Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1079/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Sadıqova Ləman Şahmar qızının katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, "xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Inzibati xəta haqqında protokola görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı Şəhər Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə "xxxx” MMC barəsində Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilməsi və həmin hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən “xxxx’’ MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 barəsində ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qüvvəyə minmişdir. nümayəndə2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X2 Xidməti IXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2024-cü il tarixli, MN 1613789 inzibati tənbeh vermə haqqında qərar üzrə 900 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin rəhbərliyinə məktub ünvanlamışdır. Sadalanan tədbirlərə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və onun direktoru nümayəndə2 tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 900 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmiş və Xidmətə bu barədə məlumat verilməmişdir. Göründüyü kimi, X2 Xidməti tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin IXM-nın 150.1-ci maddəsinin tələblərini yerinə yetirilməyərək heç bir tədbir görməməsi olmuşdur. Həmçinin işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir səbəb olmadan icra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Məhkəmənin qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyi əsassız olaraq qeyd edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Halbuki bu hüquqpozuntusu hərəkətsizliklə törədilmiş uzanan inzibati xətadır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2028-ci il tarixli qərarına əsasən “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”-nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu onun əsas meyarıdır. Bu iş üzrə inzibati xətanın törədilməsi Xidmətin birinci məktubu MMC-nə çatdıqdan sonra onun üzərinə qoyulmuş öhdəliyin icrasına dair tədbirlər görülməsi ilə bağlı müəyyən olunmuş vaxtın sonuncu günü bitdikdən sonra pozulmağa başlamış və fasiləsiz davam etmişdir. Subyektin özü (MMC) tərəfindən bugünədək məlumat verilmədiyindən dayandırılmamışdır. MMC tərəfindən ikinci məktub əsasında da öhdəlik yerinə yetirilməmişdir. Hüquqazidd əməlin konkret bitməsi səlahiyyətli orqanın kənar müdaxiləsi, yəni ikinci məktubunun göndərildiyi gün baş vermişdir. Eyni zamanda inzibati xətanın bitdiyi və inzibati xətanın aşkar edildiyi vaxt eyni günə təsadüf etmişdir. Inzibati tənbeh tətbiq edilməsi ilə bağlı IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı ##.##.2025-ci il tarixdən başlamışdır. Bununla da məhkəmə tərəfindən əsassız olaraq iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tam qanuni və əsaslıdır. Apellyasiya icraatında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə1 apellyasiya qaydasında verilmiş şikayəti müdafiə edərək və şikayətin dəlillərinə uyğun izahat verərək, məhkəmədən apellyasiya qaydasında verilmiş şikayətin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026ci il tarixli, *(*-**)-**/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən “xxxx’’ MMC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş “xxxx’’ MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətə “xxxx’’ MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə1 dinləyib, apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini iş materialı ilə birlikdə qarşılıqlı şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin direktoru nümayəndə2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və bu səbəbdən onun barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materialında olan ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun surətindən görünür ki, borclu Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icra edilməsi xahiş olunur. Inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı Şəhər Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iş materialında olan ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bu səbəbdən onun barəsində 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materialında olan ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun surətindən görünür ki, borclu Azərbaycan Respublikası IXM-nin 192.4-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın icra edilməsi xahiş olunur. Inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-in Bakı Şəhər Idarəsinin ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Iş materialından görünür ki, inzibati xətanın baş vermə vaxtından 4 (dörd) aydan artıq müddət keçmişdir. Belə olan halda isə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şəxs inzibati tənbeh vermə müddəti keçdiyindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Apelyasiya icraatında aparılan araşdırma zamanı birinci instansiya məhkəməsinin iş üzrə qanuni və əsaslı nəticəyə gəldiyi təsdiq edilir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 150.5.1ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.1-ci maddəsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.5-ci maddəsinə əsasən, bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qanunvericiliyin tələbindən aydın olur ki, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 (bir) il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru nümayəndə2 barəsində ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 900 manat məbləğində cərimənin əməkhaqqından tutulması ilə bağlı “xxxx’’ MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən IXM-nın 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanıldığı, sadalanan tədbirlərə baxmayaraq, “xxxx’’ MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 900 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsinin təmin edilmədiyi, bu səbəbdən onun barəsində ##.##.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmişdir. Göründüyü kimi, inzibati xəta tərkibi yarandıqdan 4 (dörd) ay müddət keçdikdən sonra inzibati xəta haqqında protokol tərtib edilmiş və beləliklə də, inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası IXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası IXM-nin 134.1.1-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, "xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsini rəhbər tutaraq qərara aldı: Apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. "xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata IXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)- **/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1079/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1079/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver