Məhkəmə qərarları › İş №3(3-6)-1090/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1090/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1090/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (bundan sonra - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs) iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi (bundan sonra - səlahiyyətli orqan) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası İXM-in) 334.3 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli və İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolları onlara əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim İbadzadə Anar Qənimət oğlu) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 334.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmaqla və əvvəli ## ##### 2026-cı il tarix, saat 17:30-dan hesablanmaqla, 30 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin məhkəmə qərarından şikayət verib, onun ləğv edilməsini və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini yalnız onunla əsaslandırmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edir. Məhkəmə onun barəsində inzibati həbs tənbeh tədbirini tətbiq edərkən 2026-cı ilin aprel ayında həqiqi hərbi xidmətə çağırıldığını nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi izahatında iş üzrə əvvəllər verdiyi izahatlarının məzmununa uyğun olaraq, birinci instansiya məhkəməsinin qəbul etdiyi yekun qərarı onun Azərbaycan Respublikası İXM-in 334.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməsinə dair hissədə mübahisələndirmədiyini, barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi hissəsində mübahisələndirdiyini bildirib, barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etməklə, faktiki olaraq şikayətinə dəyişiklik etmişdir. Apellyasiya məhkəməsi iclasına səlahiyyətli orqanın nümayəndəsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə verilmiş şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə iş şikayətin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İXM-in: - 334.3-cü maddəsinə əsasən 334.1-ci maddəsində (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. - 511.1.3-cü maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasından ibarət qərəzli hərəkətlərə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırdıqdan sonra Azərbaycan Respublikası İXMin 75, 76 və 84-cü maddələrinin tələblərinə uyğun olaraq, iş materiallarında olan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs səlahiyyətli orqana və məhkəmə iclasında verdiyi etirafedici izahatları ilə yanaşı, sonuncu barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş polis əməkdaşları X4 və X5 məhkəmə iclasında verdikləri izahatlara, X1 orqana verdiyi izahata və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş ## ##### 2026-cı il tarixli, */*** nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktına (məhkəmə həmin sübutların məzmununun birinci instansiya məhkəməsinin qərarında göstərilib şərh edilməsinə görə hazırkı qərarda təkrarlanmasına zərurət görmür) əsaslanıb, iş üzrə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların məzmununa uyğun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ##### 2026-cı il tarix, saat 02:19-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Tofaş Şahin” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-in 334.3 və 511.1.3cü maddələrində nəzərdə tutulmuş hərəkətləri törətməsini müəyyən etməklə, düzgün olaraq həmin maddələrdə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilmişdir. Azərbaycan Respublikası İXM-in: - 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddələrinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş şəxsə təyin olunan inzibati tənbehin ədalət prinsipinə cavab verməsi üçün inzibati tənbehin təyin edilməsi zamanı nəzərə alınmalı olan qanunda göstərilən əsasların məcmu halında obyektiv şəkildə qiymətləndirilməsi tələb olunur. Eləcə də, inzibati tənbeh tətbiq edilərkən iş üzrə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə inzibati xətanın xarakteri və təqsirin dərəcəsi arasında uyğunsuzluq yaranmasın, inzibati tənbeh tədbiri xəta törətmiş şəxsin şəxsiyyətinə uyğun olub inzibati tənbehin məqsədlərini təmin edə bilsin. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edəcəyi inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən, onun şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, törətdiyi əməlləri etiraf edib, onlardan səmimi peşman olmasından ibarət məsuliyyətini yüngülləşdirən halı və Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə münasibətdə əməli sərxoş vəziyyətdə törətməsindən ibarət məsuliyyətini ağırlaşdıran halı nəzərə almaqla, həmin Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün 511.1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas inzibati tənbeh növü kimi inzibati cərimə deyil, məhz inzibati həbs tənbeh növünü 30 (otuz) gün müddətə tətbiq edərkən haqlı olmuşdur. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət əsassız olduğuna görə təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq, Azərbaycan Respublikası İXM-in 131, 133, 134.1.1, 136 və 138.1.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı həmin şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar