Məhkəmə qərarları › İş №3(3-6)-1087/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1087/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1087/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Babayev Qədim Xalid oğlu, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə, X2 Hafiz oğlunun iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli tarixli İnizbati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, **-**)-***/**** nömrəli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırımışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsi 15 ünvanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ## #### 2026-cı il tarixli EQ******** nömrəli qərarı ilə ona İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi, yəni əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanması ilə məsuliyyət daşıdığı göstərilmiş və barəsində 60 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Lakin hadisə yerində həmin sahə əlillər üçün ayrılmış xüsusi parklanma yeri kimi qanunun tələb etdiyi qaydada işarələnməmişdir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin IV hissəsinə görə, parklanma yerləri 5.15 yol nişanı və müvafiq nişanlanma xətləri ilə işarələnməlidir. Həmin maddənin X hissəsinə görə isə əlillər üçün ayrılmış parklanma yerləri göy rəngli kvadrat üzərində 1.24 nişanlanma simvolunun ağ boya ilə təsviri ilə işarələnməlidir. Bu, qanunun tövsiyəsi deyil, birbaşa məcburi tələbidir. Yəni hər hansı sahənin əlillər üçün ayrılmış xüsusi parklanma yeri hesab olunması üçün həmin yerdə 1.24 nişanlanma simvolu mövcud olmalıdır. Hadisə yerində isə 1.24 nişanlanma olmamışdır. Buna görə də həmin sahənin əlillər üçün ayrılmış xüsusi parklanma yeri kimi qəbul edilməsi və İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinin tətbiqi qanuna uyğun hesab edilə bilməz. Qeyd edilənləri nəzərə alıb sözügedən qərarın ləğv edilib barəsində olan inzibati tənbeh tədbirinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət təmin edilməmiş. Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli tarixli İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin halları və hüquqi məslələr: Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, tərəflərin çıxışını dinləyib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli tarixli İnizbati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, ## #### 2026-cı il tarixdə saat 16:56-da Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “BMW 528I” markalı **TX*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində parklanmasına görə İnizbati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346-1.3-cü maddəsinini dispozisiyasına görə əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə inzibati məsuliyyət yaranır. Hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş şəkillərdən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) məxsus ** TX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 7.17 əlavə məlumat nişanı işarələnmiş hissədə park etmişdir. Birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməsi barədə qənaəti əsaslıdır. Beləliklə, sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### ****-ci nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayətin təmin edilmədən Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sisteminin EQ******** nömrəli, ## #### 2026-cı il tarixli İnizbati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ##### 2026-ci il tarixli, **-**)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar