzarəti altında ışləyən fiziki şəxsdir; Əmək münasibəti - işçi ilə işəgötürən arasında yaranan və işçinin nəz funksiyası yerinə yetirməsini nəzərdə tutan hüquqi münasibətdir. Əmək münasibətlərinin yaranması uçun aşagıdaki şərtlər mütləqdir iki ayrı subyekt (işəgötürən və işçi) tabelilik (nəzarət) əmək funksiyasının yerinə yetirilməsi Mübahisə olunan halda isə eyni şəxs həm işəgötürən, həm də işçi kimi göstərilmişdir. Faktiki fəaliyyətin olmaması: materiallarına təqdim edilmiş: bank çıxarışları, vergi məlumatları elektron sistem göstəriciləri göstərir ki, mübahisə olunan dövrdə tərəfindən hər hansı sahibkarlıq və ya əmək fəaliyyəti həyata keçirilməmişdir. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) verilmiş şikayət ərizəsinin və apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və ona uyğun çıxış edərək məhkəmədən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 bildirdi ki, bu işə birinci və apellyasiya instansiya məhkəmələrində baxılmışdır. Sonuncu dəfə hakim Mehriban xanım qərarında əsaslarını göstərmişdir. Prosessual pozuntuları qeyd etmişdir. Birinci instansiya məhkəməsinə qərarın elektron kabinetə yerləşdirilməsin təsdiq edən sübutu təqdim etmişlər. MMC fəaliyyətini dayandırmışdır. Əgər fəaliyyətini dayandırırsa əmək müqaviləsinə xitam verməlidir. Lakin hazırki işdə əmək müqaviləsinə xitam verilmədiyindən, əmək münasibətləri davam etmişdir. Evdə və ya ofisdə işləsə də sığortalanmalıdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, hesab edir ki, verilmiş şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “xxxx” MMC ilə Qərardan şikayət verən orqan (şəxs) arasında işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması aşkar edildiyinə görə MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-Q-*****/**** nömrəli qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidmətinin nümayəndəsi tərəfindən təqdim edilmiş çıxarışın surətindən görünür ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar həmin tarixdə şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasənİşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Qeyd: Şəxs bu maddədə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxsin icbari sığortalanmasını təmin etməlidir. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarla hesab etmişdir ki, araşdırması zamanı əmək münasibətlərinə işəgötürən qismində daxil olmuş “xxxx” MMC tərəfindən işçi qismində daxil olmuş Qərardan şikayət verən orqan (şəxs) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmadığı, bununla da həmin MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi öz təsdiqini tapmışdır. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar həmin tarixdə şikayət vermiş şəxsin elektron kabinetinə yerləşdirilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinin tələbləri pozulmamışdır. Ona görə də, məhkəmə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə olunur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması müəyyən edliir. “xxxx” MMC öz fəaliyyətini direktoru vasitəsi ilə icra edir və MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) müəssisəsinin işçisi hesab olunur. “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) da müəssisənin işçisinin istehsalatda bədbəxt hadisələr və pesə xəstəlikləri nəticəsində pesə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməyərək vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Bundan başqa, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2010-cu il tarixli *** nömrəli qərarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri fəaliyyət növünün risk dərəcəsinə görə 14 qrupda müəyyən edilir. Yüksək riskli sahələr (mədənçıxarma, tikinti) daha yüksək tarif, aşağı riskli sahələr isə daha aşağı tariflərlə sığortalanır. Həmin qərara görə İqtisadi fəaliyyət növü - Reklam fəaliyyəti və bazarın öyrənilməsi, İqtisadi fəaliyyət növünün seksiya və kodu - M 73. 1-ci risk dərəcəsi qrupuna aid edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, “xxxx” MMC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu baxımdan səlahiyyətli orqan haqlı olaraq onu həmin maddə ilə təqsirli bilib inzibati qaydada tənbeh etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş materiallar əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmış və Qərardan şikayət verən orqan (şəxs) istinad olunan inzibati xətanı törətməsində təqsirinin sübuta yetirildiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti rədd etmişdir. Şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1067/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1067/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver