Məhkəmə qərarları › İş №3(3-6)-1077/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1077/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1077/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi vəkil X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi, Gəncə şəhər * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 ##.##.2025-ci il tarixdə ölümü ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı, qanunvericiliyin tələblərinin pozularaq ##.##.2025-ci il tarixdə podrat müqaviləsi bağlanmış olsa da, nəticədə Azərbaycan Respublikası ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq hadisə baş verən vaxtda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyindən “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. “xxxx” MMC-nin barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün aidiyyət üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.M.Əliyeva) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinərək 20000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilmişdir. Qərardan, hüquqi şəxsin nümayəndəsi Nümayəndə apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata Inzibati Xətalar Məcəlləsinin 53cü maddəsinin tələblərinə əsasən xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayət onunla əsaslandırılmışdır ki, “xxxx” MMC təmir-dizayn üzrə podrat işləri ilə məşğul olan hüquqi şəxsdir və müxtəlif obyektlər üzrə müqavilələr əsasında işlər həyata keçirir. X2 “xxxx” MMC şirkətinə daimi işçi kimi deyil, muzdlu işçi kimi öncədən razılaşdırılmış müəyyən işləri görən şəxs qismində, konkret olaraq 100-150 kv/m sahənin malyar işlərinin görülməsi üçün xidmət/podrat müqaviləsi əsasında sifarişin yerinə yetirilməsini öhdəliyinə götürmüşdür. Həmin şəxs, şirkətin ştat vahidində olmamışdır, onunla əmək müqaviləsi bağlanılması zərurəti olmamışdır, ona sabit aylıq əmək haqqı müəyyən edilməmiş, şirkətin daimi işçisi statusunu daşımamış, sadəcə konkret iş həcmi üzrə xidmət göslərməyə başlamışdır. Mərhumun fəaliyyəti faktiki olaraq cəmi 2 gün ərzində hissə-hissə davam etmişdir. Həmin şəxs işlədiyi vaxt vəfat etmiş, lakin məhkəmə-tibbi ekspertiza ölümün təbii səbəbdən baş verdiyini müəyyən etmiş, həmin əsasla başlanmış cinayət işi bağlanmışdır. Mərhumun xidmət göstərdiyi zaman onunla cəmiyyət arasında olan münasibətlərin əmək münasibətlərinin olması ilə bağlı hər hansı bir sübut mövcud deyil. Belə ki, həmin şəxs konkret vaxt ərzində işdə olması kimi bir hal olmamış. ##.##.2025 il tarixdə saat 15:00-dan 17:40-dək xidmət göstərmiş, daha sonra ##.##.2025 il tarixdə saat 11:10dan saat 16:50-dək xidmət göstərmiş və ##.##.2025-ci il tarixdə saat 09:50-dən 14:15-dək xidmət göstərmiş və həmin vaxt dünyasını dəyişmişdir. Həmin şəxsin saat 09:00-18:00 arası işdə olması, nahar fasiləsi, aylıq əmək haqqı kimi ödənişlərin edilməsi vəs. əmək münasibətləri olmamışdır. Iş materiallarında olan ##.##.2025 il tarixli Podrat Müqaviləsinin surətindən görünür ki, X5 ilə "xxxx" MMC arasında konkret işlərin görülməsi ilə bağlı inizbali xətanın baş verdiyi qeyd edilən tarixlər üçün podrat müqaviləsi olmuşdur. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi vəkil Nümayəndə, şikayətin dəlillərinə uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, X7 Xidmətinin nümayəndəsi X4, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati iş üzrə toplanmış icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, “xxxx” MMC tərəfindən, Azərbaycan Respublikası ƏM-nin 7-ci maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, ##.##.2025-ci il tarixdə bağlanmış podrat müqaviləsi əsasında, X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları və müvafiq sənədlərlə tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi bir daha qeyd ki, təqdim edilən sənədlərdən görünür ki, “xxxx” MMC boyama işlərinin görülməsinə işçilər cəlb etmiş və həmin şəxslərlə qısa müddətli (1-2 aylıq) əmək müqavilələri bağlamışlar, X5 isə VÖEN-ni aktiv olmamışdır. Birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə və sənədlərə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə inzibati orqanın və hüquqi şəxsin nümayəndəsinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə yekun məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarının mübahisələndirilməsi ilə bağlı hüquqi şəxsin nümayəndəsinin şikayətində qeyd olunan dəlillər, iş materialları və məhkəmədə tədqiq olunmuş mümkün sübutların məcmusu, habelə Əmək Qanunvericiliyinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2023-cü il tarixli qərarının şərhi ilə müqayisədə təkzib olunmuşdur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Apellyasiya qaydasında aparılmış araşdırmanın nəticəsinə əsasən, birinci instansiya məhkəməsi, məhkəmədə araşdırılmış sübutlara və iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində tənbeh tədbirinin tətbiq edilməsinin əsaslarını düzgün müəyyənləşdirmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, bu xüsusda verilmiş şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayətin dəlillərinin iş materialları ilə təkzib olunduğunu və inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi “xxxx” MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 4, 6, 8, 9.1, 12.1, 21, 22, 31.3, 32 və 33-cü maddələrinin tələblərini və inzibati tənbehin həddini qanunvericiliyin tələbləri baxımından düzgün nəzərə almışdır. Qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarının müqayisəli təhlili göstərir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, şikayət təmin edilməməli və “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar