Məhkəmə qərarları › İş №3(3-6)-1070/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1070/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1070/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi və Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin bölgə rəisi X5 tərəfindən hüquqi şəxs «xxxx» MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokol qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə “xxxx” MMC-i barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi aşkar edilmədiyindən xitam verilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bardurların sökülməsi, həmin bardurların yola paralel birləşdirilməsi və digər yol qurğularının uyğunlaşdırlması «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Tələbləri «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunsuz giriş-çıxış yolunun yaradılması ilə bağlıdır. «xxxx» MMC-nin nümayəndəsi X1 inzibati xəta haqqında protokolda qeyd edilən inzibati xətanı törətdiyini öz izahatında etiraf edir. ## ###### 2025-ci il tarixdə sözügedən ünvanda avtomobil yoluna giriş-çıxış yerinin yaradılması faktı müəyyən edilmişdir bu da iş materiallarına əlavə edilmiş foto şəkillərdə öz təsdiqini tapmışdır. «xxxx» MMC-nə işin tam şəkildə araşdırılması üçün həm poçt həm də elektron qaydada bildiriş göndərilmişdir. Araşdırma ## ###### 2025-ci il tarixə, saat 16:00-a təyin edilmiş, «xxxx» MMC-i iştirak etməsə də, X1 telefon vasitəsilə əlaqə saxlamış və onlara müqavilə göndərərək, işi «xxxx» MMC-i tərəfindən həyata keçirildiyini bildirmişdir. Müqavilə «xxxx» MMC-i ilə “xxxx» MMC-i arasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ## ###### 2025-il tarixli, ***İ nömrəli texniki şərtinin tələblərinə uyğun olaraq sözügedən ərazidə komunikasiya xəttlərinin çəkilməsinə dair bağlanılmışdır. Tərəflərindən müəyyənləşdirilmişdir ki, həmin müqavilə komunikasiya xətlərinin çəkilməsinə aiddir, giriş-çıxış yerinin yaradılması ilə əlaqəsi yoxdur. Beləliklə də «xxxx» MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və MMC-nin ünvanına həm də vergi kabinetinə yerləşdirilmişdir. X8 tərəfindən Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinə sözügedən ünvanda işlərin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən həyata keçiriləcəyi barədə məktub ünvanlanmışdır. X1 “Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti tərəfindən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə söküntü etdiklərindən barələrində araşdırma aparılması barədə müraciət ünvanlanmışdır. Qarşılığında da «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinə cavab məktubu ünvanlanaraq həmin söküntünün sifarişçinin özü – Tamara Şükürova tərəfindən həyata keçirildiyi və aidiyyəti üzrə həmin şəxsin özü ilə əlaqə saxlanılması xahiş edilmişdir.” barədə izahat versə də qeyd etdiyi hadisə inzibati xəta haqqında protokol tərtib edildikdən sonra yəni ## ###### 2025-ci il tarixdə olmuşdur. «xxxx» MMC-nə həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı müvafiq icazə verilməsindən imtina edilmiş, səbəbi isə «xxxx» MMC tərəfindən obyektin sənədlərinin tam təqdim edilməməsi olmuşdur. Nümayəndənin təqdim etdiyi sərəncamın işə heç bir aidiyyəti yoxdur. Hüquqi şəxslərə söz haqqı tanınması və onlara inzibati araşdırmanın aparılması üçün bildirişin ünvanlanması səbəbindən hüquqi şəxslərə dair məhkəmələrin onlara edilmiş göstərişinə əsasən qeyd edilən inzibati xəta ## ###### 2025-ci il tarixdə aşkar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol ## ###### 2025-ci il tarixdə tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidməti tərəfindən “xxxx” MMC-i barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında inzibati protokol əsasında inzibati məsulliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsin xahiş etdi. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə gəlməyən tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, səhər saatlarında sözügedən əraziyə getdikdə həmin ərazidə qazıntı işlərinin olduğunu görmüşdür. Işçilərdən kimin tərəfindən qazıntı işlərinin aparılmasını soruşduqda işçilərdə onlar tərəfindən həyata keçirildiyini bildirmişdirlər. Işçi həmin ərazinin rəhbərliyin göstərişi ilə sökdürüldüyünü, lakin hansı şirkət tərəfindən göstəriş verildiyini deməmiş, ancaq həmin söküntü işləri obyektin qarşısında aparıldığından həmin göstərişin obyekt tərəfindən həyata keçirildiyini düşünmüşdür. Verilmiş suallara cavab verərək bildirmişdir ki, söküntünün səhəri günü həmin işlərin görüldüyünə şahid olmuşdur. Işçilərin bəzilərini tanıyırdı. Işçilərdən birinin adı Elnur idi. ## ###### 2025-ci il tarixdə həmin əraziyə getdikdə Rövşən və Məmməd müəllim orada yox idilər. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə inzibati xətanın törədildiyi ünvana getdikdə, bir qrup şəxsin orada işlədiyini, giriş-çıxış üçün səkinin dağıdıldığını görmüşdür. Soruşduqda obyektin işçiləri olduqlarını və səkinin həmin obyektin göstərişi əsasında tərəflərindən dağıdıldığını bildirmişdirlər. «xxxx» MMC tərəfindən verilən işin icrasını həyata keçirdiklərini bildirmişlər. Inzibati xətanı aşkar etdikləri gün bunun barəsində akt tərtib edərək idarəyə məlumat vermişdirlər. Birinci instansiya məhkəməsində, məhkəmə iclasında X7 etibarnamə üzrə nümayəndəsi şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, qeyd edilən obyekt anası X7 adınadır, anası yaşlı qadındır, Naxçıvanda yaşayır, lakin obyekt onun tərəfindən idarə edilir. Sözügedən ərazinin sökülməsi ilə bağlı o özü iki fəhlə təşkil etmişdir. Icazəni özü yox Rövşən müəllim onun adından müraicət etmişdir. Söküntü, tikinti, giriş-çıxış yerinin açılması özləri tərəfindən aparılmışdır. O, «xxxx» MMC-nə həvalə etsə də,bunun üçün icazə istənilməsinə baxmayaraq müvafiq cavab verilmədiyindən, işlərin gecikməməsi üçün özü tərəfindən yük maşını və fəhlə gətirilərək bardürün sökülməsini həyata keçirmişdir. Azərbaycan Avtomobil Yolları X18 Yollarının Mühafizə Xidməti PHŞ-nin bölmə rəisi, X3, baş mütəxəssislər X6, X2 tərəfindən tərtib edilmiş 19..11.2025-ci il tarixli aktdan görünür ki, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış ofisi binasının ön hissəsindən (40 metr) səki daşlarını götürməklə avtomobil yoluna yol birləşməsi, giriş-çıxış yerinin yaradılması faktı aşkar edilmişdir. Araşdırma aparıldığı zaman sözü gedən işlərin “xxxx” MMC-i tərəfindən aparıldığı müəyyən edilmişdir. Akta 3 ədəd fotoşəkil əlavə edilmişdir. “xxxx” MMC-i ilə X7 arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***/** saylı podrat müqaviləsindən görünür ki, müqavilınin qüvvədə olduğu müddət ərzində podratçı “xxxx” MMC-nin (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür; Müqavilənin 2.2.3-cü bəndinə əsasən söküntü işləri, qazıntı işləri, abadlaşdırma işləri, o cümlədən, yol kommunal və digər dövlət və qeyridövlət qurumları ilə əlaqədar olaraq tələb olunan hər cür qazıntı, söküntü və bərpa işləri, habelə mühəndiskommunikasiya xəttlərinə müdaxilə ilə bağlı bütün tədbirlər, Transformatorun yerinin dəyişdirilməsi, müvafiq icazələrin alınması, layihələndirmə, icra və istismara verilmə ilə bağlı bütün işlər, Zərurət yarandığı hallarda ağacların köçürülməsi, kəsilməsi, bərpası, ekoloji rüsumların ödənilməsi və bununla bağlı bütün hüquqi və faktiki tədbirlər yarandığı təqdirdə, sözügedən işlərin təşkili, icrası, maliyyələşdirilməsi, icazələrin alınması və nəticələrinə görə tam, bölünməz və müstəsna məsuliyyət mülkiyyətçi X7 məxsusdur.2.2.4-cü bəndinə əsasən qeyd olunan işlərin “xxxx” MMC-nə həvalə edilməsi yalnız tərəflər arasında ayrıca yazılı razılaşma və əlavə müqavilə əsasında mümkündür. X7 nümayəndəsi X1 tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, xüsusi mülkiyyətində olan və aidiyyatı qurumların icazəsi ilə tikintisi “xxxx” MMC-i şirkəti tərəfindən icra olunan ünvan 2 və Sakit Qocayev küçəsi 75A ünvanında yerləşən qeyri-yaşayış ofis binasının tikintisi başa çatmışdır. Bildirmək istəyirəm ki, binanın ön hissəsində avtomobil giriş yoluna, əvvəlcədən “xxxx” QSC tərəfindən piyada keçidi üçün bordürlər düzülüb və bu da hazırda binanın ön girişinə girişi məhdudlaşdırır. “xxxx” MMC-i tərəfindən binanın ön girişinin abadlaşdırılması və piyada keçidinin qanuna uyğun formada yenidən qurulması ilə bağlı təcili işin icrası olunmalıdır. Odur ki, abadlıq və yenidən qurma işlərinin yol bordürləri tərəfimizdən çıxarılmaqla yenilənməsini və piyada keçid zolağının qanuna uyğun qaydada çəkilməklə bərpa olunması üçün şərait yaradılmasına aidiyyatı göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Avtomobil Yolları Mühafizə Xidməti Publik Hüquqi şəxsinə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvan 2 və Sakit Qocayev küçəsi 75A ünvanlarında yerləşən qeyri-yaşayış obyektinə giriş-çıxış yolunun tikintisinə texniki şərt verilməsi ilə bağlı vətəndaş X1 tərəfindən ünvanlanmış məktubun surəti göndərilməklə sözügedən qeyri-yaşayış obyektinin təyinatı barədə və tikilməsi nəzərdə tutulmuş giriş-çıxış yolunun tikinti norma və qaydalarına uyğun olub-olmaması barədə (cizgidə situasiya planının ölçüləri göstərilməklə və ərazinin fotoşəkilləri əlavə olunmaqla) rəy bildirilməsi tapşırılmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən X1 ünvanlanmış su və kanalizasiya xəttinin çəkilməsi məqsədilə qazıntı işlərinin aparılması barədə məktubdan görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinə su və kanalizasiya xəttinin çəkilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “iri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxs tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli, Q-**/** nömrəli texniki şərt əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində asfalt-beton örtüyün uzunluğu 31 p/m və Şamil Kamilov küçəsi boyu uzunluğu 36 p/m, eni 1,50 m məsafədə olmaqla (Şamil Kamilov küçəsində bir yerdə su xətti L=1p/m, eni 1,50 m və bir yerdə kanalizasiya quyusunun 1x1 inşası) asfalt-beton örtüyün qazılmasına razılıq verilməsi barədə ünvanlanmış ##.##.2025-ci il tarixli müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Qazıntıbərpa işlərini yerinə yetirəcək təşkilat, su və kanalizasiya xətlərinin mülkiyyətçisi üçün icrası məcburi olan texniki şərt təqdim edilərək, verilmiş texniki şərtlərdən hər hansı biri pozularsa, texniki şərtin öz hüquqi qüvvəsini itirmiş hesab olunacağı qeyd edilmişdir. ## ###### 2025-ci il tarixli xidmət müqaviləsindən görünür ki, sifarişçi “xxxx” MMC ilə icraçı “xxxx” MMC arasında müqavilə bağlanaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində yerləşən qeyri-yaşayış obyektinə su və kanalizasiya sisteminin qurulması, sayğac üçün materiallar, yağış sularının və kanalizasiya çıxışlarının ötürücü xətti qurulması, təmiri və ya yenilənməsi üzrə işlərin yerinə yetirilməsi icraçıya həvalə olunmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş vergi ödəyicisinin məlumatına dair çıxarışdan görünür ki, “xxxx” MMC-i ##.##.2024-cü il tarixdə qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, ev 1, mənzil 45 ünvanıdır. Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarına əsasən “xxxx” MMC-i Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında qoyulmuş göstərişlərə əməl edilərək iş üzrə şahidlər dindirilmiş, tərəflərin gətirdiyi arqumentlər işdə olan sənədlərlə qarşılıqlı şəkildə təhlil edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, ## ###### 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «xxxx» MMC-i ## ###### 2025-ci il tarixdə ünvan 1 ilə S.Qocayev 75A küçəsi ilə kəsişməsində müvafiq icazə almadan qeyri-yaşayış sahəsinə giriş-çıxış yaratmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmuşdur. Protokolun tərtib edilməsinin əsası kimi Azərbaycan Avtomobil Yolları X18 Yollarının Mühafizə Xidməti PHŞ-nin bölmə rəisi, X3, baş mütəxəssislər X6, X2 tərəfindən tərtib edilmiş 19..11.2025-ci il tarixli akt və ona əlavə edilmiş şəkillər əsas gətirilmişdir. Həmin aktda göstərilmişdir ki, ##.##.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış ofisi binasının ön hissəsindən (40 metr) səki daşlarını götürməklə avtomobil yoluna yol birləşməsi, giriş-çıxış yerinin yaradılması faktı aşkar edilmişdir. Araşdırma aparıldığı zaman sözü gedən işlərin “xxxx” MMC tərəfindən aparıldığı müəyyən edilmişdir. Akta 3 ədəd fotoşəkil əlavə edilmişdir. “xxxx” MMC-i ilə X7 arasında bağlanmış ##.##.2024-cü il tarixli, ***/** saylı podrat müqaviləsindən müəyyən edilmişdir ki, müqavilənin qüvvədə olduğu müddət ərzində podratçı “xxxx” MMC-nin (xidmətlər, işlər) görməyə öhdəsinə götürür, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür; Müqavilənin 2.2.3-cü bəndinə əsasən söküntü işləri, qazıntı işləri, abadlaşdırma işləri, o cümlədən, yol kommunal və digər dövlət və qeyri-dövlət qurumları ilə əlaqədar olaraq tələb olunan hər cür qazıntı, söküntü və bərpa işləri, habelə mühəndis-kommunikasiya xəttlərinə müdaxilə ilə bağlı bütün tədbirlər, Transformatorun yerinin dəyişdirilməsi, müvafiq icazələrin alınması, layihələndirmə, icra və istismara verilmə ilə bağlı bütün işlər, Zərurət yarandığı hallarda ağacların köçürülməsi, kəsilməsi, bərpası, ekoloji rüsumların ödənilməsi və bununla bağlı bütün hüquqi və faktiki tədbirlər yarandığı təqdirdə, sözügedən işlərin təşkili, icrası, maliyyələşdirilməsi, icazələrin alınması və nəticələrinə görə tam, bölünməz və müstəsna məsuliyyət mülkiyyətçi X7 məxsusdur.2.2.4-cü bəndinə əsasən qeyd olunan işlərin “xxxx” MMC-nə həvalə edilməsi yalnız tərəflər arasında ayrıca yazılı razılaşma və əlavə müqavilə əsasında mümkündür. Göründüyü kimi, “xxxx” MMC-i ilə X7 arasında podrat müqaviləsi mövcud olmuş və həmin müqavilənin qeyd edilən şərtinə əsasən söküntü, qazıntı, abadlaşdırma işləri, eləcə də müvafiq icazələrin alınmasına görə məsuliyyət podratçı şirkətin deyil, X7 məsuliyyət daşıdığı müqavilənin göstərilən bəndində bir başa qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, “xxxx” MMC-i sadəcə olaraq iş icraçısı olmuş, sifarişçinin müqaviləyə əsasən göstərdiyi işləri icra etmiş, müvafiq icazələrin alınmasına görə məsuliyyəti isə podratçı olaraq MMC-i deyil, sifarişçi daşımışdır. Məhkəmə verilmiş şikayətlə razılaşmayaraq qeyd edir ki, X1, X7 nümayəndəsi kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə protokol tərtib edilməzdən 2 ay əvvəl ərizə ünvanladığını qeyd etmiş, bu barədə ərizəni məhkəməyə təqdim etmiş, həmin ərizəyə bugünədək cavab verilmədiyini göstərmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi həmin ərizəyə cavab verildiyini əsas gətirsə də, cavab məktubu məhkəməyə təqdim edilməmiş, həmin məktubun ərizəçiyə göndərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş, texniki şərtlərə əməl edilməklə icazə verildiyi bildirilmiş, hazırda həmin ərazidə aparılan təmir bərpa işlərinin hansı texniki şərtləri pozmaqla aparıldığı barədə arqument gətirilməmişdir. Göründüyü kimi, 2 ay müddətində müvafiq icazənin alınması üçün müraciət edilməsinə baxmayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin müraciəti cavabsız qoyması məhkəmədə haqlı şübhələr doğurmuşdur. Azərbaycan Respublikası IXM-nin 354.0.3-cü maddəsinə əsasən müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına, yəni, daimi və müvəqqəti giriş-çıxış yerlərinin, başqa yollarla birləşmələrin və kəsişmələrin yaradılmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən ## ###### 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs «xxxx» MMC-i tərəfindən protokolda ## ###### 2025-ci il tarixdə ünvan 1 ilə S.Qocayev 75A küçəsi ilə kəsişməsində müvafiq icazə almadan qeyriyaşayış sahəsinə girişçıxış yaratmaqla yol hərəkəti təhlükəsizliyi qaydalarını pozduğu göstərilsə də, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız tərtib edilmiş natamam akta istinad edilməklə “xxxx” MMC-nin IXM-nin 354.0.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən IXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən tərtib olunan inzibati xəta haqqında protokola dair “xxxx” MMC-nin əməlində IXM-in 354.0.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə qüvvədə saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələri rəhbər tutularaq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Avtomobil Yolları X12 Yollarının Mühafizə Xidmətinin şikayəti təmin edilməsin. “xxxx” MMC-i barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 354.0.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı qüvvədə saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar