Məhkəmə qərarları › İş №3(3-6)-1075/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1075/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1075/2026 24.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin (bundan sonra – səlahiyyətli orqan) nümayəndəsi nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs Qərardan şikayət verən orqan (şəxs) (bundan sonra - Qərardan şikayət verən orqan (şəxs)) iştirakları ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından səlahiyyətli orqanın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Qərardan şikayət verən orqan (şəxs) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə verdiyi şikayətində səlahiyyətli orqanın onun barəsində tərtib etdiyi ## ###### 2026-cı il tarixli, IXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası IXM-in) 327.2-ci maddəsi ilə qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim X3) Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilmiş, onun barəsində səlahiyyətli orqanın qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Səlahiyyətli orqan həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsi və özünün qəbul etdiyi ## ###### 2026-cı il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri, etiraz və tərəflərin çıxışları: Səlahiyyətli orqan verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2026-cı il tarix, saat 18:46-da Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində idarə etdiyi “X1 Prado” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sola dönmə manevri edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozması Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasının görüntüsü və tərtib edilmiş inzibati xəta haqqında protokolla sübut edildiyi halda, birinci instansiya məhkəməsi iş üzrə yekun qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 səlahiyyətli orqanın şikayətinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını xahiş etmiş, izahatında əlavə olaraq bildirmişdir ki, iş üzrə səlahiyyətli orqanın əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanı ## ###### 2026-cı il tarixdə bilavasitə həmin yerdə xidməti vəzifələrini icra edərkən vizual müşahidə əsasında aşkar etsə də, sonuncunun idarə etdiyi avtomobilin saxlanılmasını təmin edə bilməmişdir. Bundan sonra səlahiyyətli orqan bu barədə həmin əməkdaşının tərtib etdiyi raport əsasında inzibati araşdırma aparmış, iş üzrə Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətaya dair həmin yerdə mövcud olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasının qeydə aldığı videogörüntünü əldə etmişdir. Bu səbəblərdən iş üzrə səlahiyyətli orqan tərəfindən inzibati tənbeh vermə haqqında qərar inzibati xətanın törədildiyi 24 saat müddətində real vaxt rejimində elektron qaydada deyil, ## ###### 2026-cı il tarixdə qəbul edilmiş, Qərardan şikayət verən orqan (şəxs) elektron kabinetinə onun tərəfindən inzibati xətanın törədildiyini sübut edən foto və ya video materiallar göndərilməmişdir. Iş üzrə Emil Mirzəyevin inzibati xətanı törətdiyi yerdə mövcud olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz şəhər müşahidənəzarət kamerası vasitəsilə həmin ərazinin videogörüntüsü qeydə alınsa da, o, Emil Mirzəyevin inzibati xətanı törətdiyi vaxt həmin ərazidə səlahiyyətli orqanın hər hansı əməkdaşının bilavasitə xidmətdə olmasını sübut edəcək hər hansı foto və videogörüntü təqdim edə bilmir. Apellyasiya məhkəməsi iclasında Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatında ## ###### 2026-cı il tarixdə onun mobil telefon nömrəsinə zəng etmiş səlahiyyətli orqanın əməkdaşı iş üzrə onun avtomobilini idarə edərkən yol hərəkəti qaydasını pozduğunu və bu halın Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerası vasitəsilə qeydə alındığını bildirib, onu səlahiyyətli orqana çağırmasını, amma onun iş üzrə səlahiyyətli orqanın barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarında göstərilmiş inzibati xətanı törətməməsini, həmçinin səlahiyyətli orqanın əməkdaşının onun ## ###### 2026-cı il tarixdə törətdiyini iddia etdiyi və inzibati xəta kimi qiymətləndirdiyi hadisəni bilavasitə yerində müşahidə etməsi əsasında deyil, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerası vasitəsilə aşkar etdiyi halda, barəsində inzibati tənbeh vermə haqqında qərarı 24 saat müddətində real vaxt rejimində elektron qaydada deyil, ## ###### 2026-cı il tarixdə qəbul etməklə, onun tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən foto və ya videogörüntünü onun elektron kabinetinə yerləşdirməməklə, Azərbaycan Respublikası IXM-in 122-ci maddəsinin tələbini pozmasını, bu halın həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə əsas olmasını bildirib, göstərdiklərinə əsasən səlahiyyətli orqanın verdiyi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası IXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş üzrə şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə səlahiyyətli orqanın verdiyi şikayətində dəlili kimi göstərilmədiyi halda, nümayəndəsi nümayəndə1 apellyasiya məhkəməsi iclasında verdiyi izahatında səlahiyyətli orqanın əməkdaşının Qərardan şikayət verən orqan (şəxs) törətdiyi inzibati xətanı ## ###### 2026-cı il tarixdə bilavasitə aşkar etsə də, sonuncunun idarə etdiyi avtomobilin saxlanılmasını təmin edə bilmədiyini, səlahiyyətli orqanın bu barədə əməkdaşının tərtib etdiyi raport əsasında inzibati araşdırma aparması nəticəsində ## ###### 2026-cı il tarixdə Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etdiyini göstərsə də və bu barədə müvafiq sənədləri təqdim etsə də, səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini iddia etdiyi tarix, vaxt və yerdə əməkdaşının bilavasitə xidmətdə olmasına və həmin xətanı vizual müşahidə etməsinə dair Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasının qeydə aldığı foto və ya videogörüntünü təqdim etməməklə, həmin halı sübut edə bilməmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi səlahiyyətli orqanın nümayəndəsi nümayəndə1 iş üzrə səlahiyyətli orqanın əməkdaşının Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsini bilavasitə aşkar etməsi barədə verdiyi izahatını əsassız, bununla bağlı təqdim etdiyi sənədləri isə mötəbər olmayan hesab edir. Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) iş üzrə səlahiyyətli orqanın onun barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətini apellyasiya məhkəməsi iclasında verdiyi izahatında qeyd etdiyi dəlillərlə əsaslandırmışdır. Iş üzrə səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətə cəlb etdiyi əməl üzrə Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola dönməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası IXM-in: - 122.1-ci maddəsinə əsasən bu Məcəllənin, həmçinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. - 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. - 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya instansiyası məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) verdiyi ilkin şikayətin dəlillərinə uyğun olaraq, iş materialları əsasında müəyyən etmişdir ki, iş üzrə səlahiyyətli orqanın əməkdaşı Qərardan şikayət verən orqan (şəxs) törətməsini iddia etdiyi, Azərbaycan Respublikası IXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı sonuncu barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarda törədilmə tarixi kimi göstərilmiş ## ###### 2026-cı il tarixdə bilavasitə vizual müşahidə zamanı deyil, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kamerasına baxış keçirərkən aşkar etmiş, buna görə də həmin qərarı ## ###### 2026-cı il tarixdən bir gün müddətində real vaxt rejimində elektron qaydada deyil, ## ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası IXM-in 38.6, 122.1 və 53.1.11-ci maddələrinin tələblərini pozmaqla qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iş üzrə icraata Azərbaycan Respublikası IXMin 53.1.11-ci maddəsinə əsasən xitam verilməli idi. Lakin birinci instansiya məhkəməsi son nəticədə inzibati xəta haqqında iş üzrə icraata səlahiyyətli orqan tərəfindən və ya iş materialları ilə Qərardan şikayət verən orqan (şəxs) təqsirliliyinin sübuta yetirilməməsinə görə xitam verilməsi barədə qərar qəbul etdiyinə görə apellyasiya instansiyası məhkəməsi həmin qərarın formal mülahizə ilə ləğv edilməsini məqsədəuyğun hesab etmir. Azərbaycan Respublikası IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın verdiyi şikayət təmin edilməməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası IXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polisi Idarəsinin verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar