Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1080/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimi Əhmədov Zəfər Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” ASC-nin sədri nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, “xxxx” ASC-nin vəzifəli şəxsi nümayəndə1 tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq vermə haqqında qərarın icrası ilə əlaqədar X3 Xidmətinin Bakı şəhər idarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda nəzərdə tutulan tədbirlər görülməmiş, nəticədə hüquqi şəxs “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə “xxxx” ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 529.1- 1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilərək hüquqi şəxs inzibati məsuliyyətdən azad edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi apellyasiya qaydasında şikayət verərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti tərəfindən “xxxx” ASC barəsində tərtib edilmiş ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs "xxxx" ASC-nin sədri nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi barədə ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həmin qərar qüvvəyə minmişdir. "xxxx" ASC-yə X3 Xidməti tərəfindən IXM-nın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 700 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx" ASC-yə ##.##.2025-ci il tarixli 3-17-5/2- ****/**** nömrəli məktub ünvanlanmışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı "xxxx" ASC tərəfindən hər hansı tədbir görülmədiyindən IXM-nın 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Göründüyü kimi X3 Xidməti tərəfindən ## #### 2025ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM-nın 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Bundan başqa, məhkəmənin "xxxx” ASC Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə münasibətdə qeyd edirəm ki, X3 Xidmətinin qərarının icrası ilə bağlı tədbirlərin görülməsi üçün Cəmiyyətə ünvanlanmış ##.##.2025-ci il tarixli məktub cəmiyyətin üzərinə konkret icra öhdəliyinin qoyulması və bu öhdəliyin yerinə yetirilməməsinin potensial hüquqi nəticələri barədə rəsmi bildiriş kimi qiymətləndirilməməlidir. Belə ki, hərəkətsizliklə ifadə olunan xətanın törədilmə anı hüquqi öhdəliyin yaranmasından və onun icrası üçün verilmiş ağlabatan müddətin nəticəsiz başa çatmasından sonrakı anla deyil, qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamı ilə başlayır və icra edilən anadək davam edir. Bununla da "xxxx" ASC X3 Xidmətinin qərarının icrası ilə bağlı tədbirlərin görülməsi üçün cəmiyyətə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunu icra etməməyə davam etmiş, X3 Xidmətinin qərarının icrası ilə bağlı tədbirlərin görülməsi tələb edilsə də hərəkətsizlik hazırki tarixədək davam etdirilmiş və X3 Xidmətinin Bakı şəhər İdarəsinin qərarı icra edilməmişdir. İnzibati xətanın aşkara çıxarılma vaxtına münasibətdə bildiririk ki, ##.##.2025-ci il tarixli məktubun göndərilməsi həmin xətanın aşkarlanması kimi təqdim oluna bilməz. Belə ki, "xxxx" ASC-yə ##.##.2025-ci il tarixli məktub göndərilənə qədər həmin Cəmiyyətin inzibati cərimənin ödənilməsi ilə bağlı tədbir görmək öhdəliyi olmamışdır. Qeyd olunan məktub MMC-yə çatdıqdan sonra hüquqi şəxs tərəfindən tədbirlərin görülməməsi ilə öhdəlik icra olunmamış və hüquqpozma tərədilməyə başlanılmışdır. Bu məqamda öhdəliyin icra edilməməsi pozuntunun davam etdiyi müddətdə inzibati xəta törədilmiş hesab olunur. Misal olaraq, nəqliyyat vasitəsinin sığorta edilməməsinə görə şəxs müvafiq maddə ilə inzibati cərimə olunur və avtomobili sığorta etməsi təmin olunana qədər hər 20 gündən bir eyni qaydada cərimə olunur. Lakin məhkəmənin mövqeyindən ilk dəfə sığorta olunmayan andan 4 aylıq müddət keçdikdən sonra nəqliyyat vasitəsinin sığorta olunmamasına görə məsuliyyət müəyyən oluna bilməz. Apelyasiya icraatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X1 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli qərarının ləğv edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidməti tərəfindən “xxxx” ASC-nin barəsində tərtib edilmiş ## #### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndə1 şikayətin təmin edilmədən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət aşağıda göstərilən əsaslara görə əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan məhkəmə zamanı tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin ## ####### 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, “xxxx” ASC-nin sədri nümayəndə1 tərəfindən X2 ##.##.1976-cı il tarixdə istehsalatda baş verən bədbəxt hadisə nəticəsində əmək zədəsi alması ilə əlaqədar olaraq zərərə görə ödəncin bir qisminin 2020-ci ilin avqust ayından *(***)-****/**** saylı qətnamənin qüvvəyə mindiyi tarixdən ödənildiyi, lakin bir qisminin isə AR Nazirlər Kabinetinin * saylı ##.##.2003-cü il tarixli qərarı pozularaq ödənilməməsinə görə, ## ####### 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsinin “xxxx” ASC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**- */*-****/**** nömrəli məktubunun surətindən görünür ki, ## ####### 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar icra edilməsi üçün ASC-yə göndərilmiş və qərarın icrası qaydalarını müəyyən edən Azərbaycan Respublikası İXM-nin 150.5-ci maddəsinin tələbləri izah edilmişdir. “xxxx” ASC-nin ## ###### 2026-cı il tarixli, **-*-**/*-**/**** nömrəli məktubundan görünür ki, sistem üzərindən axtarış zamanı məlum olmuşdur ki, AZ**** saylı poçt şöbəsi (PŞ) vasitəsilə ƏƏSMN DƏMX tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, SS*********AZ saylı sifarişli məktub ##.##.2025-ci il tarixində ərazi üzrə xidmət göstərən AZ**** saylı poçt şöbəsinə daxil olmuşdur. PŞ-nin poçtalyonunun izahatına əsasən bildirirlər ki, ünvan bağlı olduğu üçün göndəriş “xxxx” ASC-nin rəhbərliyinin razılığı ilə qonşu ünvanda yerləşən “xxxx” MMC-nin mühafizəçisinə təqdim edilmişdir. Lakin təhvil verilmə zamanı müvafiq sənədə imza etdirilməmişdir. Bununla bağlı PŞ-nin poçtalyonu barəsində intizam tənbehi tədbiri görülməsi məqsədilə müvafiq təqdimat hazırlanmışdır. İXM-nin müddəalarına əsasən inzibati xəta idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar üçün inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər (İXM-nin 38.1-ci maddəsi). İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir (İXM-nin 53.1.6-cı maddəsi). İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir (İXMnin 105-ci maddəsi). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (İXM-nin 84.1-ci maddəsi). Beləliklə, inzibati orqan tərəfindən tam şəkildə təqdim edilmiş sənədlər əsasında məhkəmə belə qənaətə gəlir ki, “xxxx” ASC tərəfindən İXM-nin 529.1-1-ci maddəsi əməli törətməsi sübuta yetirilir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “xxxx” ASC-nin sədri nümayəndə1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində inzibati cərimə edilməsinə dair X3 Xidmətinin Bakı şəhər idarəsinin ## ####### 2024- cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra edilməsi üçün ## ###### 2025-ci il tarixli məktubla göndərilərək ## ###### 2025-ci il tarixdə alıcıya çatdırıldıqdan sonra, qərarın icrası qaydalarını müəyyən edən Azərbaycan Respublikası İXMnin 150.5-ci maddəsinin, qərar icra edilmədiyi halda məsuliyyəti müəyyən edən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin tələbləri izah edilməsinə baxmayaraq, qərarın icrası təmin edilməmişdir. X3 Xidməti tərəfindən iş üzrə ## #### 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edildiyindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində təsbit edilmiş inzibati xətanın törədilməsi anı məhz ## #### 2025-ci il tarixi kimi qəbul edilməli, bununla da, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanmalı, ## ####### 2025-ci il tarixdə isə inzibati tənbehin tətbiq edilməsinə imkan verən dörd aylıq müddət başa çatmış hesab olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həqiqətən də barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs “xxxx” ASC tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Lakin iş materiallarından da görünür ki, inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 135-ci maddələri rəhbər tutularaq QƏRARA ALDI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs xxxx” ASC-nin İXMnin 529.1-1-cı maddəsinin tərkib əlamətləri olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilərək hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və ya protest verilə bilməz. Hakim Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1080/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1080/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver