Məhkəmə qərarları › İş №3(3-6)-1081/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1081/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1081/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Boroyev Əli Əhməd oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi – Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili – Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından X4 Xidmətinin hüquq idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X3 müraciəti ilə bağlı *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli sorğu məktubuna, həmçinin X1 müraciəti ilə bağlı eyni məktuba uyğun onlara aid sənədlər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunmamışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim Nəriman Mehdiyev) qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, X4 Xidmətinin hüquq idarəsi apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Şikayəti onunla əsaslandırılmışdır ki, X3 və X1 şikayəti əsasında Xidmətin Bakı şəhər İdarəsi aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktub göndərilərək vətəndaşların müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətin Bakı şəhər İdarəsinə verilməsi tələb olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən sənədlər təqdim edilməmişdir. Qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət təkcə sənədlərin təqdim edilməməsinə görə yox, həm də sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Məhkəmə qərarında qeyd edilir ki, ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** nömrəli məktubun MMC-nin ünvanına çatdırılmasını sübut edən sənəd protokola əlavə edilməmişdir. Həmin məktub avtomatlaşdırılmış elektron sosial informasiya sistemi vasitəsilə hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmiş və həmin sistemdən çıxarış protokola əlavə edilmişdir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xətanın törədilməsində təqsirliliyin sübuta yetirilməməsi ilə bağlı qənaəti qanunaziddir. Həmçinin İXMin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-in 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Xidmətin Bakı şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il MN № ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X3 müraciəti ilə bağlı *-**-*/*-*****/**** saylı ##.##.2025-ci il tarixli sorğu məktubuna, həmçinin X1 müraciəti ilə bağlı eyni məktuba uyğun olaraq onlara aid sənədlərin DƏMX-nin BŞİ-yə təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt işəgötürənin şəxsi kabinetinə göndərilmiş məktub ilə təsdiq edilir. Hüquqi şəxsin nümayəndəsi protokolun tərtib olunmasında iştirak etmək üçün dəvət edilmiş, lakin gəlməmişdir. İş materiallarında olan “##.##.2025-ci il tarixli” sorğu məktubunda qeyd edilmişdir ki, X3 və X1 müraciətləri ilə bağlı DƏMX-nin BŞİ-nə 7 iş günü ərzində sənədlərin təqdim edilməsi xahiş olunur, tələb olunan məlumatların (sənədlərin) təqdim edilməməsinə, tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən protokolun tərtib edilməsinə səbəb “##.##.2025-ci il tarixli” sorğu məktubuna uyğun olaraq 7 iş günü müddətinə müvafiq sənədlərin DƏMX-nin BŞİ-yə təqdim edilməməsi olmuşdur. Həmin protokolda sözügedən sorğunun (məktubun) işəgötürənin şəxsi kabinetinə göndərildiyi göstərilmişdir. Məhkəmə gedişatı zamanı müəyyən edilmişdir ki, iş materiallarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış X3 və X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı həmin idarəyə daxil olmuş müraciətə baxılması ilə əlaqədar adı çəkilən şəxslərə aid sənədlərin - əməkhaqlarının (işlədikləri dövr üzrə) və son haqq-hesabların hesablanma cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər (əməkhaqqı bank hesablarından çıxarış); iş vaxtının uçotu cədvəlləri (işlədikləri dövr üzrə); məzuniyyət hüquqlarından istifadə etmələrinə dair sənədlər (olduğu təqdirdə) - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması barədə məktub mövcud olsa da, həmin sorğu məktubunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə göndərilməsini (rəsmi poçt və ya digər qaydada), müvafiq səlahiyyətli, vəzifəli şəxs tərəfindən alınmasını təsdiq edən sübut mövcud deyildir. Ümumiyyətlə, məktubun üzərində onun qeydiyyat nömrəsini və tarixini təsdiq edən məlumatlar da mövcud deyildir. Məktubun *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli olması, yalnız inzibati xəta haqqında protokolda qeyd edilmişdir. DƏMX-nin BŞİ guya ki həmin sorğunun “ASİS” elektron sistemi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şəxsi kabinetinə yerləşdirilməsi barədə sistemdən “çıxarış” (başlığı “MƏKTUB” olan kağız) iş materiallarına əlavə etmişdir. DƏMX-nin BŞİ-nin nümayəndəsi məhkəmə iclasında sözügedən sorğunun çatdırıldığını (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şəxsi kabinetinə göndərilməsi və ya yerləşdirilməsini) təsdiq edən sənədin bu olduğu üçün iş materiallarına əlavə etdiklərini bildirmişdir. Lakin həmin qaydada çatdırılma öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə real vaxt rejimində hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixindən sonra ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində elektron qaydada sənədlər daxil olmuşdur, hansı ki, həmin elektron sənədlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış “X3 və X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması ilə bağlı həmin idarəyə daxil olmuş müraciətə baxılması ilə əlaqədar adı çəkilən şəxslərə aid sənədlərin - əməkhaqlarının (işlədikləri dövr üzrə) və son haqq-hesabların hesablanma cədvəlləri və ödənilməsini təsdiq edən sənədlər (əməkhaqqı bank hesablarından çıxarış); iş vaxtının uçotu cədvəlləri (işlədikləri dövr üzrə); məzuniyyət hüquqlarından istifadə etmələrinə dair sənədlər (olduğu təqdirdə) - 7 iş günü ərzində Xidmətin Bakı şəhər idarəsinə təqdim olunması” barədə sorğu məktubu olmamışdır. Bundan başqa Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan şəxsi (elektron) kabinetinin “Rəsmi yazışmalar-Daxil olan məktublar” bölməsində ## ####### 2025-ci il tarixinə aid hər hansı elektron sənəd (sorğu) mövcud deyildir. Aydın olur ki, rəsmi qaydada həmin sorğu MMC-yə poçtla və ya şəxsi kabinet vasitəsi ilə təqdim edilməmiş, MMC ondan tələb edilən sənədlərin nələrdən ibarət olduğundan məlumatlı olmamışdır. Ona görə də MMC barəsində sorğuda tələb edilən sənədlərin təqdim edilməməsinə dair inzibati xəta haqqında protokol tərtib edilməsi və ya MMC-nin nümayəndəsinin sözügedən inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəvət edilməsi tamamilə qanunsuz olmuşdur. Məhkəmə iclasında X4 Xidmətinin nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, təmin olunmasını xahiş emişdir. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi Vəkil şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri əsasında inzibati xəta haqqında iş üzrə icraat materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar işin faktiki hallarına uyğundur. Belə ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə mübahisələndirilən məsələ haqqında qərar qəbul edərkən, bu məsələnin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırıb ətraflı təhlil etmiş, gəldiyi nəticəni qanunun tələblərinə istinad edərək əsaslandırmışdır. Məhkəmədə bu məsələ ilə bağlı hüquqi şəxsin nümayndələrinin izahatı dinlənilmiş, sənədlər tədqiq olunmuş, təhlillər aparılmış və məhkəmə araşdırması üzrə nəticə etibarı ilə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilmişdir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə toplanmış icraat materiallarından görünür ki, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğu məktubunun, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5 və 57-1.1.3-cü maddələrində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması iş materialları və məhkəmə araşdırması ilə müqayisədə təsdiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarında olan mümkün sübutları nəzərə alaraq, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Belə ki, inzibati iş üzrə toplanmış icraat sənədlərinə və X4 Xidmətinin şikayətinin dəlillərinə münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin təqsirli olması iş üzrə müəyyən edilməmişdir. Qeyd olunan xüsusatlara əsasən birinci instansiya məhkəməsinin inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına əsasən gəldiyi nəticə maddi və prossesual hüquq normalarının tələbləri baxımından tam əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına və birinci instansiya məhkəməsinin qərarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmamış və məhkəmədə tədqiq edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə toplanmış icraat materiallarındakı sübutları bir daha sadalamağa lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün onunla razılaşır və qeyd edir ki, şikayətin dəlilləri həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Şikayətin dəlillərinə münasibətdə, inzibati iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, qanunvericiliyin müddəalarını və inzibati xəta haqqında iş üzrə icraat materiallarını tədqiq edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab edir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarını müqayisəli təhlil edən birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarına əsaslanaraq qanuni qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, verilmiş şikayət təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 133, 134, 135 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar