Məhkəmə qərarları › İş №3(3-6)-1085/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1085/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1085/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlu, Məhkəmə iclasının katibi Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi X2, Şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirak ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından şikayətçi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar vəsatətlə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Vəsatət onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi qərardan məhkəməyə şikayət vermə müddətini bu səbəbdən buraxmışdır ki, sözügedən qərar barədə gec məlumat almışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli, EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətinin verilməsi müddətinin bərpa olunması barədə vəsatəti əsassız olduğundan rədd edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli, EQ******** saylı qərarından şikayət verilməsi prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli, EQ******** saylı elektron qərarın mövcudluğu barədə məlumatı olmamışdır. ##.##.2026-cı il tarixdə özünə aid ** LR *** dövlət qeydiyyat nişanlı avtobus ilə hərəkətdə olan zaman patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılan zamanı bu barədə məlumatı olmuşdur. Bundan sonra DYPİ-yə müraciət etmiş, həmin qərar ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Bu qərar ona təqdim edilən zaman DYPİ-nin əməkdaşı tərəfindən elektron sistemdən çıxarılmış və ona verilmə tarixi qərarda öz əksini tapmışdır. Qərarı aldıqdan sonra isə 20 gün müddətində şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, ##.##.2025-ci il tarixli, EQ 30113248 elektron qərardan məlumatının olmaması və bu qərarın ona rəsmi qaydada yalnız ##.##.2026-cı il tarixdə təqdim edilməsi və bu səbəbdən vaxtında mübahisələndirmək imkanının olmaması onun iradəsindən asılı olmayan səbəblər kimi qəbul edilməli idi. Lakin məhkəmə bu hallara düzgün qiymət verməmiş və vəsatətinin əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsinin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğu üçünj təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətlə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iclasda iştirak edən şəxsləri dinləyib hesab edir ki, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində çıxarılması üçün müvafiq imkanların olmasını təmin etməlidir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsinə görə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar əl ilə nömrələnmiş blankda tərtib edilərək bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127- 4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli EQ******** saylı inzibati tənbeh vermə haqqında qərarından vaxtında məlumatlandırılımasına baxmayaraq, məhkəməyə deyil, digər quruma şikayət verilməsi buraxılmış müddətin bərpası üçün əsas sayıla bilməz, bu səbəbdən onun yuxarıda göstərilən qərardan şikayət verilməsi üçün buraxılmış müddət bərpa edilməməlidir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, odur ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələri rəhbər tutularaq QƏRARA ALINDI: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar