Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1084/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmmədov Habil Çingiz oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin ## #### 2025-ci il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti, qərardan şikayət verilməsi müddətinin bərpa edilməsi barədə vəsatəti və ona əlavə edilmiş materiallar ## #### 2026-cı il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) vəsatətini onunla əsaslandırmışdır ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməsinə dair ## #### 2025-ci il tarixli, EQ******** nömrəli qərar barədə ## ###### 2026-cı il tarixdə məlumatı olmuş və ## ###### 2026-cı il tarixdə də rəsmi qaydada qərarı əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq qərardan şikayət verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin ## #### 2025-ci il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün itirilmiş müddətin bərpasına dair vəsatəti təmin edilməmişdir. Qərardaddan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin ## #### 2025-ci il tarixli, EQ ******** nömrəli qərarından şikayət verilməsi prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin ## #### 2025-ci il tarixli, EQ 29104510 elektron qərarın mövcudluğu barədə məlumatı olmamışdır. ## ###### 2026-cı il tarixdə özünə aid **-LR-*** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətdə olan zaman yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılan zaman bu barədə məlumatı olmuşdur. Bundan sonra, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 müraciət etmiş, həmin qərar ona ## ###### 2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu qərar ona təqdim edilən zaman X2 İdarəsinin əməkdaşı tərəfindən elektron sistemdən çıxarılmış və ona verilmə tarixi qərarda öz əksini tapmışdır. Qərarı aldıqdan sonra isə 20 (iyirmi) gün müddətində şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ## #### 2025-ci il tarixli, EQ 29104510 elektron qərardan məlumatının olmaması və bu qərarın ona rəsmi qaydada yalnız ## ###### 2026-cı il tarixdə təqdim edilməsi və bu səbəbdən vaxtında mübahisələndirmək imkanının olmaması onun iradəsindən asılı olmayan səbəblər kimi qəbul edilməli idi. Lakin məhkəmə bu hallara düzgün qiymət verməmiş və vəsatətinin əsassız olması qənaətinə gəlmişdir. İnzibati iş üzrə şikayətin apellyasiya baxışı ilə əlaqədar işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında qərarı tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbdən olması və ya məhkəmə iclasının təxirə salınması barədə vəsatət verməmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə işdə iştirak edən şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, belə hesab edir ki, aşağıda qeyd olunanlara görə şikayət təmin edilməməli və inzibati iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 Portalından edilmiş çıxarışdan görünür ki, ## #### 2025-ci il tarixli, EQ******** nömrəli qərar üzrə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbehi ## ###### 2025-ci il tarixdə ödənilmişdir. www.asanpay.az saytından əldə edilmiş sorğuya cavabdan görünür ki, ## #### 2025- ci il tarixli, EQ******** nömrəli qərar üzrə inzibati cərimə tənbehi ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin ##.##.2026-cı il tarixli qərar üzrə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutlan inzibati xətanı (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-1, 327.1-2, 327.2- 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə) törətməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X1 Portalından edilmiş çıxarışa əsasən ## #### 2025-ci il tarixli, EQ******** nömrəli qərar üzrə 100 (yüz) manat məbləğində inzibati cərimə tənbehi ## ###### 2025-ci il tarixdə ödənilmiş, məlum qərar üzrə inzibati cərimə tənbehinin ödənilməsi həmçinin www.asanpay.az saytından əldə edilmiş sorğuya cavabdan da görünür. Qərar üzrə Qərardan şikayət verən orqan (şəxs) məlumatının olmaması, bu barədə ona SMS bildiriş və digər vasitələrlə həmin qərarın göndərilməməsi, qərar haqqında yalnız ## ###### 2026-cı il tarixdə məlumatının olması ilə bağlı məhkəmə iclasında və ya şikayət ərizəsində göstərdiyi həqiqəti əks etdirməyən, qeyri-səmimi xüsusatlar ona yönəlmişdir ki, bir il ərzində 20 və daha çox cərimə balı toplamasına səbəb olmuş inzibati xəta hadisələri digər şəxslər tərəfindən törədilməsini bildirməklə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılmasına (nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması) yönələn inzibati tənbehdən yayınmaq niyyətinin olması kimi qiymətləndirilir. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə buraxılmış prosessual müddətin bərpası yalnız üzrlü səbəblər mövcud olduqda mümkündür və bu səbəblər məhkəmə tərəfindən qiymətləndirilməlidir. Lakin şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən müddətin buraxılmasının üzrlü səbəblərlə əsaslandırılması üçün gətirdiyi dəlillərin heç biri öz təsdiqini tapmamış, əksinə məlum qərar üzrə məlumatlandırılması qanunverciliyin tələblərinə uyğun həyata keçirilmiş ki, şəxs tərəfindən inzibati xəta üzrə təyin edilmiş inzibati cərimə tənbehinin üzərinə hər hansı dəbbə pulu hesablanmadan qanunla müəyyən edilmiş müddətdə ödəmişdir. Məhkəmə birinci instansiya məhkməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən mübahisələndirilən qərar üzrə inzibati cərimə tənbehi ## ###### 2025-ci il tarixdə ödənilmiş, eyni zamanda qərardan şikayət verilməsi üçün müddətin buraxılmasının heç bir üzrlü səbəblə əsaslandırılmamış, bu barədə iş materiallarına sübut əlavə edilməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət üzrlü səbəbdən buraxılmamışdır. Bu səbəbdən məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134cü maddələrinin maddəsini rəhbər tutaraq, QƏRARA A L İ R A M: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilən şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası barədə vəsatətinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz. Hakim: Habil Məmmədov
Məhkəmə qərarları › İş №3(3-6)-1084/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1084/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver