Məhkəmə qərarları › İş №3(3-6)-1073/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1073/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1073/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi, Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Nərimanov rayon DYPŞ-yə tapşırılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baхaraq, Müəyyən etdim: Qərardan şikayət verən orqan (şəxs) Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Nərimanov rayon DYPŞ-yə tapşırılmışdır. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Nərimanov rayon məhkəməsinin ##.##.2025-ci il *(***)- ****/**** saylı qərarının ədalətli və icrası üçün müvafiq ədalətli qərar qəbul edilməsini, idarə etdiyi avtomobilə və ona dəymiş maddi və mənəvi ziyanı edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Nərimanov rayon DYP bu qərarı icra etməkdən imtina edir ona görə ki, Məhkəmənin Qərarında qismən ləğv etmənin izahına ehtiyac duyaraq, qərarı icra etmirlər. Azərbaycan Respublikası adından qəbul edilmiş Qərar Nərimanov rayon DYP-ni şübhə altına alaraq icra etmirlər. Məhkəmə INX məcəlləsinin 372.2 maddəsinin Qərardan şikayət verən orqan (şəxs) əməllərində olması sübuta yetmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası adından qəbul edilmiş Qərarı düzgün saymır, hansı ki, buna heç bir hüququ olmadığı halda, məhkəmənin qərarları bütün Hüquq - mühafizə orqanları üçün məcburi olmasını bilsələr də məhkəmələrə hörmətsizlik edirlər. Azərbaycan Respublikası Avropa Insan Hüquqları Konvensiyasının üzvüdür və bu qanunlar Azərbaycan Respublikasına ratifikasiya edilib. Heç bir Dövlət orqanları, o cümlədən də Hüquq - Mühafizə orqanları məhkəmənin verdiyi qanunu şübhə altına ala bilməzlər və buna hüquqları yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə prosesinə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə əvvəcədən məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Işin halları və hüquqi məsələlər: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəfləri dinləyib hesab edir ki, verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP seriyalı ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırılmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmış, həmçinin Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi hər hansı sübutla öz təsdiqini tapmır. Eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun iştirakı təmin edilməmiş, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı və qanuni hesab edir. Qərardan şikayət verən orqan (şəxs) şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının icra edilməməsi və idarə etdiyi avtomobilə və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə Qərardan şikayət verən orqan (şəxs) izah edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının icra edilməməsi ilə bağlı ərizə ilə qərarı qəbul etmiş birinci instansiya məhkəməsinə müraciət etməlidir. Məhkəmə eyni zamanda Qərardan şikayət verən orqan (şəxs) izah edir ki, idarə etdiyi avtomobilə və ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə mülki məhkəməyə müraciət etməlidir. Beləliklə, birinci instansiya məhkəməsində şikayətçinin göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldım: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar