Məhkəmə qərarları › İş №3(3-6)-1091/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-6)-1091/2026

20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 3(3-6)-1091/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 iştrakları ilə, Şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(*- **)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş materiallardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət baxılmadan geri qaytarılmışdır. Qərardan şikayət verən orqan (şəxs) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından apellyasiya qaydasında şikayət verərək hakimin əsassız olaraq onun şikayətinə baxmaqdan imtina etdiyini qeyd edib, həmin qərardadın ləğv edilərək, şikayətə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən şikayətin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, şikayətə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi X1 apellyasiya qaydasında verilmiş şikayətə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə verilmiş şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinin geri qaytarılması haqqında ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ləğv edilməklə həmin məhkəməyə göndərilməli, şikayətin icraata qəbul edilməsinin mümkünlüyü yoxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinin geri qaytarılmasına əsas kimi şikayətçinin öz şikayətində onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının hansı tarixdə rəsmi olaraq aldığını təsdiq edəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməməsi olmuş, qeyd olunan hal işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - IXM-nin) tələblərinə əsasən: 45.1. Törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi, saxlanılması, habelə inzibati xətalar haqqında işlərə baxılması ilə əlaqədar proseslərin həyata keçirilməsi məqsədilə inzibati xətalar haqqında işlərə baxmağa və inzibati xətalar haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (bu Məcəllənin Ümumi hissəsinin məqsədləri üçün bundan sonra – informasiya sistemi) yaradırlar və həmin informasiya sistemlərinin fəaliyyətini təmin edirlər. 45.2. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) baxdıqları inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində aşağıdakı məlumatların 24 saat müddətində (bu Məcəllənin 45.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla) informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər: 45.2.1. inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları); 45.2.2. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 45.2.3. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 45.2.4. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər; 45.2.5. inzibati xəta haqqında işin baxılması tarixi və yeri; 45.2.6. inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 45.2.7. inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi; 45.2.8. tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat; 45.2.9. tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat; 45.2.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 45-1.1. Inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – “ICMAL” informasiya sistemi) yaradılır. 45-1.2. Inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə məlumatlar bu Məcəllənin 45-2-ci maddəsində nəzərdə tutulmuş qaydada “ICMAL” informasiya sisteminə ötürülür. 45-2.1. Bu Məcəllənin 45.2–45.4-cü maddələrinə uyğun olaraq səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal “ICMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) “ICMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə (“ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur) göndərilir. 45-2.3. Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl “ICMAL” informasiya sisteminə ötürülür. “ICMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənir və ya nömrələnmiş blanklarda çap edilərək imzalanır. 45-2.4. Bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq unikal nömrə verilməklə tərtib olunmuş sənədlər bu Məcəllənin 57-1.1.1-ci və 57-1.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə (“ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur) göndərilir. IXM-nin 57.-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi məsələləri tənzimlənmişdir. Belə ki, IXM-nin 57.5-1.-ci maddəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarların rəsmi qaydada verilmiş hesab olunmasının şəxsin elektron kabinetdə mobil telefon nömrəsinin olubolmamasından asılı olaraq iki növünü fərqləndirir: 57.5-1.1. inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.5-1.2. inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). IXM-nin 57-1.-ci maddəsi isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması məsələlərini tənzimləyir. Belə ki, IXM-nin 57-1.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bu Məcəllənin 45-2-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümlədən elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərarla aşağıdakı qaydada məlumatlandırılması nəzərdə tutulmuşdur: 57-1.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirilir və elektron ünvanına (olduğu halda) göndərilir; 57-1.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, bu Məcəllənin 57-1.1-ci maddəsində göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərilir; 57-1.1.3. səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir. 57-1.2. Internet informasiya ehtiyatında yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 57-1.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “ICMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 57-1.3. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “ICMAL” informasiya sisteminə göndərilir. “Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il ## #### tarixli ***-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanının 2.-ci bəndinə əsasən “X5 Avtomatlaşdırılmış Lövhəsi” (bundan sonra – “ICMAL”) informasiya sistemi yaradılmışdır. Fərmanın 1.4.-cü bəndinə əsasən həmin Məcəllənin 45-2.1-ci maddəsinin ikinci cümləsində, 45-2.4-cü maddəsində, 57.5-1-ci və 57-1.1-ci maddələrinin birinci abzaslarında, 57- 1.1.1-ci, 57-1.1.2-ci maddələrində, 57-1.2-ci maddəsinin ikinci cümləsində, 117.3-cü maddəsinin birinci cümləsində, 125.1-ci, 127-4.3-cü maddələrində “orqanın (qurumun) informasiya sistemi” və 124.1-ci maddəsinin ikinci cümləsində “orqanın (qurumun) müvafiq informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” informasiya sistemi nəzərdə tutulur. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər Idarəsinin ##.##.2026-cı il tarixli məktubu ilə mübahisələndirilən qərar “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmışdır. Şikayətçi tərəfindən isə şikayət ##.##.2026-cı il tarixində verilmişdir. Qeyd olunanlara əsasən şikayətçi tərəfindən inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsi halının olması müəyyən edilmir. Məhkəmə xüsusilə onu vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 17-ci Fəsli inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılmasını tənzimləyir (128-137-ci maddələr). IXM-nin 132-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq mərhələsində həll edilən prosessual məsələlərin dairəsi müəyyən edilmişdir. Bunlara inzibati xəta haqqında işin həmin işə baxan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması, vəsatətlərə baxılması, zəruri olduqda ekspertizanın təyin edilməsi, əlavə materialların tələb olunması, şikayətə və ya protestə baxılması üçün lazımi şəxslərin çağırılması aiddir (132.1.1-132.1.3-cü maddələr). Göründüyü kimi inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun # ### 2019-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. IXM-in 135.1.1-ci maddəsində əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, şikayət əsaslı olduğundan təmin edilməli, materiallardan göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən IXM-nin 135.1.1-ci maddəsinin tələbinə əməl olunmamış və bu da məhkəmənin qərardadının ləğv edilməsinə əsas verir ki, belə olan halda IXM-in 134.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq hakimin qərardadı ləğv edilərək inzibati xəta haqqında işin baxılması üçün məhkəməyə qaytarılması haqqında qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və IXM-nin 134.1.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, ## #### 2026-cı il tarixli qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin və inzibati xəta haqqında material baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad elan olunandan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar