Məhkəmə qərarları › İş №3(3-6)-1071/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1071/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1071/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi X3, Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi X4, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə müraciət edərək Bakı şəhər X1 Idarəsinin 15 oktaybr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Qərardan şikayət verən orqan (şəxs) 30 snetyabr 2025-ci il tarixdə Bakı şəhəri, Neftçilər prospekti 2 ünvanında olarkən yolda Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən onun darə etdiyi ** XQ *** dövlət qeydiyyat nişanlı avtomobilini DYP saxlayaraq qanunsuz olaraq protokol tərtib etmişdir. Şikayətçi protokola imza atmaqdan imtina etmişdir, çünki yol hərəkətini pozmamışdır. Qəbul edilən qərar barədə ona məlumat verilməyib. Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ## ###### 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Idarəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət bərpa edilərək şikayət icraata qəbul edilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarın ədalətli icrası üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis Idarəsinin X1 Idarəsinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək şikayətin təmin olunmamasını və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Bakı şəhər X1 Şöbəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı şəhər X1 Şöbəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Şöbəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2025-ci il tarixdə saat 15:49 radələrində “BYD Destroyer 05 Plug-In” markalı, **XO*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Inizbati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdırıb hesab etmişdir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Şöbəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ######## 2025-ci il tarixdə saat 15:49 radələrində “BYD Destroyer 05 Plug-In” markalı, **XO*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Bakı şəhər X1 Şöbəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası Inizbati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üçün əhəmiyyətli hallar inizbati xəta haqqında qərarda göstərilməmiş, eyni zmaanda nə birinci instansiya məhrələsində nə də apellyasiya mərhələsində hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### ****-cı nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin qismən təmin edilərək Bakı şəhər X1 Şöbəsinin ## ####### 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı şəhər X1 Şöbəsinə göndərilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: Qədim Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar