Məhkəmə qərarları › İş №3(3-6)-1093/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1093/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1093/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qəniyev Faiq Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun, türk-Azərbaycan dilləri üzrə tərcüməçi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ## ###### 2026-cı il tarixli qərarı ilə (pasport №Z********, T.C kimlik №***********) – ## ######## 1976-cı il tarixdə Türkiyə Respublikasının Silifke rayonunda doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan barəsində inzibati tənbeh tətbiq edilən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)- ***/**** saylı qərarının ləğv edilməsi, işə yenidən baxılaraq barəsində olan inzibati işə İnzibati Xətalar Məcəlləsinin 53.1.4-cü maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Hüseyin qızı ilə 2025-ci ilin avqust ayından etibarən ayrılmışlar. Həmin tarixlərdə hər ikisi Türkiyədə idi. Ona və ailəsinə boşanmaq üçün hüquqi proseduru başlatmaq niyətində olduğunu bildirmişdir. ## ###### 2025-ci ildə Azərbaycan Respublikasına tək qayıtmışdır. Dolayısı ilə, məhkəmə tərəfindən inzibati xəta kimi qiymətləndirilən hal baş verdiyində faktiki olaraq onların evliliyi bitmişdi. Zərərçəkmiş şəxs Hüseyin qızı ## ####### 2025-ci il tarixdə onun yaşadığı ünvana, razılığını almadan gəlmişdir. Burada ailə üzvlərindən kimsə olmadığı üçün, həmçinin münaqişənin böyüyərək bina sakinlərini narahat edəcəyini düşündüyü üçün mənzilə qəbul etmək məcburiyyətində qaldı. Mübahisənin səbəbi isə Zərərçəkmiş şəxs Hüseyin qızının boşanmaq istəməməsi idi. ## ####### 2025-ci il (saat 21:00) tarixdə növbəti dəfə əsəblərini cilovlaya bilməmiş və tozsoranın borusu ilə üzərinə gəlmiş, ona fiziki xəsarətlər yetirmişdir. Ekspert rəyinin məzmunundan xəsarətlərin zərərçəkmişin yalnız qol və qıç nahiyyələrində olduğu görünür. Bədənin gövdə hissəsində, üz və ya baş nahiyyəsində heç bir zədə izinə rast gəlinməmişdir. Təkcə bu hal xəsarətlərin özünü müdafiə etməyə çalışarkən yarandığını deməyə əsas verir. Məhkəmə isə izahatıma məhəl qoymadan onu təqsirli bilmiş və ədalətsiz qərar qəbul etmişdir. Hazırda T.C. Ankara '16-cı Ailə Məhkəməsinin icraatında boşanma ilə bağlı iddiaçı qismində çıxış etdiyi iddia icraatı davam edir. Həmçinin uzaqlaşdırma qərarı çıxarılmışdır. Məhkəmənin növbəti sübut qismində qəbul etdiyi və qərarın qəbul edilməsinə əsaslandığı ekspert rəyində xəsarətlərin özünümüdafiə zamanı yarana biləcəyinə, ümumiyyətlə, münasibət (təsdiq və ya inkar xarakterli olmaqla) bildirilməmişdir. Belə olan halda, ekspert rəyinə əsaslanmaqla, onu təqsirli bilməsi, ədalət mühakiməsinin qərəzsiz və obyektiv şəkildə aparılmasına əsaslı inamsızlıq yaradır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətini müdafiə edib həyat yoldaşının boşanmaq üçün keçiriləcək məhkəmə iclasında haqlı çıxmaq üçün bu şikayəti etdiyini, ona qarşı təhqiredici ifadələr səsləndirdiyini, həyat yoldaşını döymədiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv edilməsi, barəsində olan inzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya instansiyası məhkəməsi şikayətə zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək, belə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi verilmiş şikayət üzrə inzibati xəta haqqında aparılmış icraatın xüsusiyyətlərini, qəbul edilmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını, iş üzrə toplanmış və əlavə təqdim edilmiş materiallar əsasında yoxlamağı və qanunvericiliyin tələblərini rəhbər tutmağı vacib hesab edir. Belə ki, inzibati xəta haqqında işlərə hakim və ya səlahiyyəti orqan (vəzifəli şəxs) tərəfindən baxılarkən, xətanın müəyyən edilməsi məqsədilə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını həyata keçirmək üçün qanunvericiliyin tələbləri baxımından irəli gələn bütün zəruri tədbirlərin görülməsi tələb olunur. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi belə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat materiallarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin izahatı, ekspertiza rəyi, inzibati xəta haqında protokol və iş üzrə tədqiq edilmiş digər mövcud sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, birinci instansiya məhkəməsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Nəsimi rayon prokurorluğunun nümayəndəsi X2 ## ###### 2026cı il tarixli qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu ## ####### 2025-ci il tarixdə ünvan 2 ünvanında aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əli ilə vuraraq sonuncuya hər iki saidin, hər iki əlin, hər iki budun və baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları xəsarəti ilə qəsdən fiziki ağrı yetirmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə inzibati xətasını törətmişdir. Qeyd olunanlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun və Zərərçəkmiş şəxs izahatları, məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli **** nömrəli rəyi ilə təsdiq olunur. Qeyd edilənləri nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, ## ####### 2025-ci il tarixdə ünvan 3 ünvanında həyat yoldaşı ilə birgə evdə olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu tərəfindən xəyanət edildiyinə şübhələri olduğu üçün sonuncu hamam otağına daxil olduqdan sonra mobil telefonunun klidini açaraq mesaj bölməsində yazışmaları oxuyarkən həyat yoldaşının iş yoldaşı olan Merve adlı şəxslə sevgi mesajlarını görmüşdür. Həmin vaxt əsəbləşərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlununun yanına getmiş və ona xəyanət etməsinin səbəbini soruşmuş, sonuncu isə ilk olaraq yalnış başa düşdüyünü ona bildirmişdir. Daha sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu onu döyməyə başlamış və xəsarətlər yetirmişdir. Buna görə də, o, polisə zəng edərək hadisə barədə məlumat vermək istəsə də, ## ####### 2025-ci il tarixdən ## ####### 2025-ci il tarixədək həyat yoldaşı onun internet əlaqəsini kəsmiş və mobil telefonla əlaqə saxlamasına məhdudiyyətlər qoyduğundan polisə zəng edib məlumat verə bilməmişdir. Lakin ## ####### 2025-ci il tarixdə imkan edərək polisə zəng etmiş, lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu onun mobil telefonda polislə danışmasına imkan verməmişdir. Buna baxmayaraq, polis əməkdaşları 15 dəqiqə sonra evə gəlmiş və o hadisə barədə məlumat vermişdir. Bundan sonra onu polis bölməsinə çağırmışlar və orada izahat verdikdən sonra ekspertizadan keçmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu qanunları yaxşı bildiyindən özü gedərək guya xəsarət alması barədə saxta ekspert rəyi almışdır. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğluna hər hansı xəsarət yetirməmişdir. Onun fiziki gücü zəif olduğundan və ağciyər xərçəngindən əziyyət çəkdiyindən həyat yoldaşına xəsarət yetirmək imkanı olmamışdır. Qeyd ediklərini nəzərə alaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorunun böyük köməkçisi X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2026cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Kürşat Köktebir tərəfindən döyülərək xəsarət alması əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs və X6 əməllərində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, adları qeyd olunan şəxslər barəsində Həmin Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai raşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında ## ###### 2026-cı il tarixli qərardan görünür ki, fiziki şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu (pasport №Z********, T.C kimlik №***********) – ## ######## 1976-cı il tarixdə Türkiyə Respublikasının Silifke rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında yaşayan - barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ## ####### 2025ci il tarixli **** saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- hər iki saidin, hər iki əlin, hər iki budun və baldırın, sağ aşıq-baldır oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən ## ####### 2025-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni həm insan bədəni hissələrinin (əl, ayaq və s.), həm də küt əşya (metal boru və s) ilə yetirilmiş zərbənin təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində qərar qəbul edərkən iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək düzgün və əsaslı olaraq onun İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin bu məsələ üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Yuxarıda göstərildiyi kimi, inzibati xəta faktının subyektə münasibətdə müəyyən edilməsi ilə bağlı kifayət qədər dəlillərin mövcudluğu təsdiq olunmuşdur. Belə ki, məhkəmə araşdırılmış sübutlar tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş materiallarına düzgün hüquqi qiymət vermiş, xətanın müəyyən edilməsi məqsədilə işin hallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun əməlini İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün müəyyənləşdirmiş, apellyasiya şikayətində qeyd etdiyi dəlillər müdafiə xarakterli olmaqla məsuliyyətdən yayınma cəhdindən ibarətdir. Birinci instansiya məhkəməsi həm də qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. İzahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün yetərli deyil. İnzibati xəta törətmiş şəxs barəsində tətbiq olunmuş inzibati tənbehin növü və həddi ilə bağlı qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən inzibati xətanın xarakteri, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə almış və sonuncuya törətdiyi inzibati xətaya görə müəyyən edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirini ən aşağı həddə tətbiq etmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri hazırkı iş üzrə İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin məqsədinin təmin olunması baxımından yetərli hesab edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1 -ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.1.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. “Qeyd” hissəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlu tərəfindən qeyd olunan inzibati xəta hadisəsinin törədilməsi faktı sübuta yetirilir, apellyasiya şikayətinin dəlilləri qismində göstərilən hallar birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 134.1.1 -ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Hüseyin oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar