Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 3(3-6)-1094/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Sadqıova Ləman qızının katibliyi, Inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər Idarəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026 tarixli, *(*-**)- **/**** nömrəli qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, cərimənin əsası kimi qeyd edilən və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nə guya ki, çatdırılan *- **-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli məktubu almamış, AZ1010, ünvan 1 ünvanına məktub daxil olmamışdır. Eyni zamanda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin e-sosial.az olan elektron kargüzarlığına da belə bir sorğu daxil olmamış (kargüzarlıqdan çıxarış əlavə edilir), bildiriş sistemdə yoxdur. Bununla bağlı müfəttişlik tərəfindən təqdim edilən çıxarış anlaşılmır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi nümayəndə1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etdiyini bildirib məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nə təyin edilmiş cərimənin şərti olaraq tətbiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCnin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə apellyasiya qaydasında verilmiş şikayət ilə əlaqədar inzibati işin materialını araşdırıb, X2 Xidmətinin nümayəndəsini dinləyib və apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini müzakirə edib hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCdə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinə ünvanladığı müraciətinə baxıldığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq tələb olunan sənədlərin 7 (yeddi) iş günü ərzində X2 Xidmətinin Bakı Şəhər Idarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin ünvanına *-**-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində DƏMX-nin Bakı Şəhər Idarəsinə təqdim edilməsi tələb olunmuş, lakin həmin tarixədək tələb olunan sənədlər təqdim edilməmişdir. Nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinin ##.##.2025-ci il tarixli, 3-17-5/2- *****/**** nömrəli məktubunda göstərilmiş sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə icrası məcburi olan göstəriş verilsə də, bunu icra etməmiş, bununla da Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3cü maddəsi ilə inzibati tənbeh edilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə təqsirli olması barədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər Idarəsinə ünvanladığı müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin MMCnə məktub göndərilərək, müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə verilməsi tələb edilmiş, lakin sənədlər həmin müddət ərzində təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya yol vermişdir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin həmin hüquqi şəxsin Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə təqsirli olması barədə qanuni qərar qəbul etməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində olan inzibati xəta haqqında işə baxarkən təqdim olunmuş material əsasında inzibati xəta haqqında qanunvericiliyin tələblərinə uyğun, düzgün olaraq araşdırmış və əsaslı olaraq hüquqi şəxsi Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilmişdir. Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinə gəldikdə isə məhkəmə qeyd edir ki, inzibati tənbeh tədbiri tətbiq edilərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, Aərbaycan Respublikası IXM-nin 31.3-cü maddəsinə əsasən, inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməlində Azərbaycan Respublikası IXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran halları müəyyən etməyərək, hüquqi şəxs barəsində maddənin sanksiyasında tutulmuş ən aşağı həddə cərimə tətbiq etmişdir. Lakin məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində təyin edilmiş cərimə şərti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin maddənin 2-ci bəndinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 (iki min) manat miqdarında təyin edilmiş inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən edilməlidir. Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilə bilər. Azərbaycan Respublikası IXM-nin 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası IXM-nin 134.1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində təyin edilmiş 2000 (iki min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri şərti olaraq tətbiq edilsin. Hüquqpozmanın aradan qaldırılması üçün 15 gün müddət müəyyən edilsin. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-6)-1094/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-6)-1094/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver