Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1078/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*- **)-**/**** saylı qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ###### 2025-ci il tarixli *-**- */*-******/**** nömrəli məktub göndərilməsinə, məktubun MMC-yə çatdırılmasına və məktubda qeyd olunan sənədlərin 07 iş günü ərzində təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, tələb edilən sənədlər protokol tərtib olunan günədək tam təqdim edilməmişdir. Belə ki, iş vaxtının uçotu cədvəlləri, əmək haqqı, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından X4 Xidməti apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X3 müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ## ###### 2025-ci il tarixli **- */*-******/**** nömrəli məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məktubda tələb edilən müvafiq sənədlər təqdim edilməmişdir. Xidmət tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli **-*/*-******/**** nömrəli məktublara əsasən zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı Xidmətin göstərişləri və protokola dəvət məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin elektron kabinetinə də yerləşdirilmiş və bununla bağlı çıxarışlar iş materiallarına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2025-ci il tarixli protokola dəvət edilsə də, onlar protokolun tərtib edilməsində iştirak etməmiş və Xidmətə ## ###### 2025-ci il tarixli məktubda təqdim edilməsi zəruri olan sənədlərin təqdim edilməsini təsdiq edən heç bir məlumat verməmişdir. Qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il tarixli müraciətinə əsasən cəmiyyət tərəfindən guya müvafiq sənədlərin təqdim olunmaması təşkil edir. Lakin apellyasiya şikayətinin bu əsassız mövqeyini iş materiallarında olan mötəbər sübutlar tamamilə təkzib edir. Məhz bu mötəbər sübutlara da istinad edərək Nizami Rayon Məhkəməsi tam ədalətli və qanuni hesab edilən ## ###### 2026-ci il tarixli *(*-**)-**/**** saylı qərarını qəbul etmişdir. Belə ki, qərarda qeyd olunduğu kimi iş materiallarında olan ## ###### 2025-ci il tarixli cavab məktubundan və ona əlavə olunmuş qoşma sənədlərindən də görünür ki, tələb olunan əmək haqqı, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər cəmiyyət tərəfindən X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmişdir. Həmin məktubun X4 Xidməti tərəfindən qəbul edilməsini sübut edən "Zaman Express” sürətli poçt xidmətinin xəbəmaməsindən də görünür ki, cavab məktubu qoşma sənədlərlə birgə X4 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı "Bağırova” soyadlı şəxs tərəfindən ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. Bundan sonra, ## ###### 2025-ci il tarixli məktubla tələb olunan iş vaxtının uçotuna dair sənəd də müfəttişliyə göndərilmiş və o da xəbəmamə ilə (qoşma əlavə edilir) qəbul edilmişdir. Beləliklə də sözügedən cavab məktubları sürətli poçtla qarşı tərəfə göndərilmiş, müfəttişliyə tam şəkildə çatdırılmışdır. Belə olan halda, İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi üzrə hər hansı bir inzibati xəta hadisəsi və ya tərkibindən söz gedə bilməz. Məhz bu səbəbdən dolayı hesab edirik ki, Nizami Rayon Məhkəməsi öz qanuni və ədalətli qərarı ilə düzgün hüquqi qənaətə gələrək icraata xitam vermişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi verilmiş şikayətin məzmununa uyğun izahat verərək nəzərdə tutulmuş müddət ərzində sənədlərin MMC tərəfindən tam şəkildə təqdim edilmədiyini, şikayətçi ilə barışıq əldə edilməsinin MMC-ni məsuliyyətdən azad edən hal olmadığını bildirib şikayətin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarın ləğv edilməsini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə məbləğinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək həm də şikayətçi ilə barışıq əldə edildiyini bildirib apellyasiya qaydasında verilmiş şikayətin əsassız olduğunu qeyd edərək təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli *(*-**)-**/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən həmin cərimə şərti olaraq tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış sorğudan görünür ki, vətəndaş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCdə əmək hüquqlarının pozulması barədə X4 Xidmətinə ünvanlanan müraciətinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə uyğun olaraq vətəndaş X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid müvafiq sənədlərin 07 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməsi tələb edilmiş, sorğu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə daxil olmuşdur. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, ## ###### 2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli məktubda tələb olunan sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Həmin sənədlərin içərisində əmək haqqı, son haqq-hesabın hesablanması və ödənilməsini təsdiq edən sənədlər də olmuşdur. Məktuba əlavə edilmiş “Zaman Express” sürətli poçt xidmətinin xəbərnaməsindən görünür ki, cavab məktubu X4 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı “Bağırova” soyadlı şəxs tərəfindən ## ###### 2025-ci il tarixdə qəbul edilmişdir. İş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin ## ###### 2025-ci il tarixli cavab məktubundan görünür ki, iş vaxtının vaxt uçotu cədvəli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti kifayət qədər əsaslandırmamış və sadəcə barəsində inzibati iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığını qeyd etmişdir. Məhkəmə birinci instansiya instansiya məhkəməsinin istinad etdiyi və gəldiyi qənaəti əsaslandırarkən vurğuladığı hallara münasibətdə qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qərarında bir-birini təkzib edən, qanunvericiliyin tələbləri bir araya sığmayan ziddiyyətli vəziyyətin olduğu şəraitdə nəyə görə həmin qənaətə gəldiyini əsaslandırmadan yekun nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi inzibati xətalar qanunvericiliyin tələblərini nəzərə almadan hansısa əsasla əməldə inzibati xəta tərkibinin olmaması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işə baxan məhkəmənin əsaslandığı və MMC-nin etirazda göstərdiyi hallar öz-özlüyündə əməldə inzibati xəta tərkibinin olmasını istisna edən hallar kimi qiymətləndirilə bilməzdi. İşə baxan birinci instansiya məhkəməsi MMC-nin əməlində inzibati xəta tərkibinin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) hansı əlamətinin və ya əlamətlərinin olmadığını əsaslandırmadan, sadəcə MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Halbuki iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli olması tam olaraq sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə göstərilən halları, o cümlədən iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli olmasının tam sübuta yetirilməsi və törətdiyi inzibati xətaya görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qənaətinə gəlir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə, inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən MMC tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun maliyyə və əmlak vəziyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmadığını nəzərə alır və MMC-nin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin minimum həddində cərimə edilməsini İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab edərək İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən təyin edilmiş cərimənin şərti tətbiq edilməsi qənaətinə gəlir. Qeyd olunmalıdır ki, inzibati cərimənin şərti tətbiq edilməsi üçün ilk növbədə inzibati xəta törətmiş şəxsə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Hazırkı halda isə inzibati xətanı törətmiş subyekt hüquqi şəxs olduğundan və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq etmək səlahiyyətinə isə yalnız hakim malikdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində inzibati qaydada cərimə edilməli, həmin cərimə İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən şərti tətbiq edilməli, hüquqi şəxsə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 02 ay müddət təyin edilməli, hüquqpozmanı aradan qaldırdıqda həmin müddət ərzində (02 ay) məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə izah edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128- 134, 138.1.3-cü maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tətbiq edilmiş inzibati cərimə şərti tətbiq edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 02 ay müddət təyin edilsin. Hüquqpozmanı aradan qaldırdıqda həmin müddət (02 ay) ərzində məhkəməyə bu barədə məlumat vermək vəzifəsi, nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılmadıqda inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödəməli olması və cərimənin ödənilməsinin şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etməməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə izah edilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1078/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1078/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver