Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1083/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, İbrahimova İlahə Arif qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsili bilinmiş, barəsində 40 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatət ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan rədd edilmişdir. Qərardaddan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadın ləğv edilməsini və Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli qərarından şikayət verilməsi prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ 29582338 elektron qərarın mövcudluğu barədə məlumatı olmamışdır. ##.##.2026-cı il tarixdə özünə aid ** LR *** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılan zamanı bu barədə məlumatı olmuşdur. Bundan sonra DYPİ-nə müraciət etmiş, həmin qərar ona ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu qərar ona təqdim edilən zaman DYPİ-nin əməkdaşı tərəfindən elektron sistemdən çıxarılmış və ona verilmə tarixi qərarda öz əksini tapmışdır. Qərarı aldıqdan sonra isə 20 gün müddətində şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ##.##.2025-ci il tarixli, EQ 29582338 elektron qərardan məlumatının olmaması və bu qərarın ona rəsmi qaydada yalnız ##.##.2026-cı il tarixdə təqdim edilməsi və bu səbəbdən vaxtında mübahisələndirmək imkanının olmaması onun iradəsindən asılı olmayan səbəblər kimi qəbul edilməli idi. Lakin məhkəmə bu hallara düzgün qiymət verməmiş və vəsatətinin əsassız olması qənaətinə gəlmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli, EQ ******** nömrəli inzibati xəta haqqında elektron qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## #### 2025-ci il tarixdə saat 17:53-də idarə etdiyi MERCEDES BENZ MİKROAVTOBUS markalı, **RA*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələblərini pozduğundan 40 manat məbləğində cərimə edilmişdir. Yuxarda qeyd olunan inzibati xəta xüsusi texniki vasitənin məlumatları əsasında aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.5. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-1.1.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Birinci instansiya məhkəməsinin hakimi mübahisələndirilən qərardadla hesab edtmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı şəxsi kabinetə yerləşdirilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 57-1.1.2ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırılmışdır. Qərardan şikayət verən orqan (şəxs) prosessual müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qərardan şikayət verən orqan (şəxs) prosessual müddəti üzürlü səbəbdən ötürdüyünü bildirsə də, inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün prosessual müddəti üzürlü səbəbdən ötürməsinə dair məhkəməyə hər hansı mötəbər sübut (əmək qabiliyyətinin olmamasını təsdiq edən sənədlər və s.) təqdim etmədiyindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzürlü hesab edilə bilməz, bu səbəbdən də buraxılmış prosessual müddətin bərpasından imtina edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, vəsatət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında elektron qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırılmış və onun həmin elektron qərardan vaxtında xəbəri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, müəyyən halların formal olaraq sadalanması buraxılmış müddətin bərpası üçün tutarlı hallar hesab edilə bilməz. Odur ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən çıxarılmış qərarı prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdikdən sonra məhkəmədə mübahisələndirmiş, şikayət verilməsi üçün müddəti heç bir üzrlü səbəb olmadan ötürmüş, bununla bağlı tutarlı və əsaslı dəlil göstərə bilməmişdir. Belə olan halda hesab edirəm ki, birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti təmin etməməklə iş üzrə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, göstərilənlərə əsasən hesab edirəm ki, şikayətdə göstərilənlər qərarın ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDIM: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz. Hakim: İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №3(3-6)-1083/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1083/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver