Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1092/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X2, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Bakı Şəhər Baş Polis Idarəsinin Dövlət Yol Polis Idarəsinin nümayəndəsi nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, ##.##.2026-cı il tarixdə, saat 14:03-də Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış sənədlər baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Ə.Tağıyev) ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində göstərilən inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan, Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsi, apellyasiya qaydasında şikayət verərək, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən tərtib edilmiş ## ###### 2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin izahatları: Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında olan fotoşəkildən açıq-aydın görünür ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının bir hissəsi örtülmüşdür. Bu hal özüözlüyündə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirir və Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin dispozisiyasına uyğundur. Qanunvericilikdə inzibati məsuliyyətin tətbiqi üçün örtüyün (bu halda yarpaq) ayrıca maddi sübut kimi təqdim olunması tələb olunmur. Əsas məsələ hüquqpozmanın nəticəsinin mövcudluğudur. Xüsusilə qeyd etməyi lazım bilirik ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol boyu nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməyə borcludur. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin l-ci hissəsinin 3-cü bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun * saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Buna baxmayaraq həmin faktı YPX inspektoru aşkar edərək sürücüyə onun mahiyyətini izah edərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında, inzibati orqanın nümayəndəsi nümayəndə2, şikayəti müdafiə etmiş və göstərmişdir ki, sürücü Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, dayanma və durmanın qadağan olunduğu və xüsusi texniki vasitənin nəzarəti altında olan yolun hərəkət hissəsində saxlamış və nəqliyyat vasitəsi üzü xüsusi texniki vasitəyə tərəf olduğu üçün avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünü ağac yarpağı ilə məhdudlaşdırmış və yol patrul xidməti əməkdaşının müdaxiləsindən sonra qayda pozuntusu yerində aradan qaldırılmışdır. Məhkəmə iclasında, yol patrul xidmətinin əməkdaşı X3 izahatında göstərmişdir ki, xidmətdə olarkən “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, dayanma və durmanın qadağan olunduğu və xüsusi texniki vasitənin nəzarəti altında olan yolun hərəkət hissəsində dayandığını və avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünün ağac yarpağı ilə məhdudlaşdırıldığını aşkar edərək sürücüyə yaxınlaşmış və nəqliyyat vasitəsinin üzü xüsusi texniki vasitəyə tərəf olduğunu və avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünün ağac yarpağı ilə məhdudlaşdırıldığını bildirmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, ailə üzvülərini xəstəxanaya gətirib düşürdükdən sonra yolun hərəkət hissəsinin sol tərəfində nəzərdə tutulmuş parkinqdə yer olmadığı üçün idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, parkinqin cərgəsində yolun hərəkət hissəsinin kənarında ağacların altında saxlamış və ailə üzvülərini gözləmişdir. Bu zaman yol patrul xidmətinin əməkdaşı ona yaxınlaşıb avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünün ağac yarpağı ilə məhdudlaşdırıldığını bildirmişdir. Avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin üzərinə ağac yarpağını qəsdən qoymamışdır. Ağac yarpağının hansı şəraitdə avtomobilin qeydiyyat nömrəsinin üzərinə düşməsini bilməmiş və bu barədə məlumatı olmamışdır. Şikayətin təmin olunmamasını xahiş etmişdir. Işin halları və hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini, inzibati xəta haqqında iş üzrə toplanmış icraat materialları və əlavə təqdim olunmuş videogörüntü ilə əlaqəli şəkildə hərtərəfli tam və obyektiv araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə şikayət təmin edilməli, inzibati iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən, verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında iş üzrə aparılmış məhkəmə icraatının xüsusiyyətlərini, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını təqdim edilmiş iş materialları və şikayətin dəlilləri əsasında yoxlayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Bu əsnada, apellyasiya instansiyası məhkəməsi, şikayətə əsasən, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğunu və inzibati xəta faktını istisna edən halların iş üzrə müəyyən olunmadığını, habelə tədqiq olunmuş sənədlərin və məlumatların mümkünlüyünü nəzərə alaraq qeyd edir ki, işin müəyyən olunmuş faktiki halları ilə müqayisədə inzibati xəta faktı təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Inzibati xəta haqqında iş üzrə icraat materiallarına və qanunvericiliyinin tələblərinə əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xəta faktının aşkar edilməsi zamanı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən prosessual qaydalara əməl olunmuşdur. Şikayətin dəlilləri, işin müəyyən olunmuş faktiki halları və mövcud qanunvericiliyin tələbləri ilə müqayisədə, birinci instansiya məhkəməsi işdə olan sübutlara və iş materiallarına düzgün hüquqi qiymət verməmiş, xətanın mövcudluğuna işarə edən halları və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati msuliyyətə cəlb olunmasında inzibati icraatın xüsusiyyətlərini düzgün təhlil etməmiş və zəruri məlumatları qanunun tələbləri ilə əlaqəli şəkildə işin faktiki hallarına uyğun qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi, Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini, “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat nişanı üzərindəki yarpağın məhz Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qoyulmasına dair hər hansı sübutun mövcud olmaması ilə əsaslandırmışdır. Lakin, iş materiallarına əlavə edilmiş fotoşəkil təhlil olunarkən, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Toyota Prius” minik markalı avtomobilin **-BU-*** dövlət qeydiyyat nişanının son rəqəminin təbiət hadisəsi ilə əlaqədar ağacdan düşmüş yarpaqla təsadüfən örtülməsi faktının inandırıcı və ağlabatan olması mümkün hesab edilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı həmin fotoşəklin, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dayandığı istiqamətin, qarşı ön tərəfində olan xüsusi texniki vasitə ilə çəkildiyi, eyni zamanda mübahisə tərəflərinin izahatları və təqdim olunmuş videogörüntünun tədqiqi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində, dayanma və durmanın qadağan olunduğu və xüsusi texniki vasitənin nəzarəti altında olan yolun hərəkət hissəsində saxladığı və avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünün təbiət hadisəsi ilə əlaqədar ağacdan düşmüş yarpaqla təsadüfən deyil, məhz bilərəkdən məhdudlaşdırıldığı müəyyən edilmişdir. Belə ki, videogörüntüyə baxış zamanı, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində, dayanma və durmanın qadağan olunduğu və xüsusi texniki vasitənin nəzarəti altında olan yolun hərəkət hissəsində dayanmış “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görüntüsünü ağac yarpağının, təbiət hadisəsi ilə əlaqədar düşməsi nəticəsində deyil, həmin nahiyəyə xüsusi olaraq yerləşdirilməsi ilə əlaqədar məhdudlaşdırdığı aşkar edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, yarpaq budaqdan kökündən deyil saplaqla birlikdə qırılaraq düşür. Fotoşəkillə, həm də videogörüntü ilə müəyyən olunduğu kimi məhz saplaq nömrənin arxasına taxılmaqla bərkidilməsi üçün istifadə edilmiş, bu isə ağacdan düşən yarpağın təsadüfən avtomobilin ön dövlət qeydiyyat nömrəsinin son rəqəminin görünüşünü məhdudlaşdırması haqqında iddianı istisna edir. Apellyasiya baxışı zamanı izahat vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, idarə etdiyi “Toyota Prius” minik markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının son rəqəminin görüntüsünün məhdudlaşdırıldığının, təbiət hadisəsi ilə əlaqədar ağacdan düşmüş yarpaqla əlaqələndirməyə çalışsa da, bu hal iş üzrə izahat vermiş yol patrul xidmətinin əməkdaşı X3 və inzibati orqanın nümayəndəsi nümayəndə2 izahatları, fotoşəkil və videogörüntü ilə yanaşı, işin müəyyən olunmuş həqiqi halları ilə də təkzib olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunan xüsusatlara və işin həqiqi hallarına əsasən, birinci instansiya məhkəməsinin hüquqi mövqeyindən fərqli olaraq, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini şərtləndirən qanuni əsasların apellyasiya baxışı zamanı iş üzrə müəyyən olunduğunu nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, həll etməli olduğu məsələlərdən biri də mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanılmasının yoxlanılmasıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri ilə bağlı xüsusda və inzibati xəta haqqında iş üzrə toplanmış icraat materiallarına münasibətdə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına qanunla müəyyən olunmuş qaydada xitam verilməsinə əsaslar müəyyən etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, inzibati orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qəbul edilmiş inzibati xəta haqqında protokol əsaslı olmuş və tədqiq edilmiş sənədlərlə müqayisədə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmişdir. Inzibati xəta haqqında icraat materiallarına münsibətdə, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar iş üzrə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tuutlan inzibati xətanın törədilməsində alət kimi istifadə olunmuş ağac yarpağının müsadirə predmeti olmadığını nəzərə alır. Apellyasiya instansiyası məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 2, 9.1, 12.1, 21, 31.2, 32 və 33-cü maddələrinin tələblərini nəzərə alır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara əsasən şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv olunmalı və Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol əsasında, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128-134.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Bakı Şəhər Baş Polis Idarəsi X1 Idarəsinin şikayəti təmin edilsin. Iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ləğv edilsin. Bakı şəhər X1 Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1092/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1092/2026
30.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver