Məhkəmə qərarları › İş №3(3-6)-1088/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1088/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1088/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nağıyeva Milana Varis qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi nümayəndə3, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsinin nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından xxxx» MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası IXM-in 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya qaydasında şikayətlə müraciət edərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkəmə qərarında Nadir Hətəmov zərərçəkmiş şəxs kimi tanınmışdır. Lakin bu nəticə tamamilə əsassızdır, çünki: - Həmin şəxsə hər hansı faktiki zərər dəyməmişdir -istehsalat bədbəxthadisəsivə ya peşə xəstəliyi başverməmişdir -sığorta hadisəsi başvermədiyi üçün hər hansı sığorta hüququ pozulmamışdır. Azərbaycan Respublikası qanunvericiliyinə görə zərərçəkmişşəxsstatusu yalnız hüquq pozuntusu nəticəsində zərər çəkmişşəxsə verilə bilər. Bu işdə isə: nə maddi zərər nə sağlamlığa zərər nə də sığorta hüququnun faktikipozuntusu mövcuddur. Beləliklə, həmin şəxsin zərərçəkmişşəxskimi tanınması hüquqi əsasdan məhrumdur. Məhkəmə sübutlara bir tərəfli qiymət vermişdir Məhkəmə sığorta müqaviləsinin mövcudluğunu sığorta haqqının ödənilməsini ; işçinin sonradan işə bərpa olunmasını ; lazımi qaydada qiymətləndirməmişdir. Halbuki Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə sübutları tam, obyektivvə hərtərəfli araşdırmalıdır. MMC tərəfindən işçilərin istehsalatda bədbəxthadisələr və peşə xəstəlikləri üzrə icbari sığortasının təmin edilməsi məqsədilə Mega Həyat Sığorta ASC ilə ##.##.2021-ci il tarixli bağlanmış sığorta müqviləsi üzrə sığorta haqqı qanunvericiliklə müəyyən edilmiş müddətdə və tam həcmdə ödənilmiş,bütün mövcud işçilər üzrə sığorta təminatı fasiləsiz şəkildə tam təmin edilmişvə müqavilələrin müddəti vaxtında uzadışlmışdır.##/##/2025 tarixli məhkəmə aktı ilə Nadir Hətəmov barışıq sazişi əsasında işə bərpa edilmişdir.Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq işçinin mövcud əmək müqaviləsi ƏMAS tərəfindən ##.##.2025-ci il tarixində sistemə yerləşdirilmişdir. Işçinin işə bərpa olunması,bununla bağlı onunla sığorta müqaviləsinin uzadılması barədə sığorta təşkilatına məlumat verilməsinə baxmayaraq həmin şirkət müqavilənin rəsmiləşdirməmişdir.Texniki səbəb olaraq göstərmişlər ki, email vasitəsilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin göndərdiyi rəsmi məktub onların poçtuna daxil olmayıb. Məhkəmənin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 şikayətin məzmununa oxşar çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi nümayəndə3 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin nümayəndəsinin nümayəndə2 şikayətin təmin edilməməsini xahiş etdilər. Işin halları: Apellyasiya şikayətində barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasını, hakim, tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsini iddia edilərək tələbi IXM-in 135.1.2 və 135.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. IXM-in 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş olunsa da, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75,76, 84-cü maddəsinin tələblərinə uyğun olaraq sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək şikayəti təmin etməmişdir. Məhkəmə göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. Şikayətin dəlillərini işin materialları ilə yoxladıqda aşağıdakılar müəyyən edilir. Əmək Məcəlləsinin 9-cu maddəsinin j bəndinə işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; Həmin Məcəllənin 12-ci maddənin j bəndində əsasən işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək; Həmin Məcəllənin 225-ci maddəsinə Işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası Işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. " Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında " qanunun 3.1.1 -ci və 4.0.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar əmək müqaviləsi üzrə işləyən işçiləri üçün istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ## ###### 2026-cı il tarixli *-**-*/*-****/**** saylı məktubdan görünür ki, işçiniz X1 ##.##.2026-cı il tarixli müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsində araşdırma aparılır. X2 Xidmətinin Bakı şəhər Idarəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməniz məqsədi ilə ## ###### 2026-cı il tarixdə saat 11:00-da * saylı Bakı Dost Mərkəzinə dəvət olunursunuz. Işəgötürən tərəfindən ##.##.2025-ci il tarixindən işçinin müqaviləsinə xitam verilmişdir. Bu hal ilə əlaqədar olaraq tərəflər arasında əmək mübahisəsi yaranmışdı. Mübahisə üzrə qəbul edilmiş Xəzər rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra vərəqinə əsasən işçinin mühafizəçi vəzifəsinə bərpa edilməsi qərara alınmışdır. Nəticədə, ##.##.2025-ci il tarixində əmək müqaviləsinə düzəliş edilməklə həmin müqavilə yenidən qüvvəyə minmişdir. Beləliklə, işçinin əmək müqaviləsinə ##.##.2025-ci il tarixində xitam verildiyi üçün onunla bağlı icbarı sığorta müqaviləsinə də həmin tarixdən xitam verilmişdir. Lakin işçi ilə yeni müqavilə imzalandıqdan və elektron sistemə daxil edildikdən sonra, yəni ##.##.2025-ci il tarixindən işəgötürənin işçini yenidən icbari qaydada sığorta etdirmək öhdəliyi yaranmışdır. Lakin işəgötürən işçi ilə bağlı olan öhdəliyi yerinə yetirməmiş, onu icbari qaydada sığorta etdirməmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X1 tərəfindən təqdim edilmiş Icbari Siğorta Bürosundan ona verilmiş cavab məktubundan görünür ki, X1 adına Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə qüvvədə olan hər hansı sığorta müqaviləsi aşkar edilməmişdir. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC apellyasiya şikayətində sığorta təşkilatına məlumat verilməsinə baxmayaraq həmin şirkətin müqavilənin rəsmiləşdirmədiyini qeyd etsə də, zərərçəkmiş şəxs X1 tərəfindən təqdim edilmiş “xxxx” ASCnin ona verilmiş cavab məktubundan görünür ki, işəgötürən illik qoşmaya əlavəni ISB-nin sisteminə daxil olaraq yarada, kuratoru ilə əlaqə saxlaya və ya elektron poçt vasitəsilə müraciət edərək əlavənin rəsmiləşdirilməsini təmin edə bilər. Lakin, yuxarıda göstərilən vasitələrin heç biri ilə Cəmiyyətlərinə hər hansı məlumat daxil olmamışdır. Bu səbəbdən müvafiq əlavə rəsmiləşdirilməmiş və işçi sığorta təminatı ilə əhatə olunmamışdır. Göründüyü kimi, hüquqi şəxsin apellyasiya şikayətinin dəlilləri ilə iş materialları ilə təkzib edilir. Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC X1 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmanın təmin etməmiş və bununla da, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (IXM-nin 2-ci maddəsi). IXM-nin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. IXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. IXM-nin 469-1-ci maddəsinə əsasən, “Istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə – vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bu səbəbdən şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi, eləcə də iş üzrə icraata xitam verilməsi üçün əsas olmadığından verilmiş şikayət təmin edilməməlidir. IXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-in 134.1.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldım: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi və vəkili nümayəndə1 tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar