Məhkəmə qərarları › İş №3(3-6)-1068/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1068/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1068/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, məhkəmə iclasının katibi Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X6, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona ##.##.2025-ci il tarixli İXP7449077 saylı protokol əsasında ##.##.2025-ci il tarixdə qəbul edilmiş ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi istinad edilərək qərar üzrə 100 manat və 4 bal cərimə tətbiq edilmişdir. O, ##.##.2025-ci il tarixli, ******* saylı qərardan narazıdır və qərarı qərəzli hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə görə 100 (yüz) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. O, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospektində 20 Yanvar küçəsi istiqamətində avtomobil yolu ilə etibarnamə əsasında idarə etdiyi ** VB *** d.q.n. “MAZDA CX-5 MİNİK” markalı avtomobillə asta surətlə, yəni 10-15 km/saat surətlə hərəkətdə olarkən tıxac səbəbindən qarşısında olan ** EA *** nömrəli “Cadillac” markalı avtomobilin (sürücü: Abdullazadə Cümşüd İntiqam oğlu) qəfildən tormozlaması nəticəsində həmin avtomobillə toqquşaraq arxa buferini zədələmişdir. Yol tıxac olduğundan avtomobillərindən düşüb qərara gəlmişlər ki, hər iki avtomobili kənara çəksinlər. Ona görə avtomobillərini sağa çəkmişlər və Cümşüd Abdullazadə ilə söhbətləşmişlər. Onunla danışıqdan sonra razılaşmışlar ki, onun avtomobilinə dəyən zərərlə bağlı bir sonraki gün, yəni ##.##.2025-ci il tarixdə ödənişlə bağlı məsələni həll etsinlər. O, ona adının Samir olduğunu, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Azinko yaşayış kompleksi, bina 4, blok 1, mənzil 355 ünvanında yaşadığını bildirib öz ***-***-**-** saylı mobil nömrəsini təqdim etmişdir. ##.##.2025 tarixində zərərçəkən tərəfindən onun mobil telefonuna “WhatsApp” proqramında göndərilən adresə (Şassi Yasamal filialı) saat 12:00 radələrində dostu X4 birliktə getmiş və orada da Cümşüd Abdullazadə ilə avtomobilinə dəyən zərər barədə söhbət etmişdir. X8 ilə hadisə baş verən günü və sonrası əlaqə saxlamağını, danışıqlarını, habelə görüş yerlərini təsdiq edən mobil telefonundan çıxarışları ərizəsinə əlavə etmişdir. O, həmin günü avtomobilinin də fotoşəklini çəkib tanışlarına göndərmişdir ki, dəyən zərərin miqdarını dəqiqləşdirsin. Çünki Cümşüd ondan daha çox məbləğdə pul tələb etməyə başlamışdır. O, ona hadisə baş verən günü qarşılıqlı razılasdıqları kımı 200 manat məbləğində ziyanını qarşılayacağını bildirdikdə ondan 1000 manat tələb etməyə başlamışdır (çünki heç bir ciddi zərər dəyməmişdir, sadəcə toxunulub). Razılaşa bilmədikləri üçün o, ona aidiyyəti üzrə polisə müraciət etməsini və sığorta şirkəti ilə danışmasını bildirmiş və oradan ayrılmışdır. Hətta bundan sonra belə dəfələrlə mobil telefonuna zəng edərək ondan pul tələb etməyə başlamışdır. Bundan sonra vətəndaş DİNnə müraciət etmiş və o, Bakı Şəhər X1nə çağırılmışdır. X1 avtomobillə toqquşduğunu etiraf etmişdir. Lakin sonradan onun mobil tətbiqində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə İXP7449077 saylı protokol tərtib olunduğunu görmüşdür. Qeyd etmişdir ki, o, hadisə yerindən qaçsaydı özü haqqında məlumatları, əlaqə üçün mobil telefonunu Cümşüdə təqdim etməzdi. Bundan başqa, Tiblisi prospektində tıxac olan saatda onun hadisə yerindən qaçmağı belə mümkün deyildir. Bundan başqa, o, hadisə yerindən qaçsaydı nə səbəbə Cümşüdlə telefon əlaqəsi yaradır, səhəri günü onunla görüşmüşdür. Qeyd olunanları tanışı X4 da təsdiq edə bilər. Bundan başqa o, ##.##.2025ci il tarixdə DİN-ə elektron şikayət modulunda şikayət ünvanlamışdır. Lakin buna baxmayaraq, barəsində DYPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi barədə ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən faktı sübut edən kamera görüntüsü, fotoşəkil və şahid izahatı olmadan qərəzli olaraq barəmdə qərar qəbul edilmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut (hadisənin baş vermə vaxtı qeydə alınmış videogörüntülərə baxış keçirilməklə) göstərilməklə, onun iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməsi göstərilsə də, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi onun iştirakı olmadan, yəni ondan izahat və ya hər hansı sübut əldə etmədən, hadisənin baş verdiyi ərazidə müşahidə kameralarına baxış keçirmədən qərəzli olaraq yenidən eyni məzmunlu qərar qəbul etmişlər. Belə ki, mobil tətbiq vasitəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ##.##.2025-ci il tarixdə sms vasitəsilə yenidən Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat və 4 bal cərimə edilməyi barədə xəbərdarlıq edilmişdir. Bundan başqa, “epolis" adlı mobil tətbiqində də, fin kod vasitəsilə öz şəxsi portalına daxıl olduqda eyni qaydada yenidən ##.##.2025-ci il tarixli, İXP7449077 saylı protokol əsasında ##.##.2025ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.6-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyi göstərilmişdir. Göründüyü kimi, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin müvafiq əməkdaş(lar)ı Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarında göstərilən xüsusatlarla bağlı yenidən tam obyektiv, hərtərəfli, qərərzsiz şəkildə araşdırma aparılmamış, yenidən köhnə qərarı qüvvədə saxlamaqla kifayətlənmişdir. Qeyd etmişdir ki. Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən barəsində qəbul edilmiş yeni inzibati xəta haqqında qərarın surətinin ona təqdim edilməsi ilə bağlı dəfələrlə orada qəbulda olsa da, süründürməçiliyə yol verilərək qərarın surəti ona təqdim edilməmiş, bununla bağlı ##.##.2025-ci il tarixdə qərarın surətinin ona təqdim edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş və həmin müraciətini ərizəsinə əlavə etmişdir. Bundan sonra DİN-ə çoxsaylı müraciətləri əsasında barəsində tərtib edilmiş ******* saylı qərarı əldə etmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ-nin R X3 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarının ləğv edilməsini, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinə əsasən Bakı şəhər BPİ-nin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2025-ci il tarixində saat 19:55 radələrində Bakı şəhəri Tbilisi prospektində idarə etdiyi “MAZDA CX-5” minik markalı **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək **-EA-*** dövlət qeydiyyat nişanlı “Cadillac” minik markalı avtomobilin arxa qoruyucusunu (bufer) zədələmişdir. Tərəflər aralarında şifahi olaraq ziyanın qarşılanması ilə bağlı razılığa gəlsələrdə lakin Qərardan şikayət verən orqan (şəxs) maddi ziyanı ödəməmişdir. Daha sonra Abdullazadə Cümşüd İntiqam oğlunun müraciəti əsasında Bakı şəhəri BPİ DYPİnin Axtarış şöbəsində inzibati araşdırma aparılaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində araşdırmanın sonu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsinə əsasən IXP ******* nömrəli inzibati xəta haqqında prtokol tərtib edilmiş daha sonra isə tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025ci il tarixdə saat 19:55-də Tbilisi prospekti ərazisində “Mazda CX-5” minik markalı, **VB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında göstərilən hallar nəzərə alınmadan, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibolunmaz dəlil göstərilmədən Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən yenidən eyni inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsinin hakimi qərarda göstərmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər BPİ-nin X1 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər BPİ-nin X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Göründüyü kimi hakim inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı olan vəzifəli şəxs və ya səlahiyyətli nümayəndəsinin gəlməməsi səbəblərini aydınlaşdırmadan hesab etmişdir ki, iclasın keçirilməsi mümkündür. İş üzrə zərərçəkmis şəxs Abdullazadə Cümşüd İntiqam oğlu isə cəlb edilmədən isə mahiyyəti üzrə baxılmışdır. Bununla da ədalətli araşdırma hüququnu pozaraq formal mülahizələrə uyğun qərar qəbul etmişdir. Göründüyü kimi hakim tərəfindən kobud prosessual pozuntuya yol verilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi apellyasiya şikayətinə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər BPİ-nin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2025-ci il tarixdə saat 19:55-də Tbilisi prospekti ərazisində “Mazda CX-5” minik markalı, **VB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarından görünür ki, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 346.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Qərardan şikayət verən orqan (şəxs) yol nəqliyyat hadisəsi yerindən yayınmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Həmçinin, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarında göstərilən hallar nəzərə alınmadan, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqsirliliyinə dair hər hansı görüntü və ya başqa bir təkzibolunmaz dəlil göstərilmədən Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən yenidən eyni inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, işin faktiki halları ondan ibarət olmuşdur ki, Qərardan şikayət verən orqan (şəxs), ##.##.2025-ci il tarixdə saat 19:55-də Tbilisi prospekti ərazisində idarə etdiyi “Mazda CX-5” minik markalı, **VB*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman qarşıda olan Abdullazadə Cümşüd İntiqam oğluna məxsus “Cadillac” markalı, ** EA *** nömrəli avtomobillə toqquşmuşdur. Qərardan şikayət verən orqan (şəxs) şikayətində və verdiyi izahatında qeyd etmişdir ki, yol tıxac olduğundan avtomobillərindən düşüb qərara gəlmişlər ki, hər iki avtomobili kənara çəksinlər. Ona görə avtomobillərini sağa çəkmişlər və Cümşüd Abdullazadə ilə söhbətləşmişlər. Onunla danışıqdan sonra razılaşmışlar ki, onun avtomobilinə dəyən zərərlə bağlı sonraki gün, yəni ##.##.2025-ci il tarixdə ödənişlə bağlı məsələni həll etsinlər. ##.##.2025 tarixində zərərçəkən tərəfindən onun mobil telefonuna “WhatsApp” proqramında göndərilən adresə (Şassi Yasamal filialı) saat 12:00 radələrində dostu X4 birliktə getmiş və orada da Cümşüd Abdullazadə ilə avtomobilinə dəyən zərər barədə söhbət etmişdir. X8 ilə hadisə baş verən günü və sonrası əlaqə saxlamağını, danışıqlarını, habelə görüş yerlərini təsdiq edən mobil telefonundan çıxarışları ərizəsinə əlavə etmişdir. O, həmin günü avtomobilinin də fotoşəklini çəkib tanışlarına göndərmişdir ki, dəyən zərərin miqdarını dəqiqləşdirsin. Çünki Cümşüd ondan daha çox məbləğdə pul tələb etməyə başlamışdır. O, ona hadisə baş verən günü qarşılıqlı razılasdıqları kimi 200 manat məbləğində ziyanını qarşılayacağını bildirdikdə ondan 1000 manat tələb etməyə başlamışdır. Razılaşa bilmədikləri üçün o, ona aidiyyəti üzrə polisə müraciət etməsini və sığorta şirkəti ilə danışmasını bildirmiş və oradan ayrılmışdır. Hətta bundan sonra belə dəfələrlə mobil telefonuna zəng edərək ondan pul tələb etməyə başlamışdır. Bundan sonra vətəndaş DİNnə müraciət etmiş və o, Bakı Şəhər X1nə çağırılmışdır. X1 avtomobillə toqquşduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş Abdullazadə Cümşüd İntiqam oğlunun Bakı şəhər BPİnin X1 İdarəsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, C.Abdullazadə həmin ərizəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə “Mazda” markalı, **VB*** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilini vurmuş, o, polis çağırmaq istədikdə onun avtomobilini vuran sürücü polisin gəlməsinə etiraz edərək hadisə yerindən uzaqlaşmışdır. Göründüyü kimi, Qərardan şikayət verən orqan (şəxs) hadisə baş verən vaxt hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməmiş, hadisə yerində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməmişdir. Halbu ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir. Həmin Qanunun 4-cü hissəsinin 4-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan əsassız olaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinə əsasən Bakı şəhər BPİ-nin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan şəxsi mülahizələrinə əsaslanaraq iş üzrə əsassız qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, yuxarıda qeyd olunan halları nəzərə alaraq, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv olunmalı və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinə əsasən Bakı şəhər BPİ-nin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrinə əsasən Bakı şəhər BPİ-nin X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar